© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Avropa İnsan Hüquqları Məhkəməsi
BEŞİNCİ BÖLMƏ
Ely OULD DAH tərəfindən Fransaya qarşı verilən
13113/03 nömrəli ərizənin
QƏBUL EDİLƏNLİYİ HAQQINDA
QƏRAR
Avropa İnsan Hüquqları Məhkəməsi (beşinci seksiya), 17 mart 2009-cu il tarixində, hakimlər,
Re Marüst, sədr,
Jan-Pol Kosta,
Karel Janguier,
Renat Jaeger,
Mark Villiger,
Izabel Berro-Lefevr,
Zdravka Kalaydjieva,
və Klodia Uesterdiek, Bölmənin katibindən ibarət tərkibdə,
Yuxarıda göstərilən, 22 aprel 2003-cü ildə təqdim edilmiş ərizəni nəzərə alaraq,
Cavabdeh hökümət tərəfindən təqdim edilən qeydləri və ərizəçi tərəfindən cavab olaraq təqdim edilən qeydləri nəzərə alaraq,
Məşvərət keçirərək, aşağıdakı qərarı elan edir :
FAKTLAR
Ərizəçi, Mavritaniya vətəndaşı, Cənab Eli Uld Dah, 1962-ci ildə doğulmuşdur. O, Məhkəmə qarşısında, Dövlət Şurası və Kassassiya Məhkəməsinin vəkili Xanım C. Waquet tərəfindən təmsil olunur.
A. İşin halları
İşin halları, tərəflərin təqdim etdiyi şəkildə, aşağıdakı kimi xülasə edilə bilər.
1990-cı ilin noyabr və 1991-ci ilin mart ayları arasında, ərəb-bərbər əsilli Mavritaniyalılar və qara Afrikanın etnik qrupuna daxil olanlar arasında qarşıdurmalar yaranır. Bu etnik qruplardan olan və Dövlət çevrilişinə cəhd göstərməyə görə ittiham edilən hərbçilər həbs olunurlar. Onlardan bəziləri, mühafizəçilər, o cümlədən Mavritaniyanın paytaxtı Nuakşotun leytenant rütbəli kəşfiyyat zabiti olan ərizəçi tərəfindən işgəncə və amansızlığa məruz qalır.
14 iyun 1993-cü ildə silahlı hərəkətlər və zorakılıq hallarına səbəb olan hadisələrlə bağlı, 1 yanvar 1989-cü il və 18 aprel 1992-ci il tarixləri arasında törədilən cinayətlərin müəllifləri olan silahlı qüvvələrin və təhlükəsizlik üzvlərinin xeyrinə amnistiya qanunu qəbul edilir. Bu qanunun tətbiqi nəticəsində ərizəçiyə qarşı məhbuslara etdiyi əməllərinə görə heç bir tədbir görülmür.
1998-ci ilin avqustunda, Mavritaniya ordusunun kapitanı olan ərizəçi, Monpelye Ordu Məktəbində təcrübə keçmək üçün Fransaya gəlir.
8 iyun 1999-cü ildə, İnsan Hüquqları üzrə Beynəlxalq Federasiya (FIDH) və İnsan Hüquqları Liqası (LDH) 1990 və 1991-ci illərdə Mavritaniyada törətdiyi iddia olunan işgəncələrə görə ərizəçiyə qarşı müki iddia irəli sürürlər. Bu iddialar, 10 dekabr 1984-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş, Fransa tərəfindən ratifikasiya edilmiş və 26 iyun 1987-ci ildə qüvvəyə minmiş İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan hərəkətlərə və cəzalara qarşı Konvensiyaya əsaslanırdı.
1 iyul 1999-cu ildə ərizəçi həbs edilir.
2 iyul 1999-cu ildə, istintaq hakimi tərəfindən cinayət işi açılır və ərizəçiyə qarşı işgəncə və zorakılıq hərəkətləri ilə bağlı ittiham elan edilir. Ərizəçi, məhkəmə nəzarəti altında azadlığa buraxılmazdan əvvəl, 28 sentyabr 1999-cu ilə qədər müvəqqəti həbsdə saxlanılır. Ərizəçi, dəqiqləşdirilməyən bir tarixdə qaçır. 2000-ci ilin aprel ayında, onun barəsində həbs verilir.
25 may 2001-ci ildə hakim, işgəncə, zorakılıq hərəkətləri və cinayətdə iştirakçılıq barədə ittiham aktı qəbul edir. Bu qərar xüsusilə, doqquz nəfər sabiq əsgərin və onuncu əsgərin dul arvadının şahid ifadələrinə əsaslanırdı. Bu şəxslərdən ikisi Fransada mühacir idilər və istintaq zamanı ərizəçi ilə üzləşdirilmişdilər, digərləri yazılı ifadə vermişdilər. Ərizəçi bu qərardan appelyasiya şikayəti verir.
8 noyabr 2001-ci il tarixli qərarıyla Montpelye Apellyasiya Məhkəməsi İstintaq Palatası, ərizəçinin müraciətini müddəti öturdüyünə görə qəbul etmir. Ərizəçi kassassiya şikayəti verir.
6 mart 2002-ci il tarixində, Kassasiya Məhkəməsi İstintaq Palatasının qərarını ləğv edir və işi Nim Appelyasiya Məhkəməsinə göndərir.
8 iyul 2002-ci il tarixli qərarı ilə, Nim Appelyasiya Məhkəməsinin İstintaq Palatası istintaq hakiminin qərarını qüvvədə saxlayır və işin Qard Ağır Cinayətlər üzrə Məhkəməsinə göndərilməsinə qərar verir. O hesab edir ki, işgəncələr əleyhinə Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan şərtlər bu işdə mövcuddur: mübahisələndirilən əməllər "etnik təmizləmə" və Mavritaniya hökuməti tərəfindən o dövrdə aparılan repressiya kampaniyası çərçivəsində törədilmiş və ərizəçi bu hadisələrdə konvensiyanin müddəlarında qeyd edildiyi kimi, rəsmi statusunda, yəni, kəşfiyyat zabiti və dinləmə komissiyasının üzvü olaraq hərəkət etmişdir. Bundan əlavə, İstintaq palatası hesab edir ki, Cinayət Prosessual Məcəlləsinin 689, 689-1 və 689-2 maddələrinin və eləcə də, 10 dekabr 1984-cü il Konvensiyasının 7-ci maddəsinin 2-ci paraqrafının müddəaları, Fransa məhkəmələrinə bu işlərə baxmaq, onlara Fransa qanunlarını tətbiq etmək, xarici bir Dövlətdə qəbul olunmuş və tətbiqi Fransanın beynəlxalq öhdəliklərinin pozulması ilə nəticələnəcək və umumdunya yuridiksiyası prinsipinini mahiyyətindən məhrum edəcək amnistiya qanununu kənarlaşdırmaq səlahiyyəti verir. Nəzərə alaraq ki, qanunçuluq prinsipi qanun pozuntusuna, daxili qanundan üstün olan beynəlxalq saziş və ya müqavilə vasitəsilə anlayış verilməsinə zidd deyil, İstintaq Palatası hesab edir ki, « işgəncələr » yeni cinayət məcəlləsinə görə 222-1 və sonrakı maddələrdə nəzərdə tutulan və cəzalandırılan « avtonom cinayət » hesab olunurdusa da, onlar əvvəlcədən də bəzi qanun pozuntuları, xüsusilə , cinayət məcəlləsinin 303 və 309-cu maddələrində nəzərdə tutulan və « 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılan» zorakılıq cinayətlərində ağırlaşdırıcı hal hesab olunurdu. İstintaq Palatası, bundan belə nəticəyə gəlir ki, ərizəçinin ittiham edildiyi cinayətin tərkibi olan faktlarla əlqədar müddətlər keçməmişdir və onların cəzalandırılmasında yeganə məhdudiyyət, cinayətin törədildiyi vaxt qüvvədə olan cəzaların, daha yüngül cinayət qanunu istisna olmaqla, tətbiq edilməsidir.
23 oktyabr 2002-ci ildə Kassassiya Məhkəməsi, İstintaq Palatasının ərizəçinin qaldırdığı bütün məsələlər üzrə qəbul etdiyi qərarını əsaslandırdığını əsas gətirərək, ərizəçinin kassasiya şikayətini rədd edir.
Ərizəçi qaçdığı üçün, 13 may 2005-ci ildə, Ağır Cinayətlər üzrə Məhkəməsinə çağırış prokurorluğa təqdim olunur.
30 iyun 2005-ci ildə, Gard Ağır Cinayətlər üzrə Məhkəməs təqsirləndirilən şəxsin özünün iştirakı olmadan lakin iki vəkilinin iştirakı ilə məhkəmə iclası keçirir.
1 iyul 2005-ci ildə, Ağır Cinayətlər üzrə Məhkəmə iki qərar qəbul edir. Birinci qərarda, ərizəçinin bir tərəfdən qəsdən işgəncə və qəddarlıq hərəkətləri törətdiyi, digər tərəfdən də vəzifəsindən sui-istifadə edərək və ya cinayəti törədən əsgərlərə bu barədə təlimatlar verərək digər məhbusların üzərində bu cür halları tətbiq etdiyi üçün, Məhkəmə ərizəçini on il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edir. Ağır Cinayətlər üzrə Məhkəmə, xüsusilə köhnə Cinayət Məcəlləsinin 303 və 309-cu maddələrini və yeni Cinayət Məcəlləsinin 222-1-ci maddəsini, eləcə də, 10 dekabr 1984-cü il Nyu York Konvensiyasına istinad edir. İkinci qərarda Məhkəmə, müxtəlif mülki iddiaçılara dəyən zərərlərə görə kompensasiya ödənilməsini əmr edir.
B. Müvafiq hüquq
1. Köhnə cinayət məcəlləsi
Maddə 303
« Törədilmiş cinayət nə olursa olsun, onları törədərkən işgəncə və ya qəddarlıqdan istifadə edən bütün cinayətkarlar, qatil kimi cəzalandırılacaqlar.
Cinayətlərini həyata keçirmək üçün işgəncə işlədən və ya qəddarlıq törədənlər, beş ildən on ilə qədər həbs cəzasına məhkum olunacaqlar.»
Maddə 309
« Qəsdən zərbə endirən və ya zorakılıq tətbiq edən və ya xəstəlik yaradan və ya şəxsi 8 gündən artıq iş qabiliyyətindən məhrum buraxan hərəkətlər törədən hər bir şəxs, 2 aydan iki ilədək həbs cəzasına və 500 Frankdan 20 000 Frankadək cəriməyə və ya bu cəzaların ikisindən birinə cəlb ediləcək (...) »
2. Yeni cinayət məcəlləsinin 222-1 maddəsi (22 iyul 1992-ci il 92-684 nömrəli qanunla yaradılmiş və 1 mart 1994-cü ildə qüvvəyə minmişdir).
Maddə 222-1
« Bir şəxsi işgəncələrə və qəddar hərəkətlərə məruz qoyan davranışlar, 15 il müddətində icbari iş verməklə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
132-23-cü maddənin həqiqi olaraq çəkilməli olan cəza müddəti ilə bağlı olan ilk iki paraqrafı hazırki maddədə nəzərdə tutulan qanun pozuntusuna da tətbiq edilir. »
Yeni Cinayət Məcəlləsinin şərhlərindən və 16 dekabr 1992-ci il qanununun müddəalarından ibarət 14 may 1993-cü il tarixli sərəncam, aşağıdakıları dəqiqləşdirir :
« İşgəncə və qəddarlıq hərəkətləri ifadəsi, cəzanı ağırlaşdıran hallar kimi nəzərdə tutulduqda, məhkəmə təcrübəsinin hal-hazırda ona verdiyi mənanı saxlayır. »
Həm qanunla müəyyən edilmiş cinayət olaraq, həm də ağırlaşdırıcı hal olaraq işgəncə və ya qəddarlıq aktları sadə zorakılıqdan daha ağır və zərərçəkəndə kəskin ağrı və əzaba səbəb olan istisna dərəcədə bir və ya bir neçə aktın törədilməsindən ibarət olan maddi elementin və insan ləyaqətinin inkarından ibarət olan mənəvi elementin sübutunu ehtimal edir (Lion Appelyasiya Məhkəməsinin İstintaq Palatası, Dalloz 1996 jurnalının 258-ci səhifəsində şərh edilmiş və Litec nəşri olan Cinayət Məcəlləsinin 222-1 maddəsində qeyd olunan 19 yanvar 1996-cı il tarixli qərar).
Kassasiya Məhkəməsinin təcrübəsinə əsasən, işgəncə və qəddarlıq aktları ilə bağlı yeni hökmlər , köhnə Cinayət Məcəllsəində nəzərdə tutulan qanun pozuntularının davamlılığını təmin edir (Cinayət bülleteni, 11 may 2005, Bülleten no 146, 05-81331 nömrəli şikayətt : Ağır Cinayətlər Məhkəməsinin kassasiya instansiyası kimi çıxardığı qərar Cinayət Qanununun zamana görə qüvvəsini dəqiq şəkildə tətbiq edir və qeyd edir ki, Yeni Cinayət Məcəlləsinin işgəncə və qəddarlıq aktlarını və cinsi təcavüz kimi işgəncə və qəddarlıqla müşaiyət olunan bütün pozuntuları cəzalandıran 222-3-cü bəndinin 2-ci paraqrafı, 23 dekabr 1980-ci il tarixli qərardan qaynaqlanan köhnə məcəllənin 333-1-ci maddəsində nəzərdə tutulan və namusa qəsdi cəzalandıran müddəanın davamlılığını təmin edir).
14 may 1993-cü il tarixli göstəriş məktubu dəqiqləşdirir ki, yeni Cinayət Məcəlləsinin müddəalarının tətbiq dairəsi 1984-cü il işgəncələrə qarşı Nyu York Konvensiyasından daha genişdir. 1984-cü il işgəncələrə qarşı Nyu York Konvensiyası yalnız vəzifəli şəxs tərəfindən müəyyən motivlərlə törədilmiş aktları nəzərdə tutur. O, həmçinin göstərir ki, cinayətə yeni anlayış verilməsi cəza seçilərkən təkcə zərərçəkənin məruz qaldığı zərərin dərəcəsini deyil, həm də, nəticədən asılı olmayaraq pozuntunun ciddiliyini nəzərə alınmasına və beləliklə əhəmiyyətli çatışmazlıqları aradan qaldırılmasına imkan yaradır: o xüsusilə, köhnə qanunla qəsdən törədilən döymə və xəsarət yetirmə cəhdlərinin cəzalandırlımasının mümkünsüzlüyü kimi arzuolunmaz nəticələri aradan qaldırır.
3. Cinayət prosessual məcəlləsi
Maddə 379-2
« Məhkəmənin açılışında üzrlü səbəb olmadan iştirak etməyən təqsirləndirilən şəxs, bu fəslin müddəalarına uyğun olaraq qiyabi mühakimə olunur. Təqsirləndirilən şəxsin iştirak etməməsi müzakirələr zamanı aydın olarsa və məhkəmə prosesini o qayıdana qədər təxirə salmaq mümkün olmadıqda da eyni şəkildə mühakimə olunur. (...) »
Maddə 379-5
« Qiyabi məhkum olunan şəxsin apelyasiya şikayəti vermək hüququ yoxdur».
Maddə 689
« Cinayət Məcəlləsinin birinci kitabının müddəalarına və ya başqa bir qanuni mətnə əsasən Fransa qanununun tətbiq edildiyi hallarda və ya beynəlxalq bir sazişin Fransa Məkhəmələrinə cinayət işinə baxmağa səlahiyyət verdiyi hallarda Respublika ərazisindən kənarda törədilən cinayətlərin müəllifləri və ya iştirakçıları Fransa məhkəmələri tərəfindən təqib və ittiham oluna bilər.»
Maddə 689-1
« Aşağıdakı maddələrdə istinad edilən beynəlxalq konvensiyalara əsasən, bu maddələrdə sadalanan hüquq pozuntularını Respublikanın ərazisindən kənarda törədən istənilən şəxs, əgər Fransadadırsa, Fransa məhkəmələri tərəfindən təqib və ittiham oluna bilər. Hazırkı maddənin müddəaları, bu cinayətlərə cəhdlərin cəzalanmalı olduğu hallarda da tətbiq edilir. »
Maddə 689-2
« 10 dekabr 1984-də Nyu Yorkda qəbul olunan işgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan hərəkətlərə və cəzalara qarşı konvensiyanın tətbiqi üçün, konvensiyanın 1-ci maddəsində nəzərdə tutulan işgəncədə təqsirli bilinən istənilən şəxs, 689-1-ci maddədə nəzərdə tutulan şərtlərdə təqib və ittiham oluna bilər. »
4. İşgəncəni qadağan edən beynəlxalq sənədlər.
a) Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 10 dekabr 1984-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş, imza, təsdiq və qoşulmaq üçün açıq elan edilmiş və 26 iyun 1987-ci ildə qüvvəyə minmiş İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya.
Maddə 1
“1. Bu Konvensiyanın məqsədləri üçün "işgəncə" termini hər hansı bir şəxsə ondan və ya başqa şəxsdən məlumat almaq, yaxud onun etirafına nail olmaq, onu və ya başqa şəxsi törətdiyi, yaxud törədilməsində şübhələnilən hərəkətə görə cəzalandırmaq, həmçinin onu və ya başqa şəxsi qorxutmaq və ya məcbur etmək, yaxud dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud da onların təhriki və ya onların məlumatsızlığı , yaxud göz yumması ilə hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan istənilən səbəbə görə qəsdən güclü, fiziki, yaxud mənəvi ağrı və əzab yetirən hərəkətlər deməkdir. Bu anlayışa qanuni cəzaların nəticəsində törəyən, bu cəzaların ayrılmaz tərkib hissəsi kimi olan, yaxud onların təsadüfən doğurduğu ağrı və əzablar daxil deyildir.
2. Bu maddə daha geniş tətbiqə dair müddəalar nəzərdə tutan və ya tuta bilən hər hansı beynəlxalq müqaviləyə, yaxud milli qanunvericiliyə xələl yetirmir.
Maddə 2
« Hər bir iştirakçı Dövlət öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkətlərinin qarşısını almaq üçün səmərəli qanunvericilik, inzibati, məhkəmə və ya digər tədbirləri görür.
2. Necə olmasından asılı olmayaraq heç bir müstəsna hal- müharibə vəziyyəti və ya təhlükəsi, daxili siyasi qeyri-sabitlik, yaxud hər hansı digər fövqəladə şərait - işgəncəyə bəraət qazandıra bilməz.
3. Yüksək vəzifəli şəxsin, yaxud dövlət hakimiyyəti orqanının əmri işgəncə verilməsinə bəraət qazandıra bilməz. »
Maddə 4
« 1. Hər bir iştirakçı Dövlət bütün işgəncə hərəkətlərinin öz cinayət qanunvericiliyinə müvafiq olaraq cinayəthesab edilməsinitəmin edir. Bu, işgəncə vermək cəhdinə və ya hər hansı bir şəxsin işgəncədə iştirakçılıq, yaxud iştirakdan ibarət olan hərəkətlərinə də aiddir.
2. Hər bir iştirakçı Dövlət bu cinayətlərin ağırlığını nəzərə alaraq müvafiq cəzalar müəyyən edir. »
Maddə 5
« 1. Hər bir iştirakçı dövlət 4-cü maddədə göstərilən cinayətlərlə əlaqədar öz yurisdiksiyasını müəyyən etmək üçün zəruri ola biləcək tədbirləri aşağıdakı hallarda görür:
a) cinayətlər onun yurisdiksiyasında olan hər hansı ərazidə və ya həmin dövlətdə qeydiyyatdan keçirilmiş dəniz, yaxud hava gəmisində törədildikdə;
b) şübhə edələn şəxs həmin dövlətin vətəndaşı olduqda;
c) cinayətin qurbanı həmin dövlətin vətəndaşı olduqda və həmin dövlət müvafiq tədbiri məqsədəuyğun saydıqda.
2. Hər bir iştirakçı dövlət belə cinayətlər barəsində öz yurisdiksiyasını müəyyən etməkdə zəruri ola biləcək həmin tədbirləri şübhə edilən şəxsin onun yurisdiksiyasındakı hər hansı ərazidə olduğu və onu 8-ci maddəyə müvafiq olaraq, bu maddənin 1-ci bəndində xatırlanan dövlətlərin hər hansı birinə təhvil vermədiyi hallarda da həmin qaydada görür.
3. Bu Konvensiya daxili qanunvericiliyə müvafiq hər hansı cinayət yurisdiksiyasının həyata keçirilməsini istisna etmir»
Maddə 6
« 1. 4-cü maddədə göstərilən cinayətlərdən hər hansı birini törətdiyi şübhə edilən şəxsin ərazisində olduğu hər hansı iştirakçı dövlət sərəncamındakı informasiyanı araşdırdıqdan sonra, şəraitin tələb etdiyinə əmin olduqda, həmin şəxsi həbsə alır və ya onun ölkədə qalmasını təmin edən digər hüquqi tədbirləri görür. Həbsə alma və bu qəbil digər tədbirlər həmin dövlətin qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir və yalnız cinayət-prosessual hərəkətləri, yaxud ektradisiya tədbirləri görmək üçün zəruri olan vaxt ərzində davam edə bilər.
2. Həmən dövlət dərhal faktların ilkin təhqiqatını aparır.
3. Bu maddənin 1-ci bəndinə əsasən həbs edilmiş hər hansı bir şəxsin vətəndaşı olduğu dövlətin ən yaxında olan müvafiq nümayəndəsi və ya o, vətəndaşlığı olmayan şəxsdirsə, adətən yaşadığı dövlətin nümayəndəsi ilə dərhal əlaqə yaratmasına yardım göstərilir.
4. Dövlət bu maddəyə müvafiq olaraq hər hansı bir şəxsi həbs etdikdə, 5-ci maddənin 1-ci bəndində xatırlanan dövlətlərə həmin şəxsin həbsdə olması faktı və onun tutulmasına əsas verən hallar barədə dərhal xəbər verir. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan ilkin təhqiqatı aparan dövlət aldığı məlumatları yuxarıda xatırlanan dövlətlərə gecikdirmədən bildirir və öz yurisdiksiyasını tətbiq etmək niyyətində olub-olmadığını göstərir.»
Maddə 7
« 1. 4-cü maddədə göstərilən cinayətlərdən hər hansı birini törətməkdə şübhə edilən şəxsi, yurisdiksiyasındakı ərazidə oldduğu aşkar edilən iştirakçı dövlət 5-ci maddədə nəzərdə tutulan hallarda təhvil vermirsə, həmin işi məhkəmə təqibi üçün özünün səlahiyyətli orqanlarına verir.
2. Bu hakimiyyət orqanları həmin dövlətin qanunvericiliyinə müvafiq olaraq, böyük ictimai təhlükəli hər hansı cinayət hallarında olduğu qaydada qərar qəbul edirlər. 5-ci maddənin 2-ci bəndində sadalanan hallarda məhkəmə təqibi və məhkum etmə üçün zəruri olan dəlillərə irəli sürülən tələblərin ciddiliyi 5-ci maddənin 1-ci bəndində göstərilən hallarda tətbiq edildiyindən az olmur.
3. 4-cü maddədə göstərilən hər hansı cinayətlə bağlı barəsində təhqiqat aparılan istənilən şəxsə təhqiqatın bütün mərhələlərində ədalətli davranış təminatı verilir.»
b. Digər beynəlxalq sənədlər
i. 10 dekabr 1948-ci il Ümümdünya İnsan Hüquqları Bəyənnaməsi
Maddə 5
« Heç kim işgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmamalıdır. »
ii. 12 avqust 1949-cu il Cenevrə Konvensiyası
Maddə 3 (dörd Konvensiya üçün ümumi)
“Razılığa gələn Yüksək Tərəflərdən birinin ərazisində beynəlxalq xarakter daşımayan silahlı münaqişə baş verdikdə, münaqişədə iştirak edən hər bir Tərəf ən azı aşağıdakı müddəaları tətbiq etməyə borcludur :
1) Döyüş əməliyyatlarında birbaşa iştirak etməyən şəxslərlə, o cümlədən döyüş silahını yerə qoymuş silahlı qüvvələrin üzvləri ilə və xəstələnmə, yaralanma, tutulma və ya hər hansı digər səbəbdən döyüşdən kənarlaşdırılan şəxslərlə onların irqinə, dərisinin rənginə, dininə və ya əqidəsinə, cinsinə, mənşəyinə və ya əmlak vəziyyətinə və ya hər hansı digər oxşar meyarlara görə heç bir ayrı-seçkilik qoyulmadan, bütün hallarda insani rəftar olunmalıdır.
Bu məqsədlə, yuxarıda göstərilən şəxslərə qarşı aşağıda sadalanan bütün əməllər qadağan edilir və hər zaman, hər yerdə qadağan ediləcəkdir :
a) Həyata və sağlamlığa qəsd, xüsusən qətlin bütün növləri, bədən xəsarəti yetirmə, qəddar rəftar və ya işgəncə; (...)
c) insan ləyaqətinə qarşı qəsd, xüsusən təhqiredici və ləyaqəti alçaldan rəftar; (...)
iii. 4 noyabr 1950-ci il İnsan Hüquqları və əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası
Maddə 3
« Heç kim işgəncələrə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və cəzaya məruz qalmamalıdır. »
iv. 16 dekabr 1996-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt
Maddə 7
« Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Xüsusilə, bir şəxsi, özünün sərbəst razılığı olmadan, tibbi və ya elmi təcrübələrə tabe etmək qadağandır. »
Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Komitəsi 1994-cü ildə, Beynəlxalq Paktın 7-ci maddəsinə dair 20 saylı ümumi rəyində bildirdi ki, bəzi Dövlətlər işgəncə aktlarına amnistiya vermişdilər və qeyd etdi ki, « amnistiya, Dövlətlərin belə aktları araşdırmaq ; onların yurisdiksiyası çərçivəsində belə hərəkətlərə qarşı müdafiəni təmin etmək ; və gələcəkdə belə hərəkətlərin baş verməməsinə nəzarət etmək vəzifələri ilə ümumilikdə ziddir. Dövlətlər, insanların səmərəli hüquqi müdafiə vasitəsitələrindən, o cümlədən, mümkün qədər tam kompensasiya və dirçəlişdən məhrum edə bilməzlər. » (Compilation of General Comments and General Recommendations Adopted by Human Rights Treaty Bodies, Doc. O.N.U HRI/GEN/1/Rev.1, səh.. 30, 1994).
v. 22 Oktyabr 1969-cu il İnsan Hüquqları üzrə Amerika Konvensiyası
Maddə 5
« 1. Hər bir şəxsin öz fiziki, əqli və mənəvi toxunulmazlığına hörmət hüququı var.
2. Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Azadlıqdan məhrum olan hər bir şəxslə, insan ləyaqətinə xas olan hörmətlə davranılacaqdır. »
vi. 8 iyun 1977-ci il Cenevrə Konvensiyasının Beynəlxalq Silahlı münaqişələrin qurbanlarının müdafiəsi ilə bağlı 2 nömrəli əlavə Protokolu
Maddə 4
« (...) 2. Yuxarıda göstərilən müddəaların ümumi xarakterini pozmadan, 1-ci bənddə nəzərdə tutulan şəxslərə qarşı, aşağıda sadalanan bütün əməllər qadağan edilir və hər zaman, hər yerdə qadağan ediləcəkdir:
a) İnsanların həyatına və sağlamlığına, fiziki və ya psixoloji rifahına qəsd, xüsusən adam öldürmə, o cümlədən qəddar rəftar və ya işgəncə, yaralama və ya bədən xəsarətinin bütün növləri; (... ) »
vii. 27 iyun 1981-ci il İnsan və Xalq Hüquqları üzrə Afrika Xartiyası
Maddə 5
« Hər bir şəxsin insan ləyaqətinə hörmət və hüquqi şəxsiyyətinin tanınması hüququ var. İnsan istismarı və alçaldılmasının bütün növləri, o cümlədən köləlik, insan alveri, fiziki və ya psixoloji işgəncə, cəzalar, qeyri-insani, qəddar və ləyaqəti alçaldan davranışlar qadağandır. »
vii. Beynəlxalq Cinayət Məhkəməsinin Əsasnaməsi
Maddə 17 - Ərizənin qəbul edilənliyinə aid məsələlər
« 1. Preambulanın onuncu bəndini və birinci maddəni nəzərə alaraq, bir iş məhkəmə tərəfindən o zaman qəbuledilməz sayılır ki :
a) Dövlətin istəksizliyi və ya istintaq və cinayət təqibini lazımınca yerinə yetirmək iqtidarında olmaması halı istisna olmaqla, iş, səlahiyyəti olan bir dövlət tərəfindən araşdırma və ya təqib mövzusudur;
b) İş, belə hallarda səlahiyyətli olan bir Dövlət tərəfindən araşdırma mövzusu olmuşdur, lakin, istəksizlikdən və ya işi lazımınca yerinə yetirmək iqtidarında olmamağından irəli gələn hallah istisna olmaqla, həmin Dövlət müvafiq şəxsi məsuliyyətə cəlb etməmə barədə qərar vermişdir;
c) Sözügedən şəxs, şikayətin predıeti olan olan davranışa görə artıq mühakimə edilib və 20-ci maddənin 3-cü bəndinə əsasən Məhkəmə tərəfindən mühakimə edilə bilməz ;
d) İş, Məhkəmə tərəfindən aktlaşdırılacaq qədər ciddi deyil.
2. Baxılan halda Dövlətin araşdırmağa istəkli olmadığını müəyyən etmək üçün, Beynəlxalq hüquqda tanınan ədalətli məhkəmə araşdırması təminatlarını nəzərə alaraq, Məhkəmə aşağıdakı hallardan biri və ya bir neçəsinin mövcudluğunu gözdən keçirir :
a) Prosedur və ya Dövlətin qərarı, Məhkəmənin səlahiyyəti çərçivəsində 5-ci maddədə istinad edilən cinayətlərə görə, sözügedən şəxsi cinayət məsuliyyətindən azad etmək məqsədilə qəbul edilib ;
b) Prosedur, şəraitdən asılı olaraq, müvafiq şəxsi məsuliyyətə cəlb etmək niyyətinə uyğun olmayan əsassız gecikməyə məruz qalıb ;
c) Prosedur müstəqil və ya qərəzsiz şəkildə deyil, şəraitdən asılı olaraq, müvafiq şəxsi məsuliyyətə cəlb etmək niyyətinə zidd olan şəkildə aparılmışdır ;
3. Dövlətin öz səlahiyyətlərini yerinə yetirə bilməməsini müəyyən etmək üçün, Məhkəmə həmin Dövlətin, Ədliyyə sisteminin tam və ya əhəmiyyətli hissəsinin çökməsi və ya olmaması səbəbindən təqsirləndirilən şəxsin ələ keçirmək, dəlil və zəruri ifadələr toplamaq və ya proseduru başqa bir şəkildə həyata keçirmək səlahiyyətinin məhdudluğunu təyin edir.”
5. Beynəlxalq məhkəmələrin qərarları
14 fevral 2002-ci il tarixli qərarda (11 aprel 2000-ci il həbs qərarı ilə bağlı Konqo Demokratik Respublikası Belçikaya qarşı iş), Beynəlxalq Ədalət Məhkəməsi Konqonun, Belçikanın universal yuridiksiya icra etməsi pretenziyası ilə əlaqədar məsələni qaldırmadığını müəyyən etdi və yalnız Konqo Xarici İşlər nazirinin vəsifəsinin icrası zamanı faydalandığı toxunulmazlığa riayət məsələsini nəzərdən keçirməyi qərara aldı. Buna baxmayaraq, Belçika məhkəməsinin yurisdiksiya məsələsi və nəticə etibarilə, universal yuridiksanın tətbiqi məsələsi bəzi hakimlər tərəfindən, qərara əlavə olunan fərdi fikirlərində müzakirə edilib (xüsusilə, yuxarıda göstərilən işdə, Belçika tərəfindən həyata keçirilən universal yuridiksiya çərçivəsində).
Prokuror Anto Furundzijaya qarşı işdə, (10 dekabr 1998-ci il tarixli qərar (no IT-95-17/1-T), Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı (TPİY) aşağıdakıları irəli sürdü :
« 153. (...) Qoruduğu dəyərlərin önəmi səbəbindən [işgəncənin qadağası prinsipi] mütləq normaya və ya jus cogens-ə, yəni beynəlxalq ierarxiyada müqavilə hüququndan və hətta « adi » ənənəvi hüquq qaydalarından bir pillə daha yüksəkdə yerləşən bir normaya çevrildi. Ən diqqətəlayiq nəticə odur ki, Dövlətlər beynəlxalq müqavilələr, yerli və ya xüsusi adətlər, və ya hətta, eyni normativ dəyərləri olmayan ənənəvi qaydalar vasitəsilə, bu prinsipi poza bilməzlər.
