© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Uld Dah Fransaya qarşı (Ould Dah v. France), ərizə № 13113/03
17.03.2009-cu il tarixli qərar [V Bölmə]
Maddə 7
7-ci maddənin 1-ci bəndi
Heç kəs törədildiyi zaman cinayət sayılmayan əmələ görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz (nullum crimen sine lege)
İşgəncə və vandalizm aktları törədildiyi ölkədə qanunla amnistiyaya düşdüyünə baxmayaraq, Konvensiya iştirakçısı olan dövlətin həmin cinayətlər barəsində cinayət təqibini həyata keçirmək üçün universal yurisdiksiyaya malik olması: ərizəçinin şikayəti qəbul olunmayan elan edildi
Ərizəçi Mavritaniya vətəndaşıdır. 1990-cı və 1991-ci illərdə Mavritaniya ordusunun kəşfiyyatçısı qismində o, dövlət çevrilişi hazırlamaqda təqsirləndirilən hərbi qulluqçuları işgəncəyə və qəddar rəftara məruz qoydu. 1989-1992-ci illərdə baş vermiş silahlı toqquşmalar və zorakılıq aktları zamanı cinayətlər törəmiş silahlı qüvvələrin və xüsusi xidmətlərin nümayəndələri üçün 1993-cü ildə amnistiya haqqında qanun qəbul edildi. Bu qanunun sayəsində ərizəçi məhbuslar barəsində törətdiyi hərəkətlərə görə cinayət təqibinə məruz qalmadı. 1999-cu ildə Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH) və Fransa İnsan Hüquqları Liqası (LDH) ərizəçiyə qarşı cinayət işi başlanması üçün şikayət ərizəsi verdilər, onlar bu prosesdə mülki iddiaçı qismində iştirak etmək niyyətində idilər. Ərizəçi tutularaq işgəncə və vandalizm aktlarında ittiham olundu və həbsxanaya salındı, sonra isə zəmanət müqabilində azad edildi. Bundan sonra o, ədalət mühakiməsindən gizləndi, buna görə də onun həbsi barədə qərar çıxarıldı. Apellyasiya Məhkəməsinin ittiham aktları üzrə bölməsi ərizəçinin işinin andlılar məhkəməsinə verilməsi barədə qərar qəbul etdi. Ərizəçinin bu qərardan verdiyi şikayət rədd edildi. 2005-ci ildə ərizəçinin vəkillərini dinlədikdən sonra andlılar məhkəməsi yeri naməlum olan ərizəçini müəyyən şəxslər barəsində bilərəkdən işgəncə və vandalizm aktları törətdiyinə və səlahiyyətindən sui-istifadə edərək tabeliyindəki hərbçilərə digər məhbuslar barəsində bu cür aktlar törətmək göstərişi verdiyinə görə (bu göstərişlər icra edilmişdi) 10 il müddətinə azadlıqdan məhrum etdi.
Şikayət qəbul olunmayan elan edildi: Ərizəçi Fransa məhkəmələrinin yurisdiksiyasına etiraz etmirdi, sadəcə ondan şikayət edirdi ki, onlar Konvensiyanın 7-ci maddəsinə zidd olaraq Mavritaniya qanunvericiliyini deyil, Fransa qanunvericiliyini tətbiq ediblər. Müəyyən işlərdə Fransa məhkəmələri universal (beynəlxalq) yurisdiksiyaya malikdirlər. Bu iş də həmin işlərin sırasına aid idi. Şübhə yoxdur ki, ərazisində cinayət törədilmiş dövlətin cinayətlərdə bilavasitə iştirak etmiş şəxslərin birbaşa və ya dolayı təhriki ilə öz vətəndaşlarını müdafiə etmək üçün müəyyən qanunları ləğv etməsi və ya xüsusi qərarlar və ya qanunlar qəbul etməsi universal yurisdiksiya prinsipini faktiki olaraq iflic etmiş olur. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi və Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı kimi Avropa Məhkəməsi də hesab etdi ki, amnistiya haqqında qanun bütövlükdə dövlətlərin işgəncə və ya vandalizm aktları barəsində cinayət təqibini həyata keçirmə vəzifəsi ilə bir araya sığmır. Hazırkı işdə bu məsələdə fikir ayrılığı yoxdur ki, amnistiya haqqında Mavritaniya qanunu ərizəçinin məhkəməyə cəlb olunmasından və məhkum edilməsindən sonra qəbul edilməmişdi, onun cinayət məsuliyyətinə cəlb olunmasının qarşısını almaq üçün qəbul olunmuşdu. Lakin işgəncələrə qoyulan qadağanın insan hüquqlarına dair bütün beynəlxalq müqavilələrdə xüsusi əhəmiyyət daşıdığını nəzərə alsaq, amnistiya haqqında qanunların qəbulu işgəncə aktlarında iştirak etmiş şəxslər barəsində cinayət təqibini aradan qaldırmır, çünki belə qanunlar bu əməllərin cəzasız qalmasına səbəb olur və onlar beynəlxalq hüquqa zidd hesab edilə bilər. Məhkəmə bu mövqedən çıxış etdi ki, beynəlxalq hüquq məhkəmə araşdırmasına qədər öz ölkəsində amnistiyaya düşmüş şəxsin məhkəməyə cəlb olunmasını istisna etmir, bu qayda, məsələn, Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinin 17-ci maddəsində öz əksini tapıb. Nəhayət, İşgəncələrə qarşı Konvensiyanın 4-cü və 7-ci maddələrini qarşılıqlı əlaqəli şəkildə nəzərə alsaq, əsaslı olaraq güman etmək olar ki, bu məsələdə nəinki Fransa məhkəmələri yurisdiksiyaya malikdirlər, həm də bu məsələyə Fransa qanunvericiliyi tətbiq edilə bilər. Amnistiya haqqında Mavritaniya qanunu işə universal yurisdiksiya əsasında baxan Fransa məhkəmələri tərəfindən Fransa qanunvericiliyinin tətbiqini istisna edə bilməzdi.
Bütün bunları nəzərə alaraq, ərizəçi barəsində tətbiq edilmiş Fransa qanunvericiliyinin nə dərəcədə aydın və dəqiq olduğunu nəzərdən keçirmək lazımdır. Bu işdəki hadisələr baş verən zaman işgəncə və vandalizm aktları Cinayət Məcəlləsində birbaşa nəzərdə tutulmuşdu. Onların müstəqil cinayət deyil, ağırlaşdırıcı hallar olduğu barədə arqument həlledici əhəmiyyət daşımır, çünki həmin əməlləri törətmiş istənilən şəxs cinayətdə ittiham edilə bilərdi, onlar xüsusi qanunla nəzərdə tutulmuşdu və əsas cinayətdən asılı olmayan, amma əsas cinayətə görə məsuliyyəti ağırlaşdıran əlavə amillər idi. Müvafiq olaraq, törədildiyi dövrdə ərizəçinin hərəkətləri Fransa qanunvericiliyində və beynəlxalq hüquqda kifayət qədər aydın və dəqiq şəkildə cinayət əməlləri kimi göstərilmişdi və ərizəçi 1990-cı və 1991-ci illərdə etdiyi hərəkətlərə görə cinayət təqibinə məruz qala biləcəyini (zərurət olduqda ixtisaslı hüquqi məsləhət almaqla) öncədən görə bilərdi. Nəticə: ərizəçinin şikayəti açıq-aydın əsassızdır.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy