© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ
DÖRDÜNCÜ BÖLMƏ
QƏRARDAD
43759/10 və 43771/12 nömrəli ərizələr
Stiven UILKOKS Birləşmiş Krallığa qarşı
və Skot HÖRFORD Birləşmiş Krallığa qarşı
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Dördüncü Bölmə) Palata qismində:
sədrİneta Zimele (Ineta Ziemele),
hakimlər:
David Tor Byorqvinson (David Thór Björgvinsson),
Paivi Hirvela (Päivi Hirvelä),
George Nikolau (George Nicolaou),
Pol Mahoni (Paul Mahoney),
Kşıştof Voytıçek (Krzysztof Wojtyczek),
Faris Vehaboviç (Faris Vehabović)
və bölmənin məhkəmə katibinin müavini Fatoş Aracıdan ibarət tərkibdə 2013-cü il yanvarın 8-də keçirilmiş məhkəmə iclasında
müvafiq olaraq 2010-cu il avqustun 2-də və 2012-ci il iyunun 29-da verilmiş yuxarıdakı ərizələrə baxaraq,
müşavirə keçirərək aşağıdakı qərarı qəbul etdi:
FAKTLAR
1. Birinci ərizəçi cənab Stiven Uilkoks Böyük Britaniya vətəndaşı olaraq 1964-cü ildə anadan olmuş, hal-hazırda Ray Hil həbsxanasında (HM Prison Rye Hill) saxlanılır. İkinci ərizəçi Skot Hörford Böyük Britaniya vətəndaşı olaraq 1975-ci ildə anadan olmuş, hal-hazırda Ful Satton həbsxanasında (HM Prison Full Sutton) saxlanılır. Hər iki ərizəçini Stafford şəhərində yerləşən “Stivens Solisitors” adlı solisitorlar şirkəti təmsil etmişdir.
A. İşin halları
2. Ərizəçilərin ifadələrində işin halları aşağıdakı surətdə təqdim edilmişdir.
1. Birinci ərizəçi
a) Ərizəçinin həbs edilməsi, məhkum edilməsi və verilməsi
3. 2003-cü ilin aprel ayında birinci ərizəçi o zaman yaşadığı Tailandda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham üzrə tutularaq həbs edilmişdir. 2004-cü ilin noyabrında o, 24 qram xalis geroin və “ekstazı” həbi formasında 1,4 qram xalis metilenedioksi-metamfetaminin satış məqsədilə saxlama cinayətini törətməkdə təqsirini boynuna almışdır. Tailand qanunvericiliyinə əsasən bu vasitələr 1-ci kateqoriya narkotik vasitə hesab edilmişdir (aşağıda 36-cı bəndə bax). Narkotiklərin həcmi nəzərə alınaraq onların satış məqsədilə saxlanmasına dair “təkzibedilməz prezumpsiya” yaradılmışdır (aşağıda 40-cı bəndə bax). Birinci ərizəçi barəsində təqribən 760 qram xalis geroini satış məqsədilə saxlama ittihamına xitam verilmiş, çünki saxlamanın zəruri sübutları toplanmamışdır. O, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda, təqsirini boynuna aldığına görə, cəza üçdə biri hissəsinə azalmışdır. Məhkəmə ömürlük azadlıqdan məhrum etmə cəzasını 50 il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutaraq birinci ərizəçini otuz üç il dörd ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir.
4. 2007-ci ilin iyun ayında birinci ərizəçi Tailand və böyük Britaniya arasında məhbusların verilməsi barədə ikitərəfli müqaviləyə (“Məhbusların verilməsi barədə müqavilə” – aşağıda 49-56-cı bəndlərə bax) müvafiq olaraq cəzasının qalan hissəsini Böyük Britaniyada çəkilməsi barədə müraciət etmişdir. Hər iki hökumət bu müraciətə müsbət cavab vermişdir.
5. Böyük Britaniyanın Qanun pozanlar üzərində Milli Nəzarət Xidmətinin birinci ərizəçiyə ünvanlanmış məktubda verilməni şərtləri açıqlanaraq izah edilmişdir ki, Böyük Britaniyanın müvafiq qanunvericilik aktlarında üstün qüvvəyə malik olan şərti olaraq vaxtından əvvəl azad etməyə dair müddəaları nəzərə alınaraq Böyük Britaniya təyin edilmiş cəzanı icra edəcəkdir. Həmçinin bildirilmişdir ki, verilmədən sonra birinci ərizəçi Böyük Britaniya məhkəmələrinə məhkum etmədən və ya təyin edilmiş cəzadan şikayət edə bilməz: hökmə yenidən baxmaq hüququ cəzanı təyin etmiş Dövlətə məxsusdur və hər hansı şikayət verilmədən qabaq təqdim edilməlidir. Birinci ərizəçi şərtlərlə razılaşmış və razılıq formasını imzalamışdır.
6. 2007-ci il noyabrın 6-da birinci ərizəçi Tailandda tələb edilən dörd il müddətində cəzasını çəkərək İngiltərədəki həbsxanaya keçirilmişdir. Onun həbsdə saxlanılması barədə order “Xaricdə cəza çəkən məhbusların vətənə qaytarılması haqqında” 1984-cü il Qanununa (“1984-cü il Qanunu” – aşağıda 57-62-ci bəndlərə bax) əsasən Ədliyyə Nazirliyi tərəfindən verilmişdir.
7. 2008-ci ilin iyun ayında birinci ərizəçinin cəzasının müddəti Tailand Kralının Fərmanı ilə iyirmi doqquz il üç ayadək endirilmişdir. Bunun əsasında Ədliyyə Nazirliyi 1984-cü il Qanununa müvafiq olaraq 2008-ci il iyunun 9-da yeni order vermişdir. Orderə əsasən həbs müddəti daha 8901 gün (iyirmi dörd ildən bir qədər çox) üçün müəyyən edilmişdir. Birinci ərizəçi cəzasının müddətinin yarısını 2017-ci il dekabrın 5-də çəkərək vaxtından əvvəl azad edilə bilər.
b) Məhkəmə nəzarəti qaydasında qərara baxılması
8. Birinci ərizəçi onun həbsi barədə Ədliyyə Nazirliyinin 2008-ci il 9 iyun tarixli orderinə məhkəmə nəzarəti qaydasında baxılması üçün müraciət etmişdir. O, iddia etmişdir ki, birincisi Tailand qanunvericiliyinə əsasən narkotik vasitələrin saxlanmasının satış məqsədilə olmasına dair “təkzibedilməz prezumpsiya” ədalət mühakiməsindən açıq-aşkar imtinaya gətirib çıxarmış, cəzanın icrası isə buna görə Konvensiyanın 5-ci maddəsinə əsasən əsassız olmuşdur. İkincisi, həmçinin 5-ci maddəyə əsasən o, iddia etmişdir ki, cəza əsassız olmuşdur, çünki verilmə nəticəsində öz təqsirini boynuna almaqla həbsdə saxlama müddəti öz təqsirini boynuna almadıqda olan müddətdən daha artıq olmuşdur. Nəhayət, o iddia etmişdir ki, Böyük Britaniyada onun cəzasının icra edilməsi Konvensiyanın 3-cü maddəsinə əsasən onun hüquqlarını pozmuşdur, çünki cəzanın özü artıq dərəcədə qeyri-mütənasib olmuşdur. Verilmənin şərtlərinə razılıq verdiyini etiraf etsə də, o, iddia etmişdir ki, Tailand həbsxanasında dəhşətli saxlama şəraitinə görə onun verilməyə hər bir şərtlə razılıq verməkdən başqa seçimi olmamış və buna görə onun razılığı sərbəst surətdə verilməmişdir.
9. 2009-cu il iyulun 1-də Yüksək Ədalət Məhkəməsinin apelyasiya şöbəsi (Divisional Court) iddianın rədd edilməsi haqqında qərar çıxarmışdır. Hakim Usli ilk növbədə qeyd etmişdir ki, mübahisələndirilən prezumpsiyanın təkzibedilməz olmasına razılıq verilmişdir. O, həmçinin qeyd etmişdir ki, Tailand məhkəməsi ərizəçinin narkotik vasitələrin şəxsi istifadə üçün olması barədə davamlı ifadələrini şərh etməmişdir, çünki Tailand qanunvericiliyinə əsasən bunun aidiyyəti olmamışdır.
10. Hakim Məhbusların verilməsi barədə müqavilənin müddəalarına baxmışdır. O, hesab etmişdir ki, bu müddəalara müvafiq olaraq, verilmə zamanı göndərən dövlətdə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, vaxtından əvvəl azad etməyə dair müddəalar nəzərə alınmaqla, qəbul edən dövlətdə çəkilməlidir. Birinci ərizəçi ilə əlaqədar olaraq bu, deməkdir ki, onun Tailandda cəzanın üçdə ikisini çəkdikdə azad oluna bilməsi ilə yanaşı, o, Böyük Britaniyada cəzanın yarısını çəkdikdə azad edilə bilərdi. Ona həmçinin Tailandın hər hansı amnistiya və ya əfv barədə qərarları şamil oluna bilərdi.
i) Ərizəçinin saxladığı narkotik vasitələrin həcmindən irəli gələn prezumpsiya
11. Birinci ərizəçinin Tailanddakı məhkəmə prosesinə əsasən həbsdə saxlamasının qanuniliyi məsələsinə baxaraq hakim Usli razılaşmışdır ki, açıq-aşkar ədalətdən imtinanı təşkil edən məhkəmə prosesində təyin edilmiş cəzanın icrası qanunsuz olardı, məhbusun verilməyə razılığı isə bu vəziyyəti dəyişməmişdir. Buna görə, Böyük Britaniya məhkum etmənin mahiyyətcə və forma baxımdan səlahiyyətli məhkəmə tərəfindən həyata keçirildiyini yoxlamalı idi. Hakim göstərmişdir ki, bu məsələlər məhkəmə zamanı Böyük Britaniya nümayəndələri üçün aydın və məlum olmalı idi. O, qeyd etmişdir ki, Məhbusların verilməsi barədə müqavilənin, milli qanunvericiliyin və bu Məhkəmənin yanaşması nəticəsində müəyyən edilməlidir ki, məhkəmə prosesi ədalətsiz olmuşdursa, məhbusun verilmə meyarlarına cavab vermədiyi digər hallarda olduğu kimi, qəbul edən dövlət əməkdaşlıqdan imtina etməli və məhbus saxlanıldığı yerdə qalmalı idi.
12. Birinci ərizəçinin işinin hallarına qayıdaraq, hakim qeyd etmişdir ki, ona, yuxarıda təhlil etdiyi dəlillərə əsasən, məhkəmə prosesi zamanı açıq-aşkar ədalətdən imtina baş verdiyi üçün rədd edilməli olmuş verilmə təklif edilmişdir. Eyni zamanda, bu, Böyük Britaniyanın yurisdiksiyası daxilində həbsin qanuniliyi barədə şikayət vermənin qarşısını almırdı. Hakim izah etmişdir ki, azad etmək üçün müraciət edilmə üçün xüsusilə yüksək astana, habelə buna cavab verən hər hansı məhkəmənin Böyük Britaniya dövlət orqanlarının diqqətinə gəlməsi və verilmə haqqında sorğunun rədd edilməsi ilə nəticələnməsi ehtimalı Məhbusların verilməsi barədə müqavilənin pozulması riskini azalmışdır. O, aşağıdakı qaydada davam etmişdir:
“37. ... Həqiqətən, məhkəmə həddi azaltmamaq üçün gözüaçıq olmalıdır. Bu, yalnız müəyyən məhbusun sadəcə belə məhkəmə prosesi nəticəsində təyin edilmiş cəzanı çəkmək üçün Böyük Britaniyada həbsdə saxlamasının mümkün olmamasına dair məhkəmənin reaksiyası olduqda tətbiq edilə bilər.
38. ... Əgər cənab Uilkoks haqlıdır ki, onun barəsində məhkəmə prosesi açıq-aşkar ədalətdən imtinanın təşkil etmişdir, o, ümumiyyətlə MVM-ə (Məhbusların verilməsi barədə müqavilə) əsasən verilməməli və Tailandda həbsxanada qalmalı idi. Böyük Britaniyada onun işinə yenidən baxılması nəzərdə tutulmur. Cənab Uilkoks Böyük Britaniya dövlət orqanlarının sayıqlığından faydalana bilərdi, lakin başqaları yox. O, haqlıdırsa, MVM-ə əsasən verilməyə dair səlahiyyətlər üzrə məhdudiyyətləri və həyat üçün təhlükəli yollarla azad olunmaya nail olmaq üçün başqalarına zərərli olan onun sübutları qanundan üstün ola bilməz. Eyni zamanda, bu, onun diqqətlə tətbiqini təşviq edə bilər.”
13. Ərizəçinin işində açıq-aşkar ədalətdən imtinanın baş verməsi məsələsinə gəldikdə, hakim qeyd etmişdir ki, təqdim edilmiş sübutlara əsasən iş narkotik vasitələrin yalnız şəxsi istifadə üçün olması barədə kifayət qədər sübut olunan idi. O, prezumpsiyanın xarakterinə və təsirinə baxaraq müəyyən etmişdir ki, bu, açıq-aşkar ciddi cəzalara gətirib çıxaran “narkotik işlərdə geniş yayılmış məsələ üzrə çox əhəmiyyətli təkzibedilməz prezumpsiya” olmuşdur. Eyni zamanda, o, nəticəyə gəlmişdir ki, təqsirsizlik prezumpsiyasının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Tailanddakı məhkəmə prosesi ədalətli məhkəmə baxışı hüququnun tamamilə rədd edilməsi və ya heçə endirilməsi kimi təsvir edilə bilməz. Hakim qeyd etmişdir ki, məhkəmə iclası açıq surətdə iki hakim tərəfindən aparılmış; birinci ərizəçi iclasda iştirak etmiş və müdafiəçi tərəfindən təmsil edilmiş; o, bir neçə xüsusilə ağır cinayətlər ilə bağlı bəraət qazanmış; məhkəmə onun narkotik vasitələrin saxlamasını təsdiq edən sübutları öyrənmiş, baxmayaraq ki, həmin fakt mübahisələndirilməmişdir; milli cinayət prosessual qanunvericiliyə riayət edilmiş, təqsiri boynuna aldığına görə əhəmiyyətli dərəcədə cəzanın azalmasına yol verilmiş; və əsaslandırılmış qərar çıxarılmışdır.
14. Tailand Ali Məhkəməsinin “təkzibedilməz prezumpsiyanın” təqsirsizlik prezumpsiyasına uyğunluğuna dair qərarına (aşağıda 41-42-ci bəndlərə bax) müraciət edərək, hakim qeyd etmişdir ki, “təkzibedilməz prezumpsiyanın” əsaslandırılması ondan ibarət idi ki, Tailand məhkəmələri əslində saxlanılan narkotik vasitələrin miqdarına görə cəza təyin etmişlər. O, xüsusilə vurğulamışdır ki, Tailand narkotiklərdən bəla çəkmiş, Böyük Britaniyanın məhkəmələri isə Konvensiyaya tərəfdar çıxmamış dövlətlərin öz ölkələrində başlıca problemləri həll etməsi üsullarına dair qərar çıxarmağa tələsməməlidir.
15. Məhkəmə prosesi ilə bağlı 5-ci maddəyə əsasən şikayəti rədd edərək hakim aşağıdakı nəticəyə gəlmişdir:
“51. Məhkəmə prosesinə ümumi baxış keçirmək lazımdır. Mən hesab edirəm ki, bu məhkəmə prosesi bir, lakin əhəmiyyətli element ilə bağlı yerli narkotik qanunvericiliyi müəyyən edilmiş hüdudlar çərçivəsində kifayət qədər ədalətli olmuşdur. Həmin hüdudlar hüququ əzmiş, lakin onu tamamilə heçə endirməmiş və ya rədd etməmiş, hətta, fikrimcə, heç buna yaxın durmamışdır ...”
16. Hakim Devis razılaşmışdır ki, şikayət rədd edilməlidir. “Təkzibedilməz prezumpsiya” ilə əlaqədar olaraq o, bildirmişdir ki:
“91. ... Mən qəbul edə bilərəm ki, Avropa hüquq standartlarına əsasən, yaymaq niyyətinə dair təkzibedilməz (təkzib edilən deyil) prezumpsiya yolverilməz ola bilər. Lakin Tailandın müvafiq qanunvericiliyi Tailand konstitusiya məhkəməsində yoxlanılmış və həmin məhkəmədə konstitusiyaya uyğun olan və Tailandda tətbiq edilən təqsirsizlik prezumpsiyasına zidd olmayan hesab edilmişdir. Hesab etmirəm ki, Böyük Britaniya məhkəmələri məsələyə dair öz mövqeyini qəbul etdirməli və əvəz etməlidir. Bundan əlavə, Tailand konstitusiya məhkəməsi həmçinin qeyd etdiyi kimi, praktiki gerçəklik ondan ibarətdir ki, belə prezumpsiya məhkum etmə nəticəsində cəzanın yüksək dərəcədə ciddiləşməsinə nail olmaq üçün mövcuddur. Bu, Tailandda narkotiklərlə bağlı problemləri həll etmək məqsədilə qəbul edilmiş qanunvericilikdə müəyyən edilmiş preventiv yanaşmanı əks etdirir.
92. Bundan başqa, cənab Uilkoksun işinə Tailandda zəruri səviyyəli məhkəmədə baxılmışdır. O, müdafiəçi ilə təmsil edilmiş; sübutlar qəbul edilmiş və qiymətləndirilmiş; hakimlərdən ibarət məhkəmə təqsirsizlik prezumpsiyasını tətbiq etmiş; faktiki olaraq tamamilə əsaslandırılmış qərarda məhkəmə sübutlara baxaraq müəyyən etmişdir ki, ittiham tərəfi ərizəçinin ittiham edildiyi və bu işdə digər təqsirləndirilən şəxs məhkum edildiyi daha ağır cinayətin törətməsini sübut edə bilməmişdir. Bununla da, cənab Uilkoks təqsiri boynuna aldığı daha az ağır cinayətin törətməsinə görə məhkum edilmiş və ona qanuni proses nəticəsində cəza təyin edilmiş; cəza isə Tailand qanunvericiliyinə uyğun olmuşdur ...”
ii) Təqsirin boynuna almanın təsiri
17. Birinci ərizəçi həmçinin iddia etmişdir ki, onun həbsdə saxlanılması təqsirin boynuna almasına görə qanunsuz olmuşdur. O, bildirmişdir ki, təqsiri boynuna almadığı təqdirdə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilərdi və verilmə zamanı minimal müddət Ali Məhkəmə tərəfindən müəyyən edilərdi (aşağıda 63-cü bəndə bax). Minimal müddəti müəyyən etdikdə Ali Məhkəmə Böyük Britaniya şəraitini nəzərə almalı və bununla, Tailandda müəyyən edilmiş müddətdən daha az minimal müddəti müəyyən edərdi. Hakim Usli müəyyən etmişdir ki:
“54. Bu dəlilin heç bir əsası yoxdur. Əgər o, təqsirini boynuna almadıqda ölüm cəzasına deyil, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə idi, onda verilmə məsələsinə baxılması üçün Tailandda həqiqi olaraq çəkdiyi 4 il yox, ən azı 8 il cəza çəkməli olardı. Böyük Britaniyada o, şərti olaraq cəzadan azad edilə bilərdi. Ömürlük azadlıqdan məhrum etmə cəzası azad etmədən sonra davamlı təsir göstərməyə və başqa cür mövcud olmayan həbs altına qayıtmaq riskini yaratmağa yönəldilir. Nəticə fərqi Tailand məhkəməsinin əsassız fəaliyyətinin nəticəsi deyil, Böyük Britaniyada verilməyə dair cəza praktikası ilə əlaqəli olmuş Tailand qanunvericiliyinin onun təqsirin boynuna almasına dair tətbiqinin nəticəsidir.”
18. Buna görə, o, nəticəyə gəlmişdir ki, verilmədən sonra Böyük Britaniyanın məhkəmələri tərəfindən cəzanın icra etməsi əsassız deyildi.
19. Hakim Devis aşağıdakıları əlavə etmişdir:
“94. ... Tailandda ömürlük azadlıqdan məhrum etmə cəzası, ümumiyyətlə danışanda və amnistiya və əfv aktları nəzərə alınaraq, şübhəsizdir. Yalnız İngiltərədə tarif sistemi tətbiq edildiyinə görə, iddia edilən qanunsuzluq nəticə verməyə başlaya bilər. Hər halda Tailand dövlət orqanlarının cənab Uilkoksun ömürlük azadlıqdan məhrum etmə cəzasını çəkən məhbus kimi verilməsinə razılıq verəcəyi şübhəsiz deyil; hər halda, sübutlar göstərir ki, Tailand tələb edir ki, bu cür məhbus repatriasiya olunma məsələsinə baxılması üçün cəzasının ən azı 8 il müddətində çəksin. Sübutlar həmçinin göstərir ki, təcrübədə, Tailandda adətən elan edilən amnistiya və əfv aktlarına əsasən ömürlük azadlıqdan məhrum etmə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir.”
iii) Cəzanın “yüksək dərəcədə qeyri-mütənasibliyi”
20. Nəhayət, hakim Usli təyin edilmiş cəzanın 3-cü maddənin pozulmasını təşkil edən dərəcədə qeyri-mütənasib olması barədə birinci ərizəçinin dəlilinə münasibət bildirmişdir. O, razılaşmışdır ki, birinci ərizəçi müvafiq miqdarda geroin və ekstazının saxlamasına görə Böyük Britaniyada məhkum edildiyi təqdirdə, təyin olunmuş cəza yeddi ildən artıq olmayaraq (aşağıda 46-cı bəndə bax) bu müddətdən əhəmiyyətli dərəcədə daha az olardı. Hətta birinci ərizəçi məhkum edildiyi cinayətə bərabər olan, belə miqdarda narkotik vasitələrin satış məqsədilə saxlamağa görə Böyük Britaniyada məhkum edildiyi təqdirdə, digər oxşar işlərdə təyin edilmiş cəzaları nəzərə alaraq, cəzanın müddəti altı ildən çox olmazdı (baxmayaraq ki, bu cinayətə görə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər). O, davam etmişdir ki:
“60. ... Mənim üçün, müəyyən cəzanın yalnız öz müddətinə görə 3-cü maddəni pozacaq dərəcədə qeyri-mütənasib olması və ya ola bilməsi məsələsinə baxılması lazım deyil. Bu, ona görədir ki, hökmə təsir edən digər amillər həmişə mövcuddur. Buna törədilmiş əməlin xarakteri, təyin edilə bilən cəzanın əsaslandırılması, habelə cinayətin törədilməsi halları və cinayətkarın şəxsi halları aiddir.”
21. Hakim qeyd etmişdir ki, birinci ərizəçinin təqdim etdiyi sübutlara görə, o, çox sərt və insan ləyaqətini alçaldan, həmçinin 3-cü maddə standartlarına zidd ola bilən şəraitində azadlıqdan məhrum edilmişdir. O, davam etmişdir ki:
“64. ... Cənab Uilkoksun bu işdə müvəffəq qazanması Tailanddan başqa yerlərdə onun təsvir etdiyi şəraitdə əzab çəkən digər məhbusların maraqları üçün çox zərərli ola bilər. O, Tailandda qeyri-adi cinayətə görə məhkum edilməmişdir. ... Ədliyyə Nazirliyinin yüksək vəzifəli məmuru bildirmişdir ki, MVM-ə əsasən 1991-ci ildən əksəriyyəti narkotik vasitələr ilə bağlı 50 ilə qədər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 33 məhbus Tailanddan gətirilmişdir. Ehtimal etmək olmaz ki, Tailand hər hansı bir şəxsin çəkilməli olan cəzanın yüksək dərəcədə qeyri-mütənasib sayılmasına görə Böyük Britaniyaya gətirildikdən sonra Böyük Britaniya tərəfindən həbsdən azad edilməsinə laqeyd qalacaqdır. Tailand məhkəməsinin təyin etdiyi cəzanın Böyük Britaniya məhkəməsi tərəfindən əvəz edilməsinə Tailand razı olmamış və heç vaxt olmayacaqdır. Niderland “cəzanın dəyişməsinə” üstünlük verməsindən imtina edənədək, Tailand bu ölkə ilə ikitərəfli müqavilənin bağlanmasına razılıq verməmişdir. Mənim qərarımda MVM ilə bağlı Böyük Britaniyanın vicdanlı davranışı və verilmə zamanı Böyük Britaniya Hökumətinin bəyanatı şübhə altına alına bilərdi; və buna görə digər məhbusların verilməsi üçün maneə törədilə və ya bunun qarşısı alına bilərdi.”
22. Hakim həmçinin qeyd etmişdir ki, Böyük Britaniyada verilmiş məhbusların işinə baxılması yolları Böyük Britaniyanın məhbusların verilməsi barədə ikitərəfli və ya çoxtərəfli müqavilələr bağladığı digər dövlətlərin verilməyə münasibətinə təsir göstərə bilər. Buna görə, o, hesab etmişdir ki, cəzanın Böyük Britaniyada icra edilməsi təqdirdə onun 3-cü maddənin pozulmasına gətirib çıxara biləcək dərəcədə qeyri-mütənasib olması barədə birinci ərizəçinin dəlili haqlı olsaydı, o zaman Böyük Britaniya Məhbusların verilməsi barədə müqavilənin müddəalarını pozmamaq məqsədilə verilmədən imtina etmək məcburiyyətində olardı. Verilmə barədə müraciəti həll etmək üçün verilmədən qabaq mütənasibliyin yoxlanılması tələb olunardı. Hakim qeyd etmişdir ki:
“66. ... Bu demək olardı ki, MVM-də razılaşdırılmış şərtlərə əsasən verilməyə razılıq verməyə nə qədər çox məhbus etiraz edərsə, o qədər az məhbus veriləcəkdi. Bu, MVM-nin razılaşmış tərzdə tətbiqini təmin etmək məqsədilə kimin verilə biləcək barədə qərarların çıxarılmasına gətirib çıxara bilər. Həmçinin çətinliklə ehtimal etmək olar ki, məhbuslar hər hansı istiqamətdə verilənədək onların verilməsinə maneə törədəcək bəyanat verəcəklər. Lakin, qayıdanadək onların öz barıtını quru saxlaması MVM-nin səmərəli və faydalı fəaliyyəti üçün zəruri olan vicdanlığı pozaraq onun üçün yaradılacaq problemi təxirə salardı. Cənab Uilkioksun dəlilləri haqlı olsa idi, o, dəlilləri gələcəkdə başqalara münasibətdə şamil edilməsini tələb etdiyi hüquqi aydınlıq zəruriliyindən faydalana bilərdi. Bununla da, ərizəçinin dəlillərinin əsası əhəmiyyətli dilemmanı yaradır ...”
23. Hakim vurğulamışdır ki, Məhbusların verilməsi barədə müqavilədə, ümumən götürüldükdə, verilmə zamanı, məhkəmə prosesi və cəzaya yenidən baxılması, bununla da qəbul edən dövlətin dəyərlərinin və qərarlarının qəbul edilməsi deyil, göndərən dövlətin məhkəməsinin təyin etdiyi cəzanı icra etmə nəzərdə tutulmuşdur. O, hesab etmişdir ki, Böyük Britaniya üçün verilmədən sonra cəzaya yenidən baxılması Məhbusların verilməsi barədə müqavilənin yol vermədiyini etmək olardı, müqavilənin belə səlahiyyətin nəzərdə tutduğu kimi şərh edilməsi isə onun müddəalarının düzgün şərh etməmə olardı. O, aşağıdakı qaydada davam etmişdir:
“69. Bu dilemmanın həlli qəbul edən dövlətləri verilmə ilə əməkdaşlıq etməməyi tələb edən, İHAK-ın “Drozd və Yanusek” (Drozd and Janousek, 26 June 1992, § 110, Series A no. 240) qərarında qısa, əsaslandırılmamış, təsadüfi cümlədə də müəyyən edilə bilməz. O işdə burada qaldırılan problem yox idi. O işdə belə bir problem olmamışdır ki, bu iddiaçı, onun dəlillərinə görə, verilmədən sonra faydalandığı şəraitdən daha pis şəraitdə həbsdə saxlanılmalı idi. Həmçinin o işdə belə bir problem olmamışdır ki, iddiaçının Böyük Britaniya Hökumətini Tailanda ilə öz xeyrinə və hazırda onun dediyinə görə lazım olmayan qaydada əməkdaşlıq etməyə inandırmaqda müvəffəq olmasının nəticəsində başqalar məhkəmə proseslərdən sonra və onun dəlilləri dəstəkləyəcək prinsipləri poza biləcək müddətdə və şəraitdə Tailandda və hər hansı digər bir yerdə əzab çəkməkdə qoyulacaqdı. Cənab Uilkoksun dəlili düzgündürsə, belə bir fikrin qəbul edilməsini zəruri edir ki, o, hələ də Tailandda həbsdə olmalıdır, hazırda isə Böyük Britaniya Hökuməti onun işindəki ciddi insan hüquqları pozuntusundan xəbərdar edilməli, oxşar vəziyyətdə olan başqa şəxslər Böyük Britaniyada onların hüquqları pozulmasın deyə orada qalmalıdır. Bu şəraitdə İHAK-nın sözlərinin tətbiqi nəticəsində “Drozd və Yanusek” işində əldə edilməli olana zidd olan əldə ediləcəkdi. O işdə əməkdaşlıqdan imtina etmək öhdəliyinə dair onun şərhi ilə, MVM-ə əsasən verilmədə iştirak edən dövlətlər əməkdaşlıqdan imtina etmədikdə, alternativ surətdə Böyük Britaniyadan onun beynəlxalq müqavilələrinin niyyətini pozmağı tələb edə bilməsi yoluna baxılmamışdır. İHAK əvvəlcədən görə bilməmişdir ki, əməkdaşlıq etməmək öhdəliyi ilə nəzərdə tutulmalıdır ki, verilmə bir əsasla razılaşdırılmalı, sonradan isə başqa əsasla, tələb edən dövlətin vicdanlı olduğunu pozacaq qaydada həyata keçirilməlidir. Bu gerçək problemlər sadəcə onun qabağında olmamış və buna görə onlara baxılmamışdır”.
24. Hakim nəticəyə gəlmişdir ki, faktiki olaraq, Böyük Britaniya tərəfindən 3-cü maddənin məqsədləri üçün birinci ərizəçi barəsində tətbiq edilmiş rəftarı cəzanın təyin edilməsi deyil, Tailandda təyin edilmiş cəzanın Böyük Britaniyada icra edilməsi məqsədilə birinci ərizəçinin razılıq verdiyi verilmə təşkil etmişdir. Bununla da hakim müəyyən etmişdir ki, 3-cü maddənin iddia edilən pozuntusuna səbəb olmuş iddia edilən qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı cəzanın icra ediləcəyi ilə bağlı zəruri nəticəni ehtiva edən verilmə barədə müraciətə əsasən tədbir görmə təşkil etmişdir. O, aşağıdakı qaydada davam etmişdir:
“70. ... Bu cəzanın 3-cü maddəni pozacaq dərəcədə qeyri-mütənasib olub-olmaması barədə sual yersizdir. Cənab Uikoksun Tailandda və ya Böyük Britaniyada cəzaı çəkmək seçimi olmuşdur. O, xəbərdar olduğu faydanı əldə etmək üçün Böyük Britaniyada cəzanı çəkməyi seçmiş və buna görə verilməyə razılıq vermişdir. O, bilmişdir ki, cəzaya yenidən baxılması həmin fayda ilə əhatə edilmir. Cəzanın “yüksək dərəcədə qeyri-mütənasibliyi” anlayışı 3-cü maddənin mətnini əvəz etmir, lakin onun əhatə dairəsinin təsvirini təşkil edir; rəftar hələ də qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan olmalıdır. Qəbul edə bilmərəm ki, iddiaçının öz tam şüurlu seçimi ilə faydalandığı bu humanist müddəanın fəaliyyəti qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi, yaxud buna gətirib çıxaran rəftar kimi təsvir edilə bilər. Böyük Britaniya üçün cəzanın yüksək dərəcədə qeyri-mütənasib, yaxud cəzanın əsassız ola bilməsinə baxmayaraq, verilmədən sonra cəzanın icrası sadəcə 3-cü maddəni pozmur”.
25. Bu şəraitdə, verilmədən qabaq Böyük Britaniyadan göndərən dövlətin məhkəməsi tərəfindən təyin edilmiş cəzanın icra edildiyi təqdirdə onun 3-cü maddəni pozacaq dərəcədə qeyri-mütənasib olması məsələsinə baxılması tələb edilməmişdir.
26. Birinci ərizəçinin sərbəst surətdə razılıq vermədiyi və buna görə nəzərə alınmamalı olduğu barədə onun ifadəsinə gəldikdə, hakim qeyd etmişdir ki, verilmə barədə müraciət edən xaricdə olan məhbuslar həmişə onların razılıq verməsinə təsir göstərəcək çətin şərait mövcud olmuş; buna görə, onlar verilmə üçün müraciət edirlər. Hər hansı göndərən dövlət tərəfindən 3-cü maddədəki hüquqların pozulması faktı demək deyil ki, məhbusun razılığı dəqiq verə bilmədiyi halda məhbusun verilməsi rədd edilsin. Məhkəmə ərizəçinin razılığının həbsxana şəraitinə görə etibarsız olması barədə qərarına gəlsə idi, bu, eyni şəraitdə Tailandda saxlanılan və buna görə sərbəst razılığı verə bilməyən digər Böyük Britaniyalı məhbuslara şamil edilərdi. Nəticədə o, aşağıdakıları bildirmişdir:
“74. İHAK-nın yurisprudensiyasının heç bir müddəasında müsbət məqsədlər üçün qüvvəyə minmiş, müvafiq fərdi şəxslərin xeyrinə fəaliyyət göstərən beynəlxalq müqavilələrin 3-cü maddənin pozulması kimi xarakterizə olmasından deməyərək, bu yola pozulmasını tələb etmir...”
27. Nəhayət, hakim müəyyən etmişdir ki, hətta cəzanın icrası nəticəsində cəzanın uzun müddətinə görə 3-cü maddə pozulsaydı belə, birinci ərizəçi barəsində təyin edilmiş cəza cinayətə münasibətdə yüksək dərəcədə qeyri-mütənasib və ya əsassız olmamışdır ki, onun Böyük Britaniyada icrası həmin maddəni pozsun. Böyük Britaniyadakı cəza təyin etmə standartlarına görə cəza sərt olsa da, birinci ərizəçi cinayətləri Böyük Britaniyada törətməmiş; o, ciddi narkotik problemlər mövcud olduğu, habelə hökumətin və qanunvericilik orqanın sərt cəzaların qanuni və zəruri olması barədə mövqe tutmaq səlahiyyətində olduğu Tailandda cinayətlər törətmişdir. Bununla əlaqədar hakim aşağıdakıları qeyd etmişdir:
“77. ... Cəzanın Böyük Britaniya dəyərlərinə və standartlarına uyğun Böyük Britaniyada narkotik problemlərinin həll edilməsi çərçivəsində Böyük Britaniya tərəfindən təyin edilmədiyi faktını nəzərə almamaq səhv olardı. Cəza beynəlxalq səviyyədə bəla kimi tanınan problemi həll etmək üçün öz dəyərləri, qərarları və məqsədləri olan başqa ölkə tərəfindən təyin edilmiş və əhəmiyyəti barədə qərarı Tailand, yalnız Tailand qəbul edə bilərdi. Böyük Britaniyada icra edildiyi təqdirdə cəzanın 3-cü maddənin pozuntusuna səbəb olacaq dərəcədə qeyri-mütənasibliyi barədə qərar vermək üçün bu ölçü nəzərə alınmadan cinayətin törədilməsi və ya cəzanın təyin edilməsi Böyük Britaniyada baş verdiyi kimi hərəkət etmək olmaz. Yüksək dərəcədə qeyri-mütənasiblik cinayətin ağırlığı və cinayətkarın şəxsi halları ilə bağlıdır. Qeyri-mütənasiblik təhlilin açarıdırsa, o, vakuumda, yaxud bütün dünya eyni problemlərlə eyni dərəcədə üz-üzə gəldiyi və onların həll edilməsinə dair eyni mövqeyə malik olduğu şəraitdə nəzərdən keçirilə bilməz. Cəzanın Böyük Britaniyada təyin edilmədiyi halda, onun burada təyin edilməsini ehtimal etməklə qeyri-mütənasibliyin dərəcəsini müəyyən etmək də mənasız olardı. Qeyri-mütənasibliyi müəyyən etmək üçün göndərən ölkədəki mövqe nəzərə alınmalıdır, əks təqdirdə isə bu, qeyri-mütənasiblik barədə yanlış fikir yarana bilər. Cinayətin törədildiyi və cəza təyin edildiyi ölkədəki problemlər və yanaşma xüsusi əhəmiyyət kəsb edir.”
28. Hakim Devis qeyd etmişdir ki, İngiltərənin qanunvericiliyinə əsasən ərizəçinin məhkum olduğu cinayətə görə cəzanın yuxarı həddinin ömürlük azadlıqdan məhrum etmə cəzası olmasının nəzərə alınması vacib idi. İngiltərənin Taxt tac Məhkəməsində ərizəçinin təqsiri öz boynuna götürərkən və, hətta cinayətkar niyyəti etiraf edərkən, dörd-beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini gözləyə bilmədiyini qəbul etsə də, o, hesab etmişdir ki, iştirakçı dövlət tərəfindən verilmə ilə bağlı cəzanın icrası 3-cü maddənin məqsədləri üçün iştirakçı dövlət tərəfindən ehtimal edilən cəzanın təyin edilməsinə bərabər tutula bilməz. O, hakim Usli ilə razılaşmışdır ki, 3-cü maddənin məqsədləri üçün Böyük Britaniya dövlət orqanlarının ərizəçi ilə rəftarını onların ərizəçinin verilməsinə razılığı təşkil etmişdir. O, aşağıdakı qaydada davam etmişdir:
“96. Məsələyə mənim fikrimcə lazım olan tərzdə baxıldıqda cənab Uilkoksun dəlilləri rədd edilir. Cənab Uilkoks onun xeyrinə olan vaxtından əvvəl azad olma, cəzanın tarazlığı daxil olmaqla İngiltərə qanunvericiliyinə əsasən cəzasını çəkməlidir, çünki bunu MVM tələb edir ... O, bu qaydada cəzanı çəkməsə, MVM-nin müddəalarının tətbiqi pozulardı ... və “Xaricdə cəza çəkən məhbusların vətənə qaytarılması haqqında” 1984-cü il Qanunun siyasəti pozulardı, MVM-nin özü isə Tailandda saxlanılan və gələcəkdə vətənə qayıtmaq ümidində olan digər məhbusların ziyanına yaxın gələcəkdə qüvvəsini itirərdi ...
97. Fikrimcə, bu kontekstdə məsələyə baxıldıqda, deyilə bilməz ki, cənab Uilkoks barəsində təyin edilmiş cəza belə olmuşdur ki, onun Böyük Britaniya tərəfindən icra edilməsi 3-cü maddənin pozulmasına gətirib çıxarardı. Tailand narkotik vasitələrlə bağlı cinayətlərə görə sərt cəzaları tətbiq etməyi qəti olaraq qərara almışdır; qanunla müəyyən edilmiş qaydada təşkil edilmiş məhkəmə qanun uyğun məhkəmə prosesi nəticəsində yetkinlik yaşını ötmüş cənab Uilkoks barəsində Tailand qanunvericiliyinə uyğun cəza təyin etmiş və bunun qanuniliyi Tailand Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilmişdir. Bundan əlavə, hər hansı diplomatik tədbirlərdən savayı, o, Tailanda mütəmadi olaraq elan edilən amnistiya və ya əfv aktlarından, habelə İngiltərə qanunvericiliyinə əsasən vaxtından əvvəl azad olmaya dair müddəalardan faydalana bilər.”
29. 2010-cu il sentyabrın 3-də Ali Məhkəmə Yüksək Ədalət Məhkəməsinin apelyasiya şöbəsinin qərarından apelyasiya verməyə icazə verməmişdir.
2. İkinci ərizəçi
30. İkinci ərizəçin 2005-ci il martın 19-da Kamboca-Tailand sərhədini üstündə 240 metamfetamin həbi olmaqla keçdikdə həbs edilmişdir. O, 240 metamfetamin həbinin qanunsuz idxal edilməsi ilə bağlı ittiham üzrə öz təqsirini boynuna almış 30 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonradan, Kral amnistiya nəticəsində onun cəzası iyirmi altı il səkkiz ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir.
31. İkinci ərizə cəzanın qalan müddətini Böyük Britaniyada çəkmək üçün verilmə barədə müraciət etmişdir. O, həmçinin xahiş etmişdir ki, bu cəza onun məhkum edildiyi cinayətə görə Böyük Britaniyada təyin edilən maksimal cəza ilə verilmə zamanı əvəz edilsin. İkinci ərizəçinin cinayəti törətdiyi zaman Böyük Britaniyanın qanunvericiliyinə müvafiq olaraq, metamfetamin “B” dərəcəli narkotik vasitə sayılmışdır. İkinci ərizəçi cinayəti Böyük Britaniyada törətdiyi təqdirdə, onun barəsindən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərdi. 2007-ci il yanvarın 18-də Böyük Britaniyada metamfetamin “A” dərəcəli narkotik vasitə kimi müəyyən edilmişdir. “A” dərəcəli narkotik vasitənin qaçaqmalçılığına görə cəzanın yuxarı həddini ömürlük azadlıqdan məhrum etmə təşkil etmişdir (aşağıda 44-cü bəndə bax).
32. 2009-cu il iyulun 24-də Ədliyyə Nazirliyi ikinci ərizəçinin cəzanın qalan müddətinin Böyük Britaniyada çəkilməsi barədə ikinci ərizəçinin müraciətinə müsbət cavab vermişdir. Cəzanın yumşaldılması barədə müraciət ilə əlaqədar Nazirlik aşağıdakı cavabı vermişdir:
“Məlum olduğu kimi, Tailandda cinayət törətdiyiniz zaman Böyük Britaniyada eyni əməllər “B” dərəcəli narkotik vasitənin qaçaqmalçılığını təşkil edirdi. Buna görə 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilərdi. Eyni zamanda, Böyük Britaniya ilə Tailand arasında balanmış “Məhbusların verilməsi barədə Müqavilənin” müddəaların müvafiq olaraq, biz Tailand məhkəmələri tərəfindən təyin edilmiş cəzanı icra etməliyik. Xaricdə təyin edilmiş cəzanın uyğunlaşdırılması müvafiq beynəlxalq müqavilədə nəzərdə tutulmadıqda onun uyğunlaşdırılması və ya azaldılması İngiltərənin qanunvericiliyində tələb edilmir”.
33. İkinci ərizəçiyə verilmə barədə müraciətini geri götürmək imkanı verilmişdir. O, bundan imtina etmiş, hər iki dövlət və ikinci ərizəçi “Məhbusların verilməsi barədə Müqaviləyə” əsasən verilməyə razılaşmış və ikinci ərizəçi 2009-cu il noyabrın 11-də İngiltərə gəlmişdir. O, 2020-ci ilin avqust ayında vaxtından əvvəl azad edilə bilər.
34. 2010-cu ilin fevral ayında ikinci ərizəçi Dövlət katibindən bağışlamaq səlahiyyəti əsasında şərti əfv barədə xahiş etmişdir. 2010-cu il aprelin 27-də ikinci ərizəçi, inter alia, aşağıdakılar göstərilən cavab məktubu almışdır:
“Ədliyyə katibi nəticəyə gəlmişdir ki, Tailanda ilə beynəlxalq müqavilədə onun tərəfindən şərti əfv etmə nəzərdə tutulmamışdır. Bunun edilməsi həmin müqavilənin pozulması və orada ifadə edilmiş Böyük Britaniyanın siyasətinə zidd tədbir təşkil edərdi”.
35. İkinci ərizəçi, Dövlət katibinin bağışlamaq səlahiyyətinin düzgün etmədiyini və qərarın qəbul edilməsinin əsaslarını göstərmədiyini iddia edərək bu qərara məhkəmə nəzarəti qaydasında baxılması üçün müraciət etmişdir. 2011-ci il noyabrın 17-də müraciət rədd edilmişdir. İkinci ərizəçinin ümumi ictimai maraq doğuran qanun müddəalarının şərh edilməsi barədə Ali Məhkəməyə müraciəti 2012-ci il martın 2-də rədd edilmişdir.
B. Müvafiq qanunvericilik və təcrübə
1. Narkotik vasitələr ilə əlaqədar cinayətlərə dair Tailand qanunvericiliyi
36. Tailandın “Narkotik vasitələr haqqında” 1979-cu il Qanununun 15-ci maddəsində hökumətin icazəsi olmadan 1-ci kateqoriyalı narkotik vasitələrin istehsalı, idxalı, ixracı, satılması və saxlanılmasına dair ümumi qadağa nəzərdə tutulur. Geroin, metamfetamin və ekstazi 1-ci kateqoriyalı narkotik vasitələrə aiddir.
37. 65-ci maddədə nəzərdə tutulur ki, 1-ci kateqoriyalı narkotik vasitələrin istehsalı, idxalı və ixracı ömürlük azadlıqdan məhrum etmə və cərimə ilə cəzalandırılır. Cinayət satış məqsədilə törədildiyi zaman ölüm cəzası tətbiq edilir.
38. 67-ci maddədə 3 qrama qədər 1-ci kateqoriyalı narkotik vasitələrin saxlanılması əks etdirilir: bu əməllər bir ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və cərimə ilə cəzalandırılır.
39. 66-cı maddədə 1-ci kateqoriyalı narkotik vasitələrin satılması və satış məqsədilə saxlanılması nəzərdə tutulur. Narkotik vasitələrin xalis çəkisi 3 qramdan aşağı olduqda, dörd ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və cərimə təyin edilir. 3 qramdan 20 qramadək – dörd il müddətindən başlayaraq ömürlük azadlıqdan məhrum etmə cəzası və cərimə təyin edilir. 20 qramdan yuxarı – ömürlük azadlıqdan məhrum etmə cəzası və cərimə, yaxud ölüm cəzası təyin edilir.
40. 15-ci maddənin 3-cü hissəsində nəzərdə tutulur ki, 3 qramdan çox 1-ci kateqoriyalı narkotik vasitələrin istehsalı, idxalı, ixracı və ya saxlanılması satış məqsədilə istehsal, idxal, ixrac və ya saxlama hesab edilir.
41. 2001-ci ildə Tailand Konstitusiya Məhkəməsi bu “təkzibedilməz prezumpsiyanın” cinayət törətməkdə ittiham edilən şəxsin təqsirsiz sayılması və təqsirinin sübut edilməli olması barədə Konstitusiya müddəasına uyğunluğu məsələsinə baxmışdır. O zaman prezumpsiya xalis çəkidə 3 qrama deyil, 20 qrama tətbiq edilirdi. Məhkəmə nəticəyə gəlmişdir ki, “təkzibedilməz prezumpsiya” konstitusiya müddəasına uyğun olmuşdur. O, qeyd etmişdir ki, Qanunun məqsədini aşağıdakılar təşkil etmişdir:
“narkotik vasitələrin səmərəli qaydada qarşısını almaq və Tailandın tərəfdar çıxdığı beynəlxalq narkotiklər konvensiyasına əməl olunmasını göstərmək. Çünki, bu gün narkotik vasitələr beynəlxalq səviyyədə narahatlıq doğurur və insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır. Buna görə, cəza adi cəzalardan ağır olmalı, cəza tədbirləri isə mütləq olmalıdır”.
42. Qanunvericiliyin məqsədi – xalis çəkisi 20 qramdan yuxarı narkotik vasitələri saxlayan şəxsləri onların əməlləri satış məqsədilə olduğu kimi cəzalandırmaq olmuşdur. 1-ci kateqoriyalı narkotik vasitələr cəmiyyət üçün daha böyük təhlükə yaratmış və onların istehsalına və saxlamasına yol verilməmişdir. Nə qədər çox istehsal edilmiş və ya saxlanılmış, o qədər böyük təhlükə olmuşdur. Eyni zamanda, məhkəmə izah etmişdir ki, qanunda 1-ci kateqoriyalı narkotik vasitələrin miqdarının müəyyən edilməsi yalnız cəzaya gətirib çıxaracaq əməlin meyarı kimi xidmət etmişdir. Qanunda cəzalar müəyyən edilmiş, onların miqdara görə artması mərhələləri göstərilmişdir. Narkotik vasitələrin istifadə və ya yaymaq məqsədilə saxlanmasından asılı olmayaraq, qanunla nəzərdə tutulduğu qaydada saxlama miqdarına görə müxtəlif cəzalar tətbiq edilir. Barəsində cəza tətbiq edilmiş şəxs tərəfindən tələb edilən miqdarda narkotik vasitələrin saxlaması göstərməlidir.
2. Narkotik vasitələr ilə əlaqədar cinayətlərə dair Böyük Britaniya qanunvericiliyi
43. “Narkotik vasitələrdən sui-istifadə haqqında” 1971-ci il Qanununun (“1971-ci il Qanunu”) 3-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulur ki, ciddi nəzarətə aid olan vasitələrin idxalı və ixracı qadağan edilir. “Gömrük rüsumları və aksiz vergiləri İdarəsi haqqında” 1979-cu il Qanununun (“1979-cu il Qanunu”) 50-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, şəxs hər hansı qadağaya zidd olaraq hər hansı malları idxal etdikdə və ya idxalında iştirak etdikdə cinayət törətməkdə təqsirli sayılır.
44. 1979-cu il Qanununun 50-ci maddəsinin 4 və 5-ci hissələrində və 1 saylı əlavəsində nəzərdə tutulur ki, “A” dərəcəli narkotik vasitənin idxalı cinayətinə görə cəzanın yuxarı həddi ömürlük azadlıqdan məhrum etmə və cərimə təşkil edir. “B” dərəcəli narkotik vasitənin idxalına görə on dörd ilədək müddətə azadlıqdan məhrum etmə və cərimə təyin edilir.
45. 1971-ci il Qanununun 5-ci maddəsində müəyyən edilir ki, ciddi nəzarətə aid olan vasitənin şəxs tərəfindən saxlama, məhdud sayda hallar istisna edilməklə, cinayət sayılır. Həmçinin nəzərdə tutulur ki, qanuni və ya qeyri-qanuni qaydada ciddi nəzarətə aid olan vasitə ilə digər şəxsi təchiz etmə niyyəti ilə saxlayan şəxs, yenə də məhdud sayda hallar istisna edilməklə, cinayət törədir.
46. 1971-ci il Qanununun 25-ci maddəsində və 4 saylı Əlavəsində cinayət törətmiş şəxslər barəsində cəzalar müəyyən edilir. “A” dərəcəli narkotik vasitənin saxlanmasına görə yeddi il müddətinədək azadlıqdan məhrum etmə və cərimə təyin edilir. Təchizat məqsədilə “A” dərəcəli narkotik vasitəni saxlamaya görə cəzanın yuxarı həddi ömürlük azadlıqdan məhrum etmə və cərimə təşkil edir.
47. Geroin, ekstazi və metamfetamin “A” dərəcəli narkotik vasitələrə aiddir. 2007-ci il yanvarın 18-dək metamfetamin “B” dərəcəli narkotik vasitələrə aid edilmişdir.
48. Narkotik vasitələr ilə bağlı cinayətlərə görə cəza siyasətinə dair son göstərişlər 2012-ci ilin fevral ayında Cəzalar Şurası tərəfindən verilmişdir. Böyük Britaniyada cinayət işlərinə baxan məhkəmələrin 2012-ci il fevralın 27-dən sonra hər hansı şəxs barəsində cəza təyin edildikdə, ədalət mühakiməsinin maraqlarına zidd olmamaq şərtilə, bu göstərişlərə əməl etməsi tələb edilir. Göstərişlərdə cinayətkarın roluna qiymət verilməsi tələb olunur və narkotik vasitələrin miqdarı cinayət məsuliyyətinin başlandığı müvafiq nöqtə və cəzanın təyin edilməsi üçün meyar kimi nəzərə alınır.
3. Böyük Britaniya ilə Tailand arasında 1990-cı ildə bağlanmış “Cinayətkarların verilməsi və cinayət işləri üzrə cəzaların icrası sahəsində əməkdaşlıq haqqında” müqavilə
49. Böyük Britaniya ilə Tailand arasında “Məhbusların verilməsi haqqında” müqavilə 1991-ci ilin fevral ayında qüvvəyə minmişdir. Onun preambulasında tərəflərin hüquq mühafizə və ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində əməkdaşlığı genişləndirmək, cinayət işləri üzrə cəzaların icrası sahəsində əməkdaşlıq etmək, habelə cinayətkarların cəmiyyətə uğurla qovuşmasına yardım göstərmək arzusu bildirilir.
50. 2-ci maddədə məhkum edilmiş şəxslərin təyin edilmiş cəzanı çəkmək üçün göndərən dövlətdən qəbul edən dövlətə verilməsi nəzərdə tutulur.
51. 3-cü maddədə müqavilənin əhatə dairəsi müəyyən edilir. Burada bir sıra şərtlər, o cümlədən törətdiyinə görə cəza təyin edilmiş əməlin hər iki dövlətdə cinayət sayılması, cinayət törətmiş şəxsin qəbul edən dövlətin vətəndaşı olması, cəzanın aşağı həddinin çəkilməsi, hökmün qüvvəyə minməsi və iş ilə bağlı prosesin olmaması, habelə hər iki dövlətin və məhbusun verilməyə razılıq verməsi müəyyən edilir.
52. 5-ci maddədə nəzərdə tutulur ki, göndərən dövlət öz məhkəmələrinin hökmləri, təyin edilmiş cəza və həmin hökmlərə və cəzalara yenidən baxılması, onların dəyişdirilməsi və ya ləğv edilməsi ilə əlaqədar müstəsna yurisdiksiyanı saxlayır.
53. 6-cı maddənin 1-ci hissəsində nəzərdə tutulur ki, verilmədən sonra cəzanın icrası qəbul edən dövlətin qanunvericiliyi və prosedurları, o cümlədən azadlıqdan məhrum etmənin şərtlərini müəyyən edən və azadlıqdan məhrum etmə müddətinin vaxtından əvvəl şərti olaraq azad etmə, remissiya və digər şərtlərlə azalmasını nəzərdə tutan normalar ilə müəyyən edilir.
54. 6-cı maddənin 2-ci hissəsində göstərilir ki, 6-cı maddənin 3-cü hissəsində göstərilən hallarda göndərən dövlətin müəyyən etdiyi cəzanın xarakteri və müddəti qəbul edən dövlət üçün məcburi xarakter daşıyır.
55. 6-cı maddənin 3-cü hissəsində nəzərdə tutulur ki, qəbul edən dövlət göndərən dövlətin məhkəməsinin hökmündə göstərilən müddətdən artıq müddətdə azadlıqdan məhrum etmə cəzasını icra edə bilməz. Göstərilir ki, cəzanın icrası göndərən dövlətdə təyin edilmiş cəzaya “mümkün qədər” uyğun olmalıdır.
56. 6-cı maddənin 6-cı hissəsində tələb edilir ki, qəbul edən dövlət vaxtından əvvəl şərti olaraq azad etmə, cəza müddətinin bitməsi və ya qaçış barədə göndərən dövlətə məlumat versin.
4. Verilmə proseduru
57. “Xaricdə cəza çəkən məhbusların vətənə qaytarılması haqqında” 1984-cü il Qanununun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulur ki, 1-ci maddədə göstərilən hallarda Dövlət katibi məhbusların verilməsinə dair müqaviləyə əsasən müvafiq dövlətlər və məhbus (tələb edildikdə) verilməyə razılıq verdiyi təqdirdə məhbusun Böyük Britaniyaya gətirilməsi nəzərdə tutulan order verməlidir.
58. 1-ci maddənin 2-ci hissəsində Dövlət katibi verilmənin məqsədəuyğun olmadığı hesab etdikdə onun tərəfindən orderin verilməsi qadağan edilir.
59. 1-ci maddənin 4-cü hissəsində nəzərdə tutulur ki, Dövlət katibi məhbusa onun ana dilində yazılı surətdə aşağıdakılar barədə məlumat verilməsi üçün bütün zəruri tədbirlər həyata keçirildikdən sonra order verir:
“a) məhbusun işinə aid olduğu dərəcədə, əsasında onun verilməsi təklif edilən beynəlxalq müqavilənin mahiyyəti,
b) bu Qanuna əsasən onun barəsində verilməsi təklif edilən orderin məhbusa münasibətdə təsiri,
c) ..., həmin orderə əsasən onun həbsdə saxlamanın məhbusa münasibətdə təsiri (o cümlədən orderin müddəalarında göstərilən vaxtından əvvəl azad etmə üçün hər hansı sənədin təsiri),
...
e) bu Qanunun 6-cı maddəsinə əsasən müvafiq nazirin səlahiyyətləri (orderin ləğv edilməsi);”
60. 1984-cü il Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, orderin təsiri – məhbusun Böyük Britaniyaya gətirilməsinə və məhbusun verilməsinə dair beynəlxalq müqavilələrə uyğun qaydada onun həbsdə saxlanmılmasına icazə verməkdir.
61. 3-cü maddənin 3-cü hissəsində nəzərdə tutulur ki, Dövlət katibi münasib tədbirləri müəyyən edərkən, onun fikrincə, məhbusların verilməsi haqqında müqaviləyə uyğun dərəcədə, inter alia, aşağıdakı müddəaları ehtiva edən orderin məqsədəuyğun olmadığını nəzərə almalıdır:
a) cəzanın məhbusun həbsdə saxlanılacağı Böyük Britaniyanın hissəsində ... məhbusun gətirildiyi ... ölkədə törətdiyinə görə onun həbsdə saxlanılması tələb edilən cinayətə uyğun cinayəti törətmiş şəxs barəsində təyin edilə bilən (hər hansı) cəzanın yuxarı həddindən artıq cəzaya uyğun olması; ...”
62. 1984-cü il Qanununun 6-cı maddəsində Dövlət katibinin, müvafiq məhbusun verilməsi barədə müqavilənin yerinə yetirilməsi onun tərəfindən məqsədəuyğun hesab edildiyi və ya 1-ci maddənin 2-ci hissəsində nəzərdə tutulmuş halda (yuxarıda 58-ci bəndə bax), orderi ləğv etmək və yeni orderi vermək səlahiyyəti müəyyən edilir.
63. “Cinayət sahədə ədalət mühakiməsi haqqında” 2003-cü il Qanununun (“2003-cü il Qanunu”) 273-cü maddəsinə müvafiq olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş məhbus 1984-cü il Qanununa uyğun verilmiş orderə əsasən Böyük Britaniyaya verildikdə, vaxtından əvvəl şərti olaraq azad etmə mümkün olacaq müddəti müəyyən etmək üçün işi Yüksək Məhkəməyə göndərməlidir.
ŞİKAYƏTLƏR
64. Hər iki ərizəçi Konvensiyanın 3-cü maddəsinə əsasən şikayət etmişdir ki, barələrində təyin edilmiş cəzalar törədilmiş cinayətlərə seyli dərəcədə mütənasib olmamışdır.
65. Hər iki ərizəçi həmçinin Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinə əsasən şikayət etmişdir ki, onların Böyük Britaniyada həbsdə saxlanılması özbaşına olmuşdur, çünki təqsiri öz boynuna götürməklə onlar təqsiri etiraf etmədiyi halda çəkməli olduqları cəzadan artıq cəza çəkmişlər.
66. Nəhayət, birinci ərizəçi iddia etmişdir ki, Tailand qanunvericiliyində tətbiq edilən “təkzibedilməz prezumpsiya” nəticəsində onun barəsində məhkəmə prosesi açıq-aşkar ədalətsiz olmuş və buna görə onun həbsdə saxlanılması 5-ci maddənin 1-ci hissəsinə əsasən özbaşına və qanunsuz olmuşdur.
HÜQUQİ MƏSƏLƏLƏR
A. Ərizələrin birləşdirilməsi
67. İki ərizədə eyni faktiki və hüquqi məsələlərin olmasını nəzərə alaraq Məhkəmə qərara alır ki, onlar Məhkəmə Qaydalarının 42-ci Qaydasının 1-ci hissəsinə uyğun olaraq birləşdirilməlidir.
B. İkinci ərizəçinin 35-ci maddənin 1-ci hissəsinə əməl etməsi
68. Məhkəmə ilk növbədə qeyd edir ki, ikinci ərizəçi 2009-cu il noyabrın 11-də Böyük Britaniyaya verilmişdir. O, onun Böyük Britaniyada həbsdə saxlanılması barədə Dövlət katibinin orderindən şikayət etməyib. Əvəzinə, o, onun şərti əfv olunması barədə müraciətin rədd edilməsinə dair Dövlət katibinin 2010-cu il 27 aprel tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermişdir. O, ümumi ictimai maraq doğuran qanun müddəalarının şərh edilməsi barədə ərizəsinin 2012-ci il martın 2-də rədd edilməsindən sonra altı ay müddətində bu Məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ikinci ərizəçinin işində aşağıdakılar nəzərdə tutulan Konvensiyanın 35-ci maddəsinin 1-ci hissəsinin tələblərinə onun əməl etməsi məsələsi ortaya çıxır:
“Məhkəmə yalnız beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına müvafiq olaraq bütün daxili hüquq müdafiə vasitələri tükəndikdən sonra işi baxılmağa qəbul edə bilər və iş üzrə son qərarın çıxarıldığı tarixdən altı ay keçənədək işə baxa bilər”.
69. Eyni zamanda, onun ərizəsi hər halda aşağıdakı səbəblərdən qəbuledilməz olduqdan, Məhkəmənin bu məsələyə baxması zəruri deyil.
C. Konvensiyanın 3-cü maddəsinə əsasən şikayətlər
70. Ərizəçilər iddia etmişlər ki, onlara təyin edilmiş cəzalara xüsusilə qeyri-mütənasib olmuş, onların cəzalarının Böyük Britaniyada icrası isə aşağıdakılar nəzərdə tutulan Konvensiyanın 3-cü maddəsinə onların hüquqlarının pozulmasına gətirib çıxarmışdır:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilməz”.
71. Ərizəçilər iddia etmişlər ki, Yüksək Ədalət Məhkəməsinin apelyasiya şöbəsinin gəldiyi, yalnız verilmənin qəbul edilməsinə dair qərara 3-cü maddəyə əsasən baxıla bilməsi barədə nəticə düzgün olmamış, həmçinin cəzanın icrası da bu maddənin pozulmasına gətirib çıxara bilərdi. “Harkins və Edvards Böyük Britaniyaya qarşı” (Harkins and Edwards v. the United Kingdom, nos. 9146/07 and 32650/07, § 133, 17 January 2012) iş üzrə qərara istinad edərək onlar hesab etmişlər ki, xüsusilə qeyri-mütənasib cəza 3-cü maddənin pozulmasına gətirib çıxara bilərdi. 3-cü maddə ilə bağlı mülahizə hüdudları nəzərdə tutulmamış və buna görə əsaslı olaraq müəyyən edilmişdir ki, qanuni və hətta təqdirəlayiq kənar məqsədlər 3-cü maddənin mütləq xarakterinə təsir göstərmir. Cəzanın Tailandda təyin edilməsi faktının pozuntunun olub-olmadığının müəyyən edilməsinə aidiyyəti olmamışdır: cəza xüsusilə qeyri-mütənasib sayılsa, bundan, alternativ cəza təyin etmə kontekstinə üstünlük verməklə vaz keçmək olmaz. Bu, verilmiş məhbuslar kontekstində mütləq mənada tətbiq edilməlidir.
72. Onların işlərində təyin edilmiş cəzaların qeyri-mütənasib xarakterinə gəldikdə, onlar göstərmişlər ki, təyin edilmiş cəzalar Böyük Britaniyada eyni əməllərə görə təyin edilə biləcək cəzalardan 4-5 dəfə ağır olmuşdur. Onlar iddia etmişlər ki, onların həbsdə artıq keçirdikləri müddəti nəzərə alaraq, onların həbsdə saxlanılması qanuni penoloji məqsədə artıq xidmət etməmişdir.
73. Məhkəmə ilk növbədə xatırladır ki, 3-cü maddənin əhatə dairəsinə daxil olmaq üçün pis rəftar qəddarlığın minimal həddinə çatmalıdır. Qəddarlığın minimal həddinin qiymətləndirilməsi nisbi xarakter daşıyır; o, işin bütün hallarından, o cümlədən rəftarın müddətindən, onun fiziki və mənəvi təsirlərindən və bəzi hallarda zərərçəkmişin cinsindən, yaşından və sağlamlıq vəziyyətindən asılıdır (bax: “Leje Fransaya qarşı” (Léger v. France, no. 19324/02, § 89, 11 April 2006) və “Kafkaris Kiprə qarşı” (Kafkaris v. Cyprus [GC], no. 21906/04, § 95, ECHR 2008). Məhkəmə davamlı qaydada vurğulamışdır ki, baş verən əzablar və alçaltma qanuni rəftar və ya cəzanın müəyyən forması ilə bağlı qaçılmaz olan əzab və alçaltma elementindən kənara çıxmalıdır. Buna görə də, azadlıqdan məhrum etmə hallarında dövlət təmin etməlidir ki, şəxs insan ləyaqətinə hörmət göstərən şəraitdə həbsdə saxlanılır, tədbirin tətbiqinin qaydası və üsulu isə onun həbslə mütləq bağlı olan əzabların qaçılmaz səviyyəsini aşan narahatlığa və ya əziyyətə məruz qoymasın (bax: yuxarıda qeyd edilən “Kafkaris”, § 96 və “Kudla Polşaya qarşı” (Kudła v. Poland [GC], no. 30210/96, §§ 92 and 94, ECHR 2000‑XI).
74. Münasib cəzanın təyin etmə məsələlərinin, prinsip etibarilə” Konvensiyanın əhatə dairəsindən kənarda olması ilə yanaşı, Məhkəmə qəbul edir ki, xüsusilə qeyri-mütənasib cəza təyin edildiyi anda 3-cü maddəyə zidd rəftarı təşkil edə bilər. Eyni zamanda, xüsusi qeyri-mütənasibliyin ciddi meyarları mövcuddur və bu meyarlar çox nadir və vahid hallarda təmin edilə bilər (bax: yuxarıda qeyd edilən “Harkins və Edvards Böyük Britaniyaya qarşı”, § 133). Ekstradisiya üçün müraciət etmiş dövlətdə xüsusilə qeyri-mütənasib cəzanın təyin ediləcəyi barədə ərizəçilərin şikayəti ilə bağlı “Harkins və Edvards Böyük Britaniyaya qarşı” işində Məhkəmə izah etmişdir ki, verilmə ilə bağlı işlərdə ərizəçi qəbul edən dövlətdə xüsusilə qeyri-mütənasib cəzanın təyin edilməsi təhlükəsinin real olmasını göstərə bildikdə, pozuntu baş verərdi. Eyni zamanda, Məhkəmə vurğulamışdır ki, Konvensiya onun standartlarının iştirakçı dövlətlər tərəfindən digər dövlətlərə qəbul etdirməyi tələb edən vasitə deyildir. Müxtəlif dövlətlərdə həddən artıq dərəcədə fərqli cəza siyasətinin olması, habelə müxtəlif dövlətlərdə hətta eyni cinayətlərə görə cəzanın müddəti ilə bağlı adətən qanuni və əsaslı fərqlərin olması faktı nəzərə alınmalıdır. Nəticə etibarilə, ərizəçi Konvensiyaya tərəfdar çıxmamış dövlətdə təyin edilə biləcək cəzanın xüsusilə qeyri-mütənasib olmasını və bununla 3-cü maddəyə zidd olmasını yalnız “müstəsna hallarda” göstərə bilər Məhkəmə qərarının 134-cü bəndində).
75. Məhkəmə vurğulayır ki, Konvensiyaya tərəfdar çıxmış dövlətdən xüsusilə qeyri-mütənasib cəza təyin edilə biləcək dövlətə ekstradisiyanın rədd edilməsi tələb edildiyi, habelə həmin dövlətə xarici məhkəmə tərəfindən təyin edilmiş və əvvəlki ekstradisiya tələbi kontekstində qiymətləndirildiyi halda xüsusilə qeyri-mütənasib sayıla biləcək cəzanı çəkmək üçün verilmə barədə məhbusun müraciəti daxil olduğu hallarda fərqli mülahizələr meydana çıxır. Birinci halda, problemli cəzanın təyin edilməsinin qarşısının alınması dövlətin səlahiyyətindədir. İkinci halda, cəza təyin edilmişdir və ağır və ləyaqəti alçaldan şəraitdə, vaxtından əvvəl azad olma halları məhdud olmaqla çəkilməli ola bilərdi. Mübahisələndirilən aktlar ilə sıx bağlı olan alçaltma və ya əzabların səviyyəsi müəyyən edildikdə, alternativ variantda olan alçaltma və ya əzabların səviyyəsi nəzərə alınmalıdır. Məhkəmənin fikrincə, 3-cü maddə ilə təmin edilən müdafiə mexanizmi məhbusların daha insani şəraitdə cəzanı çəkmək üçün verilməsinin qarşısını almaq üçün tətbiq edilsə idi, bu, paradoksal olardı və təminatları nəzəri və xəyali deyil, praktiki və səmərəli edən qaydada Konvensiya hüquqlarını şərh etmək və tətbiq etmək onun öhdəliyinə lənət olardı (bir çox başqa qərarlar sırasında bax: “Eyri İrlandiyaya qarşı” (Airey v. Ireland, 9 October 1979, § 26, Series A no. 32) və “Hirsi Camaa və digərləri İtaliyaya qarşı” (Hirsi Jamaa and Others v. Italy [GC], no. 27765/09, § 175, ECHR 2012)).
76. Yuxarıdakı bəndlərdən irəli gəlir ki, məhbusların verilməsi barədə müqaviləyə əsasən cəzanın icrası kontekstində cəzanın 3-cü maddəni pozub-pozmadığı məsələsinə baxıldıqda, əsas diqqət hər hansı əzab və alçaltmanın xarici məhkəmənin təyin etdiyi azadlıqdan məhrum etmə cəzası ilə bağlı olan qaçılmaz əzablar və alçaltma elementindən kənara çıxması məsələsinə yetirilməlidir. Əzablar və alçaltma səviyyəsi müəyyən edildikdə, dövlətlərdə qəbul edilmiş müxtəlif cəza siyasəti və cəzanın münasib müddəti ilə bağlı dövlətlər arasında əsaslı fərqlər nəzərə alınmalıdır. Məhkəmə həmçinin nəzərə almalıdır ki, verilmə əslində müvafiq şəxslərin marağına cavab verən ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində baş verilmişdir (bax: “Dozd və Yanusek Fransa və İspaniyaya qarşı” (Drozd and Janousek v. France and Spain, 26 June 1992, § 110, Series A no. 240) və “Vermae Finlandiyaya qarşı” (Veermaë v. Finland (dec.) no. 38704/03, 15 March 2005)). Xüsusilə məhbusların verilməsi barədə müqavilələr ümumiyyətlə sosial, mədəniyyət və ya dil baxımından yad şəraitdə cəza çəkmənin mənfi təsirlərinin aradan qaldırılması və gələcəkdə cəmiyyətə qovuşmaya yardım göstərilməsi üzrə təqdirəlayiq məqsədlərə xidmət etmək üçün nəzərdə tutulur (məsələn, yuxarıda 49-cu bənddə “Məhbusların verilməsi haqqında” Müqavilənin məqsədlərinə bax). Buna görə, beynəlxalq əməkdaşlıq sahədə tədbir xaricdə cinayət cəzasına məruz qalmışların əsas hüquqlarının təşviqinə və müdafiəsinə yönəldikdə, bu tədbirin yerinə yetirilməsi nəticəsində ərizəçinin əldə etdiyi fayda belə nəticəyə gəlməyin xeyrinə olan mühüm amildir ki, cəzanın icrası qaydası və üsulu nəticəsində ərizəçi həbslə bağlı olan qaçılmaz əzablar səviyyəsini aşmayan narahatlığa və ya əzablara məruz qalmamışdır.
77. Hazırkı işdə Məhkəmə vurğulayır ki, birincisi, ərizəçilər barəsində təyin edilmiş cəzaların Tailandda eyni cinayətlərə görə adətən təyin edilən cəzalar sırasından kənara çıxmasına dəlalət edən amil yoxdur. Ərizəçilər barəsində təyin edilmiş cəzalar həmçinin İngiltərədə 1971 və 1979-cu il qanunlarına əsasən eyni cinayətlərə görə yol verilən cəzaların yuxarı həddinə daxildir (yuxarıda 44 və 46-cı bəndlərə bax).
78. Məhkəmə həmçinin vurğulayır ki, ərizəçilər barəsində cəzalar Tailandda törədilmiş cinayətlərə görə Tailand məhkəmələri tərəfindən təyin edilmişdir. Bununla əlaqədar olaraq Məhkəmə yer kürəsindəki ölkələrin mülki, siyasi, iqtisadi, sosial və mədəni şəraitindəki fərqlərə diqqət yetirir. Bu əhəmiyyətli fərqlərin nəticəsi olaraq dövlətlər öz cinayət mühakiməsi sistemlərini adətən eyni dərəcədə fərqli olan prinsiplər və yanaşmalara əsasən qurmuşlar. Prinsip etibarilə, suveren dövlətlər öz ərazilərində ortaya çıxan problemlərin həll edilməsi yollarını, demokratik dövlətlərdə məqbul sayılan yanaşmalar sırasından olmaq şərtilə, özləri seçir. Bir dövlətdə tətbiq edilən həll etmə yolları digər dövlət üçün məqbul olmaya bilər və buna görə, cəza digər dövlətdə təyin edilə bilən cəzadan daha sərt olduqdan xüsusilə qeyri-mütənasib sayıla bilməz. Mübahisə edilmir ki, Tailandda narkotiklər ilə əlaqədar ciddi problemlər mövcuddur və buna görə narkotiklər ilə bağlı cinayətlər ciddi surətdə cəzalandırılır. Məhkəmə Yüksək Ədalət Məhkəməsinin apelyasiya şöbəsinin hakimi ilə razıdır ki, Tailand hökuməti və qanunvericilik orqanı Böyük Britaniyada tətbiq edilən cəzalardan daha sərt olanların qanuni və zəruri olması qərarına gəlmək səlahiyyətində olmuşlar (yuxarıda 27-ci bəndə bax).
79. Mübahisələndirilən cəzaların ərizəçilərin verilmə barədə müraciətlər nəticəsində Böyük Britaniyada icrası həmçinin əhəmiyyət kəsb edir. Aydındır ki, hər iki ərizəçi cəzanın müddəti və hökmdən və cəzadan şikayət verməyin mümkün olmaması ilə bağlı verilmənin nəticələri barədə məlumat aldıqdan sonra buna razılıq vermişdir (yuxarıda 5 və 31-33-cü bəndlərə bax). Məhkəmə qeyd edir ki, verilmə barədə müraciətlər Böyük Britaniya tərəfindən rədd edildiyi təqdirdə, hər iki ərizəçi onların hal-hazırda saxlanıldığı şəraitdən daha ağır şəraitdə və bununla özü 3-cü maddənin pozuntusuna səbəb ola bilən Tailand həbsxanasında qalacaqdı. Onlar İngiltərənin qanunvericiliyinə əsasən cəza müddətinin yarısını çəkdikdən sonra deyil, yalnız müddətin üçdə-ikisini çəkdikdən sonra vaxtından əvvəl şərti olaraq azad edilə bilərdi. Onların verilməsi açıq-aydın şəkildə onların əsas hüquqlarının müəyyən şəraitdə mümkün qədər böyük həcmdə təşviqinə və müdafiəsinə yönəlmiş və bu məqsədə çatmışdır.
80. Bütün halları nəzərə alaraq, Məhkəmə müəyyən etməmişdir ki, İngiltərənin qanunvericiliyinə əsasən vaxtından əvvəl azad olma istisna edilərək, ərizəçilərin barəsində cəzanın icrası Tailand məhkəmələri tərəfindən təyin edilmiş cəzalar ilə qaçılmaz olaraq bağlı hər hansı əzablar və alçaltmadan kənara çıxıb və, xüsusilə, tədbirin tətbiqinin qaydası və üsulu nəticəsində onlar həbslə sıx bağlı olan əzablar səviyyəsini qaçılmaz olaraq aşan narahatlıq və əziyyətə məruz qalıblar. Nəticə etibarilə, Konvensiyanın 3-cü maddəsinə əsasən ərizəçilərin şikayətləri açıq-aşkar əsassızdır və 35-ci maddənin 3-cü hissəsinin “a” bəndi və 4-cü hissəsinə müvafiq olaraq rədd edilməlidir.
D. Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinə əsasən şikayətlər
81. Ərizəçilər şikayət etmişlər ki, onların həbsdə saxlanılması özbaşına olmuş, çünki onlar öz təqsirini etiraf etməsə idilər, həbsdə daha qısa müddətdə saxlanıla bilərdilər. Onlar aşağıdakılar nəzərdə tutulan Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinə müraciət etmişlər:
“1. 1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs aşağıdakı hallar istisna edilməklə və qanunla müəyyən olunmuş qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:
a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması; ...”
82. Birinci ərizəçi həmçinin iddia etmişdir ki, onun işində tətbiq edilmiş “təkzibedilməz prezumpsiya” nəticəsində məhkəmə prosesi o qədər açıq-aşkar ədalətsiz olmuşdur ki, onun Böyük Britaniyada həbsdə saxlanılması özbaşına olmuşdur.
1. Ümumi mülahizələr
83. Ərizəçilərin təqdim etdiyi şikayətlərin xarakteri ilə bağlı təfərrüatlardan görünür ki, onlar nə həbsdə saxlamanın milli qanunvericiliyə uyğunluğundan şikayət edir, nə də məhkum etmə ilə azadlıqdan məhrum etmə arasında səbəbiyyət əlaqəsinin olmasını mübahisələndirirlər. Əvəzinə, onların şikayətlərində əsas diqqət həbsdə saxlamanın özbaşınalığına yetirilir.
84. Buna görə, Məhkəmə onların işində azadlıqdan məhrum etmənin Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsi mənasında özbaşına olması məsələsinə baxacaqdır. Məhkəmə əvvəllər göstərmişdir ki, dövlət orqanları tərəfindən qəsdən pozuntu törətmə və ya aldatma olduqda, yaxud həbs barədə order və orderin icrası 5-ci maddənin 1-ci hissəsinin müvafiq bəndində yol verilən məhdudiyyətin məqsədlərinə həqiqətən uyğun olmadıqda, yaxud yol verilən azadlıqdan məhrum etmə üçün əsaslar ilə həbsin yeri və şəraiti arasında əlaqə olmadıqda, və yaxud həbsin əsasları ilə həbs arasında mütənasiblik əlaqə olmadıqda özbaşınalıq ortaya çıxa bilər (bax: “Krayişnik Böyük Britaniyaya qarşı” (Krajišnik v. the United Kingdom (dec.), no. 6017/77, § 53, 23 October 2012). Bax, həmçinin: “Sadi Böyük Britaniyaya qarşı” (Saadi v. the United Kingdom [GC], no. 13229/03, § 69, ECHR 2008) və “Ceyms, Uels və Li Böyük Britaniyaya qarşı” (James, Wells and Lee v. the United Kingdom, nos. 25119/09, 57715/09 and 57877/09, §§ 192-195, 18 September 2012 (not yet final)) və oradakı istinadlar). Ərizəçilər onların işində hər hansı yuxarıdakı elementin mövcud olmasını iddia etməmiş, Məhkəmə də hesab edir ki, onlar mövcuddur.
85. Buna görə yalnız aşağıdakı məsələlərə baxmaq lazımdır: ərizəçilərin işlərində öz təqsirini öz boynuna almaqdan irəli gələn, yaxud, birinci ərizəçinin işində Tailandda “təkzibedilməz prezumpsiyasının” tətbiqindən irəli gələn hər hansı özbaşınalığın göstəricilərinin olması. Özbaşınalıq məsələsini müəyyən edərkən Məhkəmə xatırladır ki, Konvensiya vakuumda şərh edilə bilməz, əksinə, tərkib hissəsi olduğu beynəlxalq hüququn digər normaları ilə harmoniyada şərh edilməlidir (bax: “Al-Adsani Böyük Britaniyaya qarşı” (Al‑Adsani v. the United Kingdom [GC], no. 35763/97, § 55, ECHR 2001‑XI); “Çoşanski İsveçə qarşı” (Csoszánszki v. Sweden (dec.), no. 22318/02, 27 June 2006) və “Rantsev Kipr və Rusiyaya qarşı” (Rantsev v. Cyprus and Russia, no. 25965/04, § 274, ECHR 2010 (extracts)). Hazırkı işdə məhbusların verilməsinin ümumi kontekstinə və hazırkı işdə tətbiq edilmiş “Məhbusların verilməsi barədə” Müqavilənin müəyyən müddəalarına nəzər yetirilməlidir.
