Bu hüquqi xülasə yalnız Konvensiyanın 6-1-ci maddəsinin cinayət aspekti altında qaldırılmış şikayətlərə nəzərən Məhkəmənin gəldiyi nəticələr barədədir.
Saccoccia (Saccoccia) Avstriyaya qarşı - 69917/01
Qərardad 5.7.2007 [I Bölmə]
Maddə 6
6-cı Maddənin 1-ci bəndi
Cinayət ittihamı
Xarici məhkəmənin müsadirə qərarının yerinə yetirilməsi: 6-cı maddə tətbiq olunmur (cinayət-hüquqi aspekti)
Faktlar -1993-cü ildə Amerika Birləşmiş Ştatları vətəndaşı olan ərizəçi Birləşmiş Ştatlar məhkəməsi tərəfindən külli miqdarda qeyri-qanuni yolla əldə edilmiş vəsaitin leqallaşdırılmasında təqsirli hesab edilmişdir. 1997-ci ildə ABŞ məhkəməsi onun əmlakının müsadirə olunması əmri və bu qərarın Avstriyada yerinə yetirilməsi üçün Məhkəmə tapşırığı qəbul etmişdir. 1998-ci ildə Vyana Regional Cinayət Məhkəməsi müvəqqəti tədbir olaraq, bu məqsədlə təxminən 5.8 milyon avro dəyərində olan əmlakın müsadirə olunması barədə qərar çıxarmışdır. Ərizəçinın şikayətləri nəticə verməmişdir. 2000-ci ildə, məhkəmə iclası keçirmədən Vyana Regional Cinayət Məhkəməsi onun əmlakının müsadirə olunması barədə qərar vermişdir. Qapalı məhkəmə iclası ilə Vyana Apellyasiya Məhkəməsi onun şikayətini rədd etmişdir.
Hüquqi məsələlər - Maddə 6 § 1- Tətbiqolunma - Cinayət-hüquqi aspekti: Müsadirə əmrinin icrası ilə bağlı Avstriya məhkəmələri qarşısındakı məhkəmə prosesi ərizəçiyə qarşı yeni cinayət ittihamının müəyyənləşdirilməsini deyil, onun törətdiyi əməllərin Avstriya qanunvericiliyinə əsasən cəzalandırılıb-cəzalandırılmayacağının araşdırılması idi. Buna baxmayaraq, bu qiymətləndirmə abstrakt idi və onun təqsirinin müəyyənləşdirilməsi ilə əlaqədar deyildi. Cinayət məsuliyyətində bu cür abstrakt qiymətləndirmə ekstradisiya məhkəmə proseslərinə xas bir haldır, belə ki, Məhkəməni yurisprudensiyasına əsasən bu, "cinayət ittihamının müəyyənləşdirilməsi" deyildir. Bu məhkəmə prosesi cəzavermə prosesinə də uyğun gəlmirdi, belə ki, Avstriya məhkəmələri müsadirə olunacaq məbləğ və ya əmlakı müəyyən etmək səlahiyyətinə malik deyildi. Məhkəmə məhkəmə prosesinin müsadirə əmrinin icrasından kənara çıxdığı barədə ərizəçinin arqumentini qəbul etmir. Cəzaların icrası ilə bağlı işlər 6-cı Maddənin cinayət-hüquq aspektinə aid olmadığından, Məhkəmənin xarici məhkəmə tərəfindən qəbul edilmiş excatur ilə bağlı fərqli nəticə çıxarmaq üçün heç bir əsası yoxdur. Maddə 6 § 1 cinayət-hüquqi aspekti tətbiq olunmur.
Nəticə: qəbuledilməz (yekdilliklə).
Full & Egal Universal Law Academy