154. İşgəncənin qadağan olunmasının jus cogens dəyəri, onun bundan belə beynəlxalq ictimaiyyətin ən fundamental norması olduğu fikrini aşkar şəkildə özündə əks etdirir. Bununla yanaşı, bu qadağanın bir çəkindirici təsiri olmalıdır, o mənada ki, o, beynəlxalq ictimaiyyətin bütün üzvlərinə və onların üzərində səlahiyyətləri olan şəxslərə xatırlatsın ki, söhbət heç kimin pozmaq ixtiyarı olmadığı mütləq bir dəyərdən gedir.
155. (...) Bir tərəfdən, işgəncənin qadağan edilməsinin jus cogens dəyəri olduğunu nəzərə alaraq, işgəncəni nəzərdə tutan ənənəvi müqavilə və ya qaydaların etibarsız əhəmiyyətsiz olmasını və ya ab initio qüvvəsiz olmasını təsdiq etmək və digər tərəfdən, Dövlətlərə işgəncənin tətbiqinə imakan yaradan və ya göz yuman və ya işgəncə edənlərə amnistiya verən qanunlar yaratmağa imkan vermək absurd olardı.
156. Bundan əlavə, fərdi müstəvidə, xüsusilə də cinayət məsuliyyəti ilə əlaqədar, jus cogens dəyərinin işgəncənin qadağan edilməsinin beynəlxalq ictimaiyyət tərəfindən tanınan nəticələrindən biri odur ki, hər Dövlət, öz ərazisində olan işgəncədə ittiham edilən şəxsləri araşdırmaq, təqib etmək, cəzalandırmaq və ya ektradasiya etmək hüququna malikdir.”
Oxşar bəyənatlara Prokuror Delasiç və digərlərinə qarşı (16 noyabr 1998, iş no TI-96-21-T, § 454) və Prokuror Kunaraya qarşı (22 fevral 2001, iş nos TI 96-23-T et TI-96-23/1, § 466) işlərində rast gəlmək olar.
ŞİKAYƏTLƏR
Konvensiyanın 7-ci maddəsinə istinad edərək, ərizəçi 1990 və 1991-ci illərdə Mavritaniyada törətdiyi aktlara görə Fransada mühakimə və məhkum edilməsindən şikayət edir, halbuki o öncədən bilə bilməzdi ki, Mavritaniya qanunu Fransa qanunvericilyinin xeyrinə kənar ediləcəkdi. Fransa qaninvericiliyi hadisə baş verən zaman işgəncəni avtonom cinayət hesab etmirdi və yeni Cinayət Məcəlləsinin müddəaları ona retroaktiv tətbiq edilmişdi.
HÜQUQİ MƏSƏLƏLƏR
Ərizəçi, Fransız qanunvericiliyi tərəfindən təqib və mühakimə olunmasından şikayətçidir. O, Konvensiyanın 7-ci maddəsinə istinad edir. Bu maddədə deyilir:
« 1. Heç kəs, törədildiyi zaman milli və beynəlxalq hüquqa əsasən cinayət sayılmayan hərəkət və hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə, cinayət əməlinin törədildiyi zaman tətbiq olunandan daha ağır cəza verilə bilməz.
2. Hazırki maddə, törədildiyi zaman sivil dövlətlər tərəfindən tanınan hüququn ümumi prinsiplərinə uyğun olaraq cinayət sayılan hərəkət və ya hərəkətsizlikdə təqsirləndirilən şəxsin mühakiməsini və cəzalandırılmasını məhdudlaşdırmır .»
A. Tərəflərin arqumentləri
1. Hökümət
Hökümət başlıca olaraq hesab edir ki, bu ərizə, Konvensiyanın 17-ci maddəsi baxımından hüquqi sui-istifadədir. Belə ki, 1990 və 1991-ci illərdə Mavritaniyada baş verən hadisələr zamanı ərizəçinin Konvensiyanın 3-cü maddəsinə zidd olan hərəkətlər yəni, Konvensiya ilə tanınan hüquq və azadlıqların pozulmasına yönəlmiş hərəkətlər etmişdir.
Əlavə olaraq Hökümət, ərizəni açıq-aydın əsaslandırılmamış hesab edir. O, ilk növbədə göstərir ki, ərizəçiyə tətbiq olunan Fransa qanunu açıq və nəticələri aydın olan qanun idi. Hadisələrin baş verdiyi dövrdə, 10 noyabr 1984-cü il İşgəncələr əleyhinə Konvensiyasında əks olunan universal yuridiksiyanın qaydaları, 30 dekabr 1985-ci il qanunu ilə Cinayət Prosessual Məcəlləsinə daxil edilmiş 689-2-ci maddə vasitəsilə Fransa hüququ sistemnə daxil edilmişdi. 10 noyabr 1984-cü il İşgəncələr əleyhinə Konvensiya 1985-ci ildə ratifikasiya edilmiş və 26 iyun 1987-ci ildə qüvvəyə minmişdi. Bundan əlavə, işgəncə aktları köhnə Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə ağırlaşdırıcı hal kimi cəzalandırılırdı. Hökümət, bundan belə bir nəticəyə gəlir ki, qanunun açıq olması ərizəçi tərəfindən iddia oluna bilməz. Hökümət, həmçinin, ərizəçinin cinayət qanununun xarici dildə yazılmış olması arqumentini də rədd edir, çünki, ərizəçi fransız dilindən qəbul imtahanı verdikdən sonra Fransada çox yüksək səviyyədə hərbi təhsil alıb. Qanunun nəticələrinin aydın olmasına gəldikdə, Hökümət müşahidə edir ki, ərizəçiyə özünün seçdiyi vəkil tərəfindən yardım edilmişdi və Fransız məhkəmələri tərəfindən həyata keçirilən səlahiyyətlər sistemi universal beynəlxalq qanundan irəli gəldiyinə görə nəticələri aydın olan qanun idi. Buna görə də, Hökümət hesab edir ki, ərizəçi bir kəşfiyyat zabiti və onlarla sub-Sahara mənşəli Mavritaniya əsgərlərinə işgəncə edilən düşərgənin rəhbəri qismində, törədilən aktların beynəlxalq səviyyədə cəzalanmalı olduğunu və bütün hallarda beynəlxalq hüquqda tətbiq olunan işgəncənin qadağası qanununu nəzərə alaraq, Mavritaniya Amnistiya qanununa istinad oluinmayacağı faktını bilmədiyini ciddi şəkildə iddia edə bilməz.
Hökümət hesab edir ki, Fransa qanunvericiliyində işgəncə cinayəti yeni cinayət məcəlləsinin qüvvəyə minməsindən əvvəl, aktların törədildiyi zaman mövcud idi. Bir tərəfdən, İşgəncələr əleyhinə Konvensiyanı ratifikasiya etmiş Dövlətlər həmin aktların bu Dövlət ilə birbaşa əlaqəsinin olmamasına baxmayaraq, işgəncə aktları üçün daxili qanunvericilikdə öz səlahiyyətlərini müəyyən etməli idilər. Beləliklə, Fransa öz qanunvericiliyini bu qaydaya uyğunlaşdırdı və bu məqsədlə Cinayət Prosessual Məcəlləsinin 689-1 və 689-2 maddələrini qəbul etdi. Xüsusilə, Hökümət dəqiqləşdirir ki, ərizəçi həm cinayət məcəlləsinin aktların törədildiyi zaman tətbiq olunan 303 və 309-cu maddələrinə əsasən, həm də aktların törədildiyi dövrdə cinayət üçün maksimum müddət sayılan 10 il həbs cəzası ilə məhkum olunmuşdu. Hökümət dəqiqləşdirir ki, əgər aktların törədildiyi zaman işgəncə sərbəst cinayət hesab edilmirdisə, o bununla belə nəzərdə tutulmuşdu və artıq həbs cəzasına məhkum olunmalı kriminal xarakter daşıyırdı.
Nəhayət, Hökümət xatırladır ki, 7-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş istisna, İkinci Dünya Müharibəsindən sonra hərbi cinayətləri və insanlıq əleyhinə törədilən cinayətləri cəzalandırmaq üçün qəbul edilmiş qanunvericiliyə yenidən baxılmasının qarşısını almaq məqsədi daşıyırdı. Onun sözlərinə görə, « sivil dövlətlər tərəfindən tanınan hüququn ümumi prinsipləri »nin tətbiqi, universal insan hüquqlarının qorunması barədə konvensiyalara istinad edir. Belə ki, beynəlxalq hüquqa görə heç bir istisna işgəncəyə haqq qazandıra bilməz.
2. Ərizəçi
Ərizəçi hesab edir ki, Konvensiyanın 17-ci maddəsinə istinad etmək yersizdir, çünki onun məqsədi hər hansı şəxsin işgəncə vermək hüququnu dəstəkləmək deyil. Onun ərizəsinin, bir Dövlətin ona yad olan şəxsi və ya hadisələri mühakimə etməsinə imkan verən halları müəyyən etməkdir, bu da 17-ci maddədən istifadə edərək yan keçmək üçün kifayət qədər əhəmiyyətli məsələdir. O xatırladır ki, rejim dəyişikliyi zamanı, Mavritaniya ölkənin yenidənqurmasına yönəldilmiş amnistiya qanunu qəbul etdi və onun bu qanundan faydalanmaq hüququ vardır.
Qanunun nəticələrinin aydın olmasına gəldikdə, onun işi Fransada bu növdə olan ilk hipotezdir və Nyu-York Konvensiyasından irəli gələn Fransız məhkəmələrinin yurisdiksiyası, Fransız qanunvericiliyinin səlahiyyətini nəzərdə tutmurdu.
Ərizəçi hesab edir ki, o həmçinin, araşdırılan hadisənin baş verdiyi tarixdə müstəqil surətdə mövcud olmayan bir cinayət üçün azadlıqdan məhrum edilmişdi.
Nəhayət, o hesab edir ki, 7-ci maddənin 2-ci bəndində nəzərdə tutulan istisna, işgəncə aktlarının cəzalandırılmasını rədd etməyən, lakin milli barışığa yönələn Mavritaniya amnistiya qanununun tətbiqi məsələsinə aid deyil.
B. Məhkəmənin dəyərləndirməsi
Hər şeydən öncə, Məhkəmə xatıirladır ki, Konvensiyanın 17-ci maddəsi, fərdlərə aid olduğuna görə, onların Konvensiyada tanınan hüquq və azadlığı pozmağa yönəlmiş hərəkət və ya fəaliyyətin törədilməsində iştirak etməsinə imkan verən qanundan istifadə etməsinə mane olmaq məqsədi daşıyır. Heç kəs Konvensiyanın müddəalarından istifadə edərək yuxarıda göstərilən hüquq və azadlıq pozuntusuna yönələn hərəkətlərdə iştirak edə bilməz və eyni zamanda, neqativ mənası olan bu müddəa, Konvensiyanın 5-ci və 6-cı maddələrində təmin edilən fundamental insan hüquqlarından məhrum etmək üçün təfsir oluna bilməz (Lawless c. Irlande, 1 iyul 1961 tarixli qərar, A no 3 seriyası, § 7, səh. 45). Məhkəmənin fikrincə, bu, Konvensiyanın 7-ci maddəsində göstərilən hüquqlara da aiddir.
Bu işdə ərizəçi, maddə 3-ün müddəalarına zidd olan aktlara haqq qazandırmaq və ya belə aktları həyata keçirmək üçün Konvensiyadan faydalanmır. O, Məhkəməyə ona görə müraciət edib ki, Konvensiyanın 7-ci maddəsində göstərilən zəmanətdən, özünün sözlərinə görə, məhrum edilmişdir. Buna görə də, onun bu hüququndan faydalanmasına Konvensiyanın 17-ci maddəsinə isitinad olunaraq mane oluna bilməz.
Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi Konvensiyanın 7-ci maddəsinin əhatə dairəsinə düşməyən məsələ olan fransız yuridiksiyasına etiraz etmir.O, 7-ci maddəyə zidd olaraq, fransız məhkəmələrinin Mavritaniya qanunlarını deyil, fransız qanunlarını tətbiq etməsindən şikayət edir.
Məhkəmə xatırladır ki, Aşur Fransaya qarşı işində o hesab etmişdir ki, « Razılığa Gələn Yüksək Tərəflər, öz cinayət siyasətini müəyyən etməkdə [azaddırlar] və Məhkəmə bu məsələdə, prinsipcə, fikrini bildirə bilməz» və « Dövlət tərəfindən bu və ya digər cinayət sisteminin seçilməsi, Məhkəmə tərəfindən icra olunan Avropa nəzarətinin xaricindədir, bir şərtlə ki, seçilmiş sistem Konvensiyanin prinsiplərinə uyğun olsun » (Aşur Fransaya qarşı [GC], no 67335/01, müvafiq olaraq §§ 44 və 51, CEDH 2006-IV).
Məhkəmə həmçinin xatırladır ki, maddə 7-də göstərilən, qanun aliliyinin əsas elementi olan təminat Konvensiyanın müdafiə sistemində önəmli yer tutur. Bunu maddə 15-in müharibə və digər ictimai təhlükə zamanı qanundan kənara çıxmağa icazə verməməsi də təsdiq edir. Bu qanunun da predmet və məqsədindən irəli gəldiyi kimi, o, əsassız təqiblərə, mühakimə və cəzalara qarşı səmərəli müdafiə təmin etmək üçün təfsir və tətbiq edilməlidir (Korbely Macarıstana qarşı [GC], no 9174/02, § 69, CEDH 2008-...).
Konvensiyanın 7-ci maddəsi, umumiyyətlə cinayət və cəzanın qanuniliyi prinsipini (nullum crimen, nulla poena sine lege) ümumən təsbit edir və cinayət qanununun retroaktiv tətbiqini, xüsusən bu təqsirləndirilən şəxsin əleyhinə olduqda, qadağan edir (Kokkinakis Yunanıstana qarşı, 25 may 1993-cü il qanunu, A no 260-A seriyası, 22-ci səhifə, § 52). O, mövcud qanunun əhatə dairəsini əvvəllər cinayət sayılmayan aktlara genişləndirməyi qadağan edir və təqsirləndirilən şəxsin ziyanına olan cinayət qanununun geniş şəkildə, məsələn, analogiya üzrə tətbiq edilməməsinə də nəzarət edir.
Bundan belə nəticə çıxır ki, qanun, qanun pozuntularını və onların qarşısını alan cəzaları aydin şəkildə müəyyən etməlidir. Bu şərt, müvafiq müddəaların mətninə və zəruri hallarda, məhkəmələr tərəfindən verilmiş şərtlərə əsasən, şəxsin hansı hərəkət və hərəkətsizliklərin onun cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olacağını bilə bildiyi zaman təmin olunmuş sayılır. Maddə 7-də istifadə olunmuş « qanun » ( « law ») anlayışı, Konvensiyanın digər maddələrində göstərilən « qanun » anlayışları ilə uyğundur ; o, istər qanunvericilik istərsə də məhkəmə təcrüəsi əsasında yaradılmış qanunu əhatə edir və açıq və nəticələri aydın görünən olması kimi keyfiyyət tələblərini də ehtiva edir (xüsusuən, bax, Kantoni Fransaya qarşı, 15 noyabr 1996, § 29, Qərar və hökmlər toplusu 1996-V, yuxarıda qeyd olunan Aşur, §§ 41-42, və yuxarıda qeyd olunan Korbeli, § 70).
Beləliklə, Məhkəmənin vəzifəsi, təqsirləndirilən şəxsin, cinayət təqibinə və mühakiməyə gətirib çıxaran bir akt törətdiyi zaman, bu aktı cəzalandırılan bir hüquqi müddəanın mövcud olmasından və tətbiq olunan cəzanın bu müddəada nəzərdə tutulan həddi keçmədiyindən əmin olmaqdır (Coëme və başqaları Belçikaya qarşı, nos 32492/96, 32547/96, 32548/96, 33209/96 et 33210/96, § 145, CEDH 2000-VII, və yuxarıda istinad edilən Aşur, § 43).
Bundan başqa, Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə görə, hərhansı sistemdə bir cinayət hüququ müddəası nə qədər aydın olursa olsun, onda mütləq məhkəmə təfsiri elementi mövcuddur və həmişə şübhəli məsələləri işıqlandırmaq və vəziyyətin dəyişkənliyinə uyğunlaşmaq lazımdır. Əslində Konvensiyada iştirakçı Dövlətlərinin hüquqi ənənəsində məhkəmə təcrübəsinin hüququn bir mənbəyi kimi cinayət hüququnun proqressiv təkamülünə töhvə verməsi qəti şəkildə müəyyən edilmişdir. Konvensiyanın 7-ci maddəsi, bir işdən digərinə məhkəmə təfsiri vasitəsilə, cinayət məsuliyyətinin qaydalarının tədricən aydınlaşdırılmasını qadağan edən müddəakimisərh oluna bilməz, bir şərtlə ki, nəticə cinayətin mahiyyəti ilə uyğun olsun və nəticələri aydın olsun (S.W. və C.R. Böyük Britaniyaya qarşı, 22 noyabr 1995-ci il qərarı, A no 335‑B, pp. 41-42, §§ 34-36 müvafiq silsiləsi, və A no 335-C, pp. 68-69, §§ 32-34 silsiləsi, Streletz, Kessler və Krenz Almaniyaya qarşı [GC], nos 34044/96, 35532/97 və 44801/98, § 50, CEDH 2001-II, Jorgic Almaniyaya qarşı, no 74613/01, § 101, 12 iyul 2007, və yuxarıda istinad olunan Korbely, § 71).
Əlbətdə bu anlayış prinsipcə, Konvensiyanın preambulasında da göstərildiyi kimi, onun təməl daşları sayılan eyni hüquqi Dövlətdə və demokratik rejimdə məhkəmə təcrübəsinin tədricən inkişafına tətbiq olunur, lakin o, bu işdə olduğu kimi, universal dəyəri olan insan hüquqlarının müdafiəsi haqqında beynəlxalq sənədin qəbul olunduğu zaman, bütün dəyərini saxlayır (bax, yuxarıda mutatis mutandis, istinad edilən Streletz, Kessler və Krenz, § 82). Əksinə mühakimə etmək, Konvensiya tərəfindən müəyyən olunan müdafiə sisteminin üzərində qurulduğu prinsiplərin pozulmasına gətirib çıxarardı (eyni qanun).
Bu iş üzrə Məhkəmə qeyd edir ki, Fransa məhkəmələri bəzi hallarda, prinsipi cinayət məcəlləsinin 689-1 maddəsi ilə müəyyən edilən universal yuridiksiyadan faydalanırlar. Beləliklə onlar, istər cinayətkarın, istərsə də zərərçəkənin vətəndaşlığından və hadisənin baş verdiyi yerdən asılı olmayaraq, cinayətkarı mühakimə edə bilərlər. Bunun üçün iki şərt yerinə yetirilməlidir : cinayətkar Fransa ərazisində yerləşməli və fransız məhkəmələrinin müdaxiləsi bəzi beynəlxalq konvensiyaları tətbiqinə əsasən olsun.
Məhkəmə müəyyən edir ki, bu iki şərt, bu halda yerinə yetirilmişdi. Bir tərəfdən, ərizəçi, Mavritaniya ordusunun zabiti, təqib edilmiş və 1999-cu ildə Fransada olarkən saxlanılmışdı və nəticədə, 1990 və 1991-ci illərdə Mavritaniyada işgəncə və qəddarlıq aktları törətdiyinə görə qiyabi olaraq məhkum edilmişdi. Digər tərəfdən, Məhkəmə qeyd edir ki, hadisələrin baş verdiyi zaman, 10 dekabr 1984-cü ildə Birləşmiş Millətlər təşkilatının Baş Assembleyası tərəfindən qəbul edilmiş İşgəncəyə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və cəzalara qarşı Konvensiya, Fransada 26 iyun 1987-ci ildən qüvvədə idi. Fransa, bundan əvvəl də, bu məqsədlə Cinayət Prosessual Məcəlləsinə yeni 689-2 maddəsini daxil edərək, Konvensiyanı öz daxili hüququna 30 dekabr 1985-ci il tarixli və 85-1407 nömrəli qanun əsasında daxil etmişdi.
Bundan başqa, işgəncənin qadağan olunması insan haqqları müdafiəsi üzrə bütün beynəlxalq sənədlərdə, o cümlədən, İnsan Hüquqları Bəyənnaməsində, eləcə də, ərizəçinin gəldiyi yerdə tətbiq olunmaq üçün xüsusi nəzərdə tutulmuş Afrika İnsan və Xalqların Haqqları Xartiyasında da mühüm yer tutur. Konvensiyanın 3-cü maddəsi də eyni zamanda işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı mütləq şəkildə qadağan edir. Bu maddə demokratik cəmiyyətlərin əsas dəyərlərindən birini təsbit edir və ona, hətta millətin həyatına təhlükə olduğu axtlar belə heç bir məhdudiyyət qoyula bilməz. (Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996, Qərar və qanunlar toplusu, 1996-VI, səh. 2278, § 62, Assenov və başqaları Bolqarıstana qarşı, 28 oktyabr 1998-ci il qərarı, Toplu 1998-VIII, səh. 3288, § 93, və Selmuni Fransaya qarşı [GC], no 25803/94, § 95, CEDH 1999-V).
Məhkəmə, TPİY ilə razılaşaraq hesab edir ki, işgəncə qadağası bir imperativ normadır, yəni jus cogens-dir (Al-Adsani Böyük Britaniyaya qarşı, 21 noyabr 2001, § 60, Qərar və qanunlar toplusu 2001-XI). Məhkəmə mülki proseslər zamanı Dövlətin qanunlarından kənarda törədilmiş işgəncə aktlarından dəyən zərərə görə Dövlətlərin immunitetə iddia edə biləcəklərini qəbul etmişdirsə də, (eyni qərar, § 66), hazırki iş, işgəncə qurbanının mülki proses zamanı Dövlət toxunulmazlığı məsələsinə deyil, törətdiyi işgəncə aktlarına görə şəxsin cinayət məsuliyyətinə aiddir. (bax, a contrario, eyni qərar, § 61).
Məhkəmənin fikrincə, işgəncənin qadağası və bu universal qaydanı pozan şəxslərin təqibinə müstəsna zərurət, eləcə də, işgəncələrə qarşı Konvensiyada nəzərdə tutulan universal yuridiksiyanın imza atan bir Dövlət tərəfindən icrası bu Dövlətin müvafiq qanunvericiliyinin tətbiqinə imkan vermədən onun hüquqi yuridiksiyasını qəbul etmək mənasız olardı. Şübhəsiz, cinayətin baş verdiyi Dövlət tərəfindən öz vətəndaşlarını qorumaq və ya zəruri olduqda, cinayət törədənlərin birbaşa və ya dolayı təsiri altında onlara bəraət qazandırmaq üçün qəbul etdiyi qərar və ya qanunların leyhinə bu qanunvericiliyi kənara qoymaq, universal yuridiksiyanın bütün vəzifəsinin iflicinə gətirib çıxarardı və 10 dekabr 1984-cü il Konvensiyasının izlədiyi məqsədi sıfıra endirərdi. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Komitəsi və TYİP kimi, o hesab edir ki, amnistiya, Dövlətlərin belə aktları araşdırmaq vəzifəsi ilə ümumiyyətlə ziddir.
Aydındır ki, bu işdə, Mavritaniya amnistiya qanunu əzrizəçi mühakimə və məhkum olunandan sonra deyil, daha dəqiq ona qarşı hər hansi cinayət təqibinin qarşısını almaq üçün ortaya çıxmışdı. Əlbəttə, ümumiyyətlə bir tərəfdən törədilən cinayətin təqibi, digər tərəfdən bir ölkənin ictimaiyyətinin barışdırılması istəyi arasındakı münaqişə ehtimalı istisna ediləbilməz. Hər bir halda, Mavritaniyada bu tipli heç bir barışıq prosesi baş verməyib. Lakin, Məhkəmənin də qeyd etdiyi kimi, işgəncənin qadağanolunması insan hüquqlarının müdafiəsi üzrə bütün sənədlərdə önəmli yer tutur və demokratik cəmiyyətlərin fundamental dəyərlərindən birini təsbit edir. Buna görə də, beynəlxalq hüquqa əsasən ədalətsiz sayılan amnistiya qanununun qəbul edilməsi ilə cinayəti törədən şəxsə cəza verməyərək, belə hərəkətlərin təqibinin vacibliyi sual altında qoyula bilməz. Məhkəmə bundan başqa qeyd edir ki, məsələn, bu vəziyyəti, bir işin qəbul edilməzliyi səbəbləri arasında hesab etnəyən Beynəlxalq Cinayət MəhkəməsiNizamnaməsinin 17-ci maddəsində göstərildiyikimi, amnistiya almış şəxsin öz doğma ölkəsindən əvvəl başqa bir Dövlət tərəfindən mühakimə olunmasına mane olmur.
Nəhayət, bir tərəfdən Dövlətlərin, işgəncə aktlarının onların öz qanunlarına görə cinayət hesab edilməsini təmin etmək öhdəliyini, digər tərəfdən öz daxili qanunvericiliklərinə əsasən ümumi hüququn ciddi xarakterli bütün cinayətləri ilə eyni şərtlər altında qərar qəbul etmələri üçün hakimiyyət orqanlarının səlahiyyətlərini təmin edən İşgəncələrə Qarşı Konvensiyanın 4-cü və 7-ci maddələrinin birgə oxunuşu, Nim Appelyasiya Məhkəməsinin də etdiyi kimi, nəinki fransız məhkəmələrinin, həm də fransız qanunun tətbiqi haqqında əsaslı nəticə çıxarmağa imkan verir. Məhkəmə həmçinin qeyd edir ki, Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə qarşı Komitəsi, özünün 3 aprel 2006 tarixli Fransaya aid nəticə və tövsiyələrində, Nim Andlılar Məhkəməsinin ərizəçini məhkum edən qərarını açıq şəkildə alqışlayır.
Yuxarıdakıları nəzərə alaraq Məhkəmə hesab edir ki, bu işdə Mavritaniyanın amnistiya qanunu, öz özlüyündə, universal yuridiksiyaya əsasən müraciət olunmuş fransız məhəmələri tərəfindən fransız qanununun tətbiqinə mane ola bilməz və fransız məhkəmələri tərəfindən gəlinən nəticə əsaslandırılmış idi.
Buna görə də, ərizəçiyə tətbiq olunan fransız qanununun açıq və nəticələrinin aydın olması məsələsini araşdırmaq lazımdır.
Bu məsələ ilə əlaqədar, Məhkəmə qeyd edir ki, ərizəçinin ittiham olunduğu hadisələr zamanı, yəni 1 mart 1994-cü ildə qəbul edilmiş yeni cinayət məcəlləsinin qüvvəyə minməsindən əvvəl, qəddar hərəkətlər də işgəncə aktları kimi cinayət məcəlləsinin 303-cü maddəsində aydın şəkildə nəzərdə tutulmuşdu. Bu maddəyə əsasən, bu hərəkətlər cinayət hadisəsini müşayət etdiyi zaman, qətldə təqsirləndirilən şəxsə verilən cəzaya bənzər bir hökmlə, və ya hüquq pozuntusunu müşayət etdiyi zaman, beş ildən on ilə qədər azadlıqdan məhrum etmə ilə nəticələnən ağırlaşdırıcı hal təşkil edirdi. Maddə 309, öz növbəsində, zərərçəkənin səkkiz gündən çox iş qabiliyyətinin itirilməsi ilə nəticələnən zərbə və zorakılığı nəzərdə tuturdu.
Məhkəmə hesab edir ki, ərizəçi, cinayət məcəlləsinin hadisənin baş verdiyi zaman tətbiq olunan 303 və 309-cu maddələri ilə məhkum edilmişdi və müddəalar aydın şəkildə qərarda qeyd edilmişdi. Sübhəsiz, ərizəçi düşünür ki, bu qanunlar onun ittihamını əsaslandıra bilməz, çünki onlar ayrı-ayrı cinayətləri deyil, cinayət və ya hüquq pozuntusunun ağırlaşdırıcı halını təşkil edirdi. Bundan başqa, ağır cinayətlər məhkəməsinin qərarı aydın şəkildə cinayət məcəlləsinin 222-1 maddəsindən bəhs edir.
Məhkəmə bununla belə qeyd edir ki, işgəncə və qəddarlıq aktları, özünün də bəyan etdiyi kimi, hadisələr zamanı tətbiq olunan cinayət məcəlləsində aydın şəkildə nəzərdə tutulmuşdu. Bu halda, belə aktların ayrı-ayrı cinayətlər deyil, ağırlaşdırıcı hallar təşkil etməsi o qədər də əhəmiyyətli deyil: bu aktlar, hər bir halda, cinayət və ya qanun pozuntusu törətmiş hər bir şəxsin qanuni şəkildə əleyhinə istifadə oluna bilərdi və xüsusi qanun əsasında, əsas cinayətin əlavə və ayrı elementlərini təşkil edirdi, bu da əsas cinayət üçün nəzərdə tutulmuş cəzadan daha yüksək bir cəza ilə nəticələnirdi. Məhkəmə bundan başqa qeyd edir ki, yeni cinayəti şərh edən 14 may 1993-cü il tarixli sərəncam aydın şəkildə bildirirdi ki, « işgəncə və qəddarlıq aktları » ifadəsi, qanunvericiliyin bu aktların ağırlaşdırıcı hal kimi nəzərdə tutulduğu zaman ona verildiyi mənanı qoruyub saxlayır ki, bu da, sonradan daxili məhkəmə təcrübəsi vasitəsiləbir daha təsdiq edilmişdir. Hətta, Kassasiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, işgəncə və qəddarlıq aktları ilə bağlı olan yeni cinayətlər köhnə cinayət məcəlləsində nəzərdə tutulmuş qanun pozuntusunun davamlılığını təmin edir. Bundan başqa, məhkəmə qeyd edir ki, yeni cinayətlərlə köhnə müddəalar arasındakı fərq onunla izah olunur ki, yeni qanun, Nyu-York Konvensiyasına nəzərən daha geniş həcmlidir, çünki bu yeni cinayət hazırki işlə əlaqəsi olmayan vəziyyətlərdə, cinayət təqibi sahəsində olan əksikliyi doldurmağa çalışır.
Bundan əlavə, ərizəçiyə verilən cəza, hadisələr zamanı tətbiq olunan cinayət məcəlləsinin keçmiş 303-cü maddəsinin müddəalarında nəzərdə tutulan cəza həddini keçməmişdir.
1 may 1994-cü ildə qüvvəyə minmiş cinayət məcəlləsinin 222-1 maddəsinə gəldikdə isə, bu maddə əsasən, Məhkəmənin fikrincə, cinayət məcəlləsinin təkamülü hesab olunur. Bu, yeni qanun pozuntusunun meydana gəlməsinə deyil, köhnə cinayət məcəlləsində də açıqca nəzərdə tutulan və qarşısı alınan davranışlarla bağlı qanunvericiliyinin inkişafıdır. Aydındır ki, 222-1 maddəsi üzrə ən ağır cəza, bu işdə ərizəçiyə tətbiq edilməmişdi. Buna görə də, burada heç bir retroaktivlik problemi olmamalıdır.
Bütün yuxarıdakıları nəzərə alaraq, Məhkəmə hesab edir ki, hadisələrin törədildiyi zaman, ərizəçinin hərəkətləri fransız qanunları ilə və beynəlxalq hüquqda əsasən kifayət qədər açıq və nəticələri aydınolan bir şəkildə müəyyən olunmuşdu və ərizəçi əsaslı olaraq, zəruri halda bir hüquqi yardımın köməyi ilə, 1990 və 1991-ci illərdə törətdiyi işgəncə aktlarına görə təqib və mühakimə edilmə riskini öncədən təxmin edə bilərdi (bax, xüsusən, yuxarıda istinad olunan Aşur, § 54, yuxarıda qeyd olunan Jorjiç, § 113, və yuxarıda istinad olunan Korbeli, § 70).
Buna görə də, ərizəçinin fransız qanunvericiliyinə əsasən məhkum olunması, Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinin pozulması hesab olunmur.
Bu mülahizəni nəzərə alaraq, Məhkəmə, bu ittiham hökmünün Konvensiyanın 7-ci maddəsinin 2-ci bəndinə əsasən özünü doğruldub-doğrultmadığı məsələsini araşdırmalı deyil (yuxarıda göstərilən Streletz, Kessler və Krenz, § 108).
Burdan belə nəticə çıxır ki, ərizə aşkar şəkildə əsassızdır və Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir.
Bu səbəblərə görə, Məhkəmə, yekdilliklə,
ərizəni qəbuledilməz elan edir.
Claudia WesterdiekRait Maruste
İclas katibiPrezident.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@.
Full & Egal Universal Law Academy