2. Təqsirini öz boynuna almağın təsiri
86. Ərizəçilər iddia etmişlər ki, onların öz təqsirini boyunlarına alması nəticəsində cəzalar xeyli dərəcədə azalmalı idi. Eyni zamanda, Tailandda onların barəsində cəzaların ömürlük azadlıqdan məhrum etmədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına qədər enməsi ilə yanaşı, bu enmənin təsiri Böyük Britaniyaya verilmə nəticəsində əksinə olmuşdur. Bu, ona görə baş vermişdir ki, onlar öz təqsirini boyunlarına almadığı və ömürlük azadlıqdan məhrum cəzasına məhkum edildiyi təqdirdə, vaxtından əvvəl müvəqqəti azad olmaq üçün çəkilməli müddətin aşağı həddi Yüksək Məhkəmə tərəfindən müəyyən edilərdi (yuxarıda 63-cü bəndə bax). Bu halda, Yüksək Məhkəmə cəza təyin etmə ilə bağlı yerli göstərişləri rəhbər tutmalı idi və onların işlərində tətbiq ediləcək müddətlər Tailand məhkəmələri tərəfindən təyin edilmiş cəzalardan xeyli dərəcədə qısa olardı. Belə ki, onlar öz təqsirini boyunlarına almadığı təqdirdə, dərhal azad edilə bilərdilər.
87. Məhkəmə qeyd edir ki, birinci ərizəçinin işində ömürlük azadlıqdan məhrum etmə o, təqsiri boynuna almadığı təqdirdə Tailand məhkəməsi tərəfindən təyin edilə bilən yeganə cəza olmamışdır. O, 24 qram geroinin satış məqsədilə saxlamaya görə məhkum edilmişdir; bu cinayətə görə ömürlük azadlıqdan məhrum etmə və ya ölüm cəzası təyin edilə bilərdi (yuxarıda 39-cu bəndə bax). Təqsirin boynuna alması nəticəsində ölüm cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz olunduğu nəzərə alınaraq, o, bundan əhəmiyyətli fayda əldə etmişdir.
88. Məhkəmə həmçinin qeyd edir ki, Tailandda kral amnistiyaları adi hal olaraq onların nəticəsində ömürlük azadlıqdan məhrum etmə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər (yuxarıda 19-cu bəndə bax). Qeyd edilməlidir ki, hər iki ərizəçi barəsində cəzalar kral amnistiyaları nəticəsində azalmışdır (yuxarıda 7 və 30-cu bəndlərə bax). Buna görə, müəyyən edilməmişdir ki, ərizəçilər öz təqsirini boyunlarına almadığı təqdirdə, verilmə zamanı onların üzərində hələ də ömürlük azadlıqdan məhrum etmə cəzası olardı və buna görə Yüksək Məhkəmə minimal müddəti müəyyən etməli olardı.
89. Həmçinin, Yüksək Ədalət Məhkəməsinin apelyasiya şöbəsi birinci ərizəçinin işində qeyd etdiyi kimi, o, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi təqdirdə, verilmə üçün Tailandda çəkdiyi kimi dörd il deyil, ən azı səkkiz il həbsdə çəkməli idi (yuxarıda 17 və 19-cu bəndlərə bax). İkinci ərizəçi ilə bağlı bu kimi məlumatın olmadığına baxmayaraq, ehtimal etmək olar ki, ona münasibətdə də eyni müddətlər tətbiq edilərdi. Ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə, ərizəçilər əlavə dörd il müddətində verilmək imkanından məhrum olunardı və bu müddət ərzində daha sərt şəraiti olan Tailand həbsxanasında saxlanılardı.
90. Məhkəmə həmçinin Yüksək Ədalət Məhkəməsinin apelyasiya şöbəsinin mülahizələri ilə razıdır ki, ömürlük azadlıqdan məhrum etmə cəzasına və müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına aid olan müddətləri müqayisə etmək düzgün deyil (yuxarıda 17-ci bəndə bax). Xüsusilə, ömürlük azadlıqdan məhrum etmə cəzası ilə sadəcə həbsdə keçirilmiş müddətdən vaxtından əvvəl şərti olaraq azad etmənin şərtləri və bu şərtlərin pozulması halda yenidən həbsə qaytarılmaq təhlükəsi baxımından kənara çıxan öhdəliklər və məhdudiyyətlər əhatə olunur. Bu məhdudiyyətlər nəticəsində ömürlük azadlıqdan məhrum etmə cəzası, prinsip etibarilə, daha ciddi cəzaya çevrilir.
91. Məhkəmə qəbul edir ki, məhkum edildiyi dövlətdən hər hansı başqa yerə verilmiş məhbuslar üçün nəticələr fərqli ola bilər. Məhkəmə əvvəllər müəyyən etmişdir ki, göndərən dövlətin cinayət qanunvericiliyinin və qəbul edən dövlətin vaxtından əvvəl azad olmaya dair normalarının qarşılıqlı fəaliyyəti nəticəsində məhbusun verilməsinin de facto daha uzun müddətdə cəza çəkməyə gətirib çıxarma halında həbs özbaşına olmamışdır (bax: yuxarıda qeyd edilən “Vermae”, “Çoşanski İsveçə qarşı” (Csoszánszki v. Sweden (dec.), no. 22318/02, 27 June 2006); “Çiok Polşaya qarşı” (Ciok v. Poland (dec.), no. 498/10, § 26, 23 October 2012) və “Giza Polşaya qarşı” (Giza v. Poland (dec.), no 1997/11, § 23, 23 October 2012). Hazırkı işdə ehtimal etmək olar ki, Tailandda ərizəçilər barəsində ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edildiyi və verilmədən qabaq kral amnistiya nəticəsində müəyyən müddətdə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmədiyi təqdirdə, ərizəçilər Böyük Britaniyaya verildikdən sonra onların cəzaları xeyli dərəcədə azaldacaqdı, çünki Yüksək Məhkəmə nisbətən qısa müddəti müəyyən edərdi (yuxarıda 17-ci bəndə bax). Eyni zamanda, nəticələrin fərqi müxtəlif normaların müxtəlif məhbuslara münasibətdə özbaşına qaydada tətbiq edilməsindən irəli gəlmir. Məhbusların verilməsi ilə bağlı işlərdə məhbusların verilməsinə dair müqavilədə və 1984 və 2003-cü il qanunlarında müəyyən edilmiş aydın normalar tətbiq edilir və ərizəçilərin işlərində tətbiq edilmişdir. Fərqli nəticələrin əmələ gələ bilməsi – göndərən dövlətin cinayət qanunvericiliyinin və qəbul edən dövlətin verilmə ilə bağlı təcrübəsinin qarşılıqlı fəaliyyətinin nəticəsidir. Bu cür fərqlər göndərən dövlətdə təyin edilmiş cəzanın qəbul edən dövlətdə icra edilməsi prinsipinə əsaslanan məhbusların verilməsinə dair bütün müqavilələrdən irəli gəlir. Məhkəmə təkrar edir ki, ərizəçilər, həbsdə çəkilməsi tələb edilən müddət baxımından nəticələri bilərək, şübhəsiz ki, cəzaların Böyük Britaniyada icra edilməsinin bir çox faydalardan, o cümlədən vaxtından əvvəl azad etməyə dair daha əlverişli normalardan və daha yaxşı həbs şəraitindən bəhrələnmək verilməyə razılıq vermişlər.
92. Bu şəraitdə, ərizəçilərin təqsiri öz boyunlarına alması nəticəsində Böyük Britaniyada həbsdə saxlanılması 5-ci maddənin 1-ci hissəsinin “a” bəndi mənasında özbaşına olmamışdır. Onların şikayətləri açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddənin 3-cü hissəsinin “a” bəndi və 4-cü hissəsinə müvafiq olaraq qəbuledilməzdir.
3. “Təkzibedilməz prezumpsiya”
93. Birinci ərizəçi təqsirini boynuna alsa da, bildirmişdir ki, narkotik vasitələrin miqdarına baxmayaraq onlar şəxsi istifadə üçün nəzərdə tutulmuşdur. Tailand qanunvericiliyində müəyyən edilmiş “təkzibedilməz prezumpsiya” nəticəsində o, onların satış məqsədilə olması barədə ittihamı mübahisələndirə bilmirdi. Nəticədə, o iddia etmişdir ki, məhkəmə prosesi açıq-aşkar ədalətsiz, sonrakı həbs isə Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “a” bəndi mənasında özbaşına olmuşdur.
94. Konvensiyada onun standartlarının üçüncü dövlətlərə qəbul etdirmək iştirakçı dövlətlərdən tələb edilmədiyi nəzərə alınaraq, şəxsin “səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan” sonra qanuni həbsə almasına dair 5-ci maddənin 1-ci hissəsinin “a” bəndindəki tələb güman etmir ki, Məhkəmə belə məhkum etməyə gətirib çıxarmış üçüncü ölkələrdə məhkəmə prosesinə ciddi surətdə baxsın və onun Konvensiyanın 6-cı maddəsinin bütün tələblərinə uyğun olması məsələsini yoxlasın (bax: “Stoiçkov Bolqarıstana qarşı” (Stoichkov v. Bulgaria, no. 9808/02, § 51, 24 March 2005) və yuxarıda qeyd edilən “Drozd və Yanusek”, § 110). Konvensiya ilə bağlı olmayan məhkəmə tərəfindən 6-cı maddədə təsbit edilmiş prinsiplərin tətbiqi qaydasının yoxlamağın tələb etməsi, Məhkəmə artıq xatırladığı kimi, müvafiq şəxslərin maraqlarına ümumiyyətlə cavab verən ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlmiş mövcud səyləri pozardı (bax: yuxarıda qeyd edilən “Drozd və Yanusek”, § 110).
95. Eyni zamanda, Məhkəmə həmçinin müəyyən etmişdir ki, “ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtinanı” təşkil edən, yəni “6-cı maddənin müddəalarına və ya orada nəzərdə tutulmuş prinsiplərə açıq-aşkar zidd” olan məhkəmə prosesi nəticəsində azadlıqdan məhrum etmə 5-ci maddənin 1-ci hissəsinin “a” bəndi ilə əsaslandırıla bilməz (bax: yuxarıda qeyd edilən “Stoiçkov”, § 51 və “Otman (Abu Qatada) Böyük Britaniyaya qarşı” (Othman (Abu Qatada) v. the United Kingdom, no. 8139/09, § 259, 17 January 2012)). Məhkəmə göstərmişdir ki, “ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina” testi ədalətsizliyin müəyyən edilməsi üçün ən sərt testdir. Ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina Razılığa Gələn Dövlətin özündə baş verdiyi təqdirdə 6-cı maddənin pozulmasına səbəb ola bilən məhkəmə baxışının xırda pozuntularından və ya təminatların olmamasından daha ciddi təbiətə malikdir. Burada 6-cı maddə ilə təmin olunmuş ədalətli məhkəmə baxışı prinsiplərinin həmin maddədə nəzərdə tutulmuş hüququn mahiyyətini heçə endirən və ya məhv edən dərəcədə pozması tələb olunur (bax: yuxarıda qeyd edilən “Otman (Abu Qatada)”, § 260). Terminin daha dəqiq şəkildə müəyyən olunması hələ ki, tələb olunmasa da, Məhkəmə bununla belə göstərmişdir ki, ədalətsizliyin bəzi formaları ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina hesab oluna bilər. Bunlara aşağıdakılar aiddir: ittihamın mahiyyəti üzrə sonradan yeni qərarın qəbul edilməsi imkanı olmadan qiyabi yolla məhkum olunma; təbiət etibarı ilə yekun xarakter daşıyan və müdafiə tərəfinin hüquqlarına tam etinasızlıq göstərilməsi ilə həyata keçirilmiş məhkəmə prosesi; müstəqil və qərəzsiz məhkəmə tərəfindən qanuniliyinin yoxlanılmasına imkan vermədən saxlama; xüsusilə xarici ölkədə saxlanılan şəxsin vəkillə görüşməsinə sistematik olaraq imkan verməmə; və işgəncə yolu ilə əldə edilmiş sübutların mümkün hesab edilməsi (bax: yuxarıda qeyd edilən “Otman (Abu Qatada)”, § 259 və oradakı istinadlar, habelə § 267). Göstərilən misallardan və testin xarakterindən belə çıxır ki, ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina halları aşkar olaraq qəