© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012.
This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Steplton İrlandiyaya qarşı (Stapleton v. Ireland), ərizə № 56588/07
04.05.2010-cu il tarixli qərar [III Bölmə]
Maddə 6
Cinayət prosesi
6-cı maddənin 1-ci bəndi
Ədalətli məhkəmə araşdırması hüququ
Ədalətsiz məhkəmə araşdırması təhlükəsi mövcud olduğuna baxmayaraq şübhəli şəxsin vətəndaşı olduğu üzv dövlətə təhvil verilməsi: şikayət qəbul edilən deyil
Faktlar – Bu iş Avropa həbs orderi və üzv dövlətlərdə mövcud olan təhvil vermə prosedurları haqqında Avropa Şurasının 13 iyun 2002-ci il tarixli çərçivə qərarı əsasında yaradılmış şübhəli və təqsirləndirilən şəxslərin təhvil verilməsi sistemi ilə əlaqədar idi. Bu sistem üzv dövlətlərdə mövcud olan ekstradisiya prosedurlarını əvəz edirdi.
Ərizəçi 1978-1982-ci illərdə törədilmiş müxtəlif dələduzluq cinayətləri ilə əlaqədar olaraq 2005-ci ildə Birləşmiş Krallıq tərəfindən bir il əvvəl qəbul edilmiş Avropa həbs orderi əsasında İrlandiyada tutuldu. Birləşmiş Krallığın hakimiyyət orqanları iddia etdilər ki, ərizəçi xaricdə yaşadığına görə onun yeri barədə yalnız 2001-ci ildə xəbər tutublar. Ərizəçi Birləşmiş Krallığa təhvil verilməsinə etiraz edərək belə əsas gətirdi ki, iddia edilən cinayətlərin törədildiyi tarixlə onun tutulduğu tarix arasında iyirmi ildən artıq vaxt keçməsi onun işi üzrə məhkəmə araşdırmasının ədalətsiz olacağına dair real təhlükə yaradır. İrlandiya Ali Məhkəməsi bu arqumenti rədd edib və konkret olaraq qərara aldı ki, Birləşmiş Krallığın məhkəmələrində işinin yubandırılması ilə bağlı ərizəçinin ixtiyarında hüquqi müdafiə vasitəsi var və bu məsələyə orada baxılması daha səmərəli və daha məqsədəuyğun olar.
Hüquqi məsələlər – Maddə 6: Ərizəçinin işinin faktları arasında belə güman etməyə əsas verən heç bir hal yox idi ki, ərizəçi Birləşmiş Krallıqda Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş hüquqlarından məhrum edilə bilər, bu dövlət Konvensiyanın iştirakçısı olaraq Konvensiyadan irəli gələn öhdəliklərə riayət etməyi və yurisdiksiyasında olan bütün şəxslərin Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqlarını qorumağı öhdəsinə götürmüşdü. Cinayət prosesinin yubadılması özlüyündə həmin cinayət prosesinin ədalətsiz olacağına dəlalət etmir.
Ərizəçi belə bir arqument irəli sürdü ki, İrlandiya məhkəmələri Birləşmiş Krallıqda onun hüquqlarının "kobudcasına pozulması" təhlükəsinin mövcudluğunu deyil, Birləşmiş Krallıqda onun işi üzrə məhkəmə araşdırmasının ədalətsiz keçirilməsi təhlükəsinin mövcudluğunu araşdırmalı idilər, amma onun bu arqumenti üç səbəbə görə rədd edildi. Birincisi, belə yanaşma Sörinq Birləşmiş Krallığa qarşı (ərizə №14038/88, 7 iyul 1989-cu il) iş üzrə Avropa Məhkəməsinin qərarında müəyyən edilmiş prinsiplərə və Məhkəmənin sonrakı presedent hüququna zidd olardı. İkincisi, İrlandiya Ali Məhkəməsi haqlı olaraq bu qənaətə gəldi ki, məhkəmələrin işə ədalətsiz baxacaqları barədə ərizəçinin şikayətlərinin Birləşmiş Krallıqda araşdırılması və həll edilməsi məqsədəuyğun olar. Üçüncüsü, Konvensiyada nəzərdə tutulmuş hüququnun ilk imkan yaranan kimi müdafiə edilməli olduğu barədə (indiki halda İrlandiya məhkəmələri tərəfindən müdafiə edilməli olduğu barədə) ərizəçinin arqumenti yanlış arqument idi, çünki Birləşmiş Krallıq Konvensiyanın iştirakçısı olan dövlət idi. Hazırkı işdə söhbət Konvensiyanın 2-ci və 3-cü maddələrində nəzərdə tutulan qeyd-şərtsiz hüquqlardan və Konvensiyanın iştirakçısı olan dövlətə təhvil verilməkdən getmirdi, həmçinin belə bir ehtimal da yox idi ki, Birləşmiş Krallıqda ərizəçinin tələbləri lazımi qaydada araşdırılmayacaq, yaxud ərizəçi müvəqqəti ilkin tədbirlərin tətbiqi üçün Avropa Məhkəməsinə müraciət etmək imkanına malik olmayacaq. Ərizəçi hər hansı ədalətsizliklə əlaqədar olaraq Birləşmiş Krallıq məhkəmələrində müxtəlif hüquqi müdafiə vasitələrindən istifadə edə bilərdi, məsələn, məhkəmə araşdırmasının ədalətsiz aparıldığını əsas gətirərək prosesin dayandırılması üçün vəsatət verə bilərdi. Bu vəsatət nəticə verməsəydi, o, Konvensiyanın 6-cı və 34-cü maddələri əsasında Avropa Məhkəməsinə müraciət edə bilərdi.
Nəhayət, Birləşmiş Krallığa təhvil verilmənin qaçılmaz olaraq onun həbsinə səbəb olacağı barədə ərizəçinin arqumentinə gəlincə, bu arqument natamam idi və inandırıcı deyildi, çünki o, dərhal girov müqabilində azad edilmək üçün vəsatət vermək və müvafiq meyarlara uyğun bütün məsələləri qaldırmaq imkanına malik idi.
Nəticə: şikayət qəbul edilən deyil (açıq-aydın əsassız olduğuna görə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil; eyni zamanda, Məhkəmə tərcümənin keyfiyyəti ilə bağlı heç bir məsuliyyət daşımır. Tərcümə Avropa İnsan Hüquqları Məhkəməsi HUDOC presedent hüququ bazası () və ya Məhkəmənin onu bölüşmüş olduğu hər hansı digər məlumat bazasından yüklənə bilər. Bu tərcümə qeyri-kommersiya məqsədləri üçün istifadə oluna bilər; bu halda işin tam adına, habelə yuxarıda göstərilən müəllif hüquqları haqqında qeydə və İnsan Hüquqları Etimad Fonduna istinad edilməlidir. Bu tərcümənin hər hansı bir hissəsinin kommersiya məqsədləri ilə istifadə edilməsi üçün publishing@ ilə əlaqə saxlayın.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@
Full & Egal Universal Law Academy