© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 164 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2013-cü il, iyun
Srebrenitsa Anaları Fondu və başqaları Niderlanda qarşı (qərardad) – ərizə № 65542/12
11.6.2013 tarixli qərardad [III Bölmə]
Maddə 6
Mülki icraat
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət imkanı
Niderland məhkəmələrinin Srebrenitsa qətliamı nəticəsində BMT-yə qarşı qaldırılmış iddiaya baxmaqdan imtina etməsi: şikayət qəbul olunmayan elan edildi
Faktlar – Ərizəçilər 1995-ci il Srebrenitsa qətliamının qurbanlarının qohumlarının adından məhkəmə iddiası qaldırmaq üçün Niderland qanunvericiliyi əsasında təsis edilmiş fond və qətliamda öldürülmüş insanların qohumları olan on nəfər Bosniya və Herseqovina vətəndaşıdır. Qətliam 1992-1995-ci illər müharibəsi dövründə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən "təhlükəsizlik zonası" elan edilmiş ərazinin bir hissəsi olan Srebtrenitsa şəhəri Bosniya serblərinin ordusu (BSO) tərəfindən hücuma məruz qaldığı zaman baş vermişdi. Tam gücə və təchizata malik olmayan yüngül silahlı Niderland hərbçilərindən təşkil olunmuş BMT-nin Müdafiə Qüvvələri batalyonunun (UNPROFOR) dayandırmaq iqtidarında olmadığı əməliyyat zamanı 7.000 bosniyalı müsəlman həlak oldu. Bundan əlavə, batalyon komandirinin havadan dəstək üçün müraciətinə baxmayaraq, BMT həlledici məqamda hava qüvvələrindən istifadə etmədi.
Ərizəçilər Niderland dövlətinə və BMT-yə qarşı Niderlandın regional məhkəməsində iddia qaldırdılar, amma 2008-ci ilin iyulunda məhkəmə qərara aldı ki, beynəlxalq hüquq normaları Niderlandın üzərinə belə bir öhdəlik qoymayıb ki, soyqırıma qoyulmuş qadağanı öz mülki qanunvericiliyi vasitəsilə tətbiq etsin və Niderland məhkəmələri BMT-yə qarşı iddiaya baxmaq səlahiyyətinə malik deyillər. 13 aprel 2012-ci ildə Niderland Ali Məhkəməsi təsdiq etdi ki, BMT Nizamnaməsinin və Birləşmiş Millətlər Təşkilatının imtiyazları və immunitetləri haqqında Konvensiyanın normalarına əsasən, BMT geniş immunitetə malik idi və həmin konvensiyanın iştirakçısı olan ölkələrin milli məhkəmələrindəki icraata çağırıla bilməzdi. BMT-nin immuniteti mütləq immunitet idi və onun tam müstəqil şəraitdə fəaliyyət göstərməsini təmin etmək məqsədi daşıyırdı. Niderland dövlətinə qarşı əsas məhkəmə prosesi bərpa olundu və Məhkəmənin qərarı çıxarılan tarixdə hələ davam edirdi.
Avropa Məhkəməsinə şikayət ərizəsində ərizəçilər digər məsələlərlə yanaşı şikayət etdilər ki, BMT-yə immunitet verilməsi Konvensiyanın 6-cı maddəsinə zidd olaraq onların məhkəməyə müraciət hüququnu pozub. Onlar daha sonra şikayət etdilər ki, Niderland Ali Məhkəməsi ilkin qərarın çıxarılması üçün Avropa İttifaqının Ədalət Məhkəməsinə müraciət edilməsi barədə onların vəsatətini çox qısa əsaslandırmalarla rədd edib.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi
a) Ərizəçi fondun prosessual statusu – Ərizəçi assosiasiya Srebrenitsa qətliamının qurbanlarının sağ qalmış qohumlarının maraqlarını qorumaq məqsədi ilə təsis edilsə də, barəsində 6-cı və 13-cü maddələr əsasında şikayət edilən məsələlərin təsirinə onun özü məruz qalmamışdı və buna görə də, 34-cü maddənin məqsədi üçün həmin maddələrin pozuntusunun "qurbanı" olduğunu iddia edə bilməzdi.
Nəticə: ərizəçi fondun şikayəti qəbul olunmayan elan edildi (şəxs meyarına görə – ratione personae).
b) Birləşmiş Millətlər Təşkilatının immuniteti – Məhkəmə vurğuladı ki, onun icraatındakı işin əhatə dairəsi bu məsələ ilə məhdudlaşır ki, Niderland məhkəmələrinin qərarları qalan ərizəçilərin 6-cı maddədə nəzərdə tutulmuş məhkəməyə müraciət hüququnu pozmuşdumu? Srebrenitsa qətliamına və ya onun nəticələrinə görə məsuliyyət məsələsi bu şikayət ərizəsinin əhatə dairəsinə düşən məsələ deyildi.
Birləşmiş Millətlər Təşkilatının malik olduğu immunitetin xarakterinə gəlincə, Məhkəmə qeyd etdi ki, BMT Nizamnaməsinin və digər beynəlxalq sənədlərin müddəalarının mənasına mötəbər şərh vermək onun funksiyasına aid deyil. Bununla belə, o, araşdırdığı mübahisəli məsələlərin həlli üçün həmin sənədlərdə inandırıcı əsas olub-olmadığını nəzərdən keçirməli idi. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII fəsli əsasında BMT-nin Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri ilə təyin olunan əməliyyatlar BMT-nin beynəlxalq sülhü və təhlükəsizliyi təmin etmək missiyası üçün fundamental əhəmiyyət daşıdığına görə, BMT-nin razılığı olmadan Konvensiya Təhlükəsizlik Şurasının hərəkətlərini və hərəkətsizliyini milli məhkəmələrin yurisdikyasından asılı hala salan formada şərh oluna bilməzdi. Belə əməliyyatların milli məhkəmələrin yurisdikyası çərçivəsinə salınması ayrı-ayrı dövlətlərə imkan yaradardı ki, Birləşmiş Millətlər Təşkilatının bu sahədə əsas missiyasını yerinə yetirməsinə, o cümlədən əməliyyatların faktiki olaraq aparılmasına müdaxilə etsinlər.
Onların tələbi BMT-nin (və Niderlandın) məsuliyyət daşıdığı soyqırım aktına əsaslandığına görə BMT-ni qoruyan immunitet pərdəsinin götürülməli olduğu barədə ərizəçilərin arqumentinə gəlincə, Məhkəmə hesab etdi ki, beynəlxalq hüquq bu mövqeyi müdafiə etmir ki, təkcə beynəlxalq hüquq normasının xüsusilə kobudcasına pozulması səbəbindən müvafiq mülki iddia məhkəmə araşdırmasına qarşı immuniteti aradan qaldırır. Xarici dövlətlərin suveren immuniteti məsələsi ilə əlaqədar olaraq bu mövqe Dövlətin yurisdiksiya immunitetlərinə aid iş (Almaniya İtaliyaya qarşı məhkəmə işi: Yunanıstan prosesə üçüncü tərəf qismində qatılıb) üzrə Beynəlxalq Məhkəmənin 3 fevral 2012-ci il tarixli qərarında aydın şəkildə ifadə edilmişdi. Məhkəmənin rəyinə görə, bu mövqe Birləşmiş Millətlər Təşkilatının malik olduğu immunitet üçün də keçərli idi.
BMT-yə qarşı onların iddia tələbinə baxmaq səlahiyyətinə malik olan hər hansı alternativ orqanın olmadığı barədə ərizəçilərin arqumentinə gəlincə, Məhkəmə razılaşdı ki, belə alternativ vasitələr nə Niderlandın milli qanunvericiliyində, nə də Birləşmiş Millətlər Təşkilatının hüquqi sənədlərində nəzərdə tutulmayıb. Lakin bu o demək deyildi ki, alternativ hüquqi müdafiə vasitəsinin olmadığı bir şəraitdə immunitetin tanınması faktı özlüyündə məhkəməyə müraciət hüququnun pozuntusunu təşkil edir. UNPROFOR-un hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı iddia tələblərinin müvafiq "həlli üsullarının" BMT tərəfindən indiyədək müəyyənləşdirilməməsində Niderland təqsirkar deyildi və ərizəçilərin iddia tələblərinin xarakteri Niderlandın bu məsələyə müdaxilə etməsini tələb etmirdi.
Nəhayət, Məhkəmə Niderland dövlətinin Srebrenitsadakı qətliamın qarşısının alınmamasına görə məsuliyyəti bütünlüklə Birləşmiş Millətlər Təşkilatının üzərinə atmağa və beləliklə məsuliyyətdən yayınmağa cəhd etməsi ilə barədə ərizəçilərin şikayətini 13-cü maddə əsasında deyil, 6-cı maddənin 1-ci bəndi əsasında araşdırmağı daha məqsədəuyğun hesab etdi. Məhkəmə hazırda ərizəçilərin Niderland dövlətinə qarşı milli məhkəmələrdə baxılmaqda olan iddialarının uğursuzluqla nəticələnəcəyini sübuta yetirilmiş hesab edə bilməzdi.
Məhkəmə bu nəticəyə gəldi ki, Birləşmiş Millətlər Təşkilatına immunitetin verilməsi qanuni məqsədə xidmət edib və qeyri-mütənasib addım olmayıb.
Nəticə: şikayət qəbul olunmayan elan edildi (açıq-aydın əsassız olduğuna görə).
Məhkəmə həmçinin ilkin qərar üçün Avropa İttifaqının Ədalət Məhkəməsinə müraciət edilməsi barədə ərizəçilərin vəsatətini Niderland Ali Məhkəməsinin çox qısa əsaslandırmalarla rədd etməsi ilə əlaqədar ərizəçilərin irəli sürdüyü şikayəti açıq-aydın əsassız şikayət kimi rədd etdi. Beynəlxalq hüquqa əsasən milli məhkəmələrin yurisdiksiyasına qarşı Birləşmiş Millətlər Təşkilatının immunitetə malik olduğunu artıq müəyyən etdikdən sonra Ali Məhkəmə məsələni dərindən araşdırmayaraq ilkin qərar üçün müraciət edilməsinə lüzum olmadığı barədə qərar çıxarmaq hüququna malik idi.
Nəticə: şikayət qəbul olunmayan elan edildi (açıq-aydın əsassız olduğuna görə).
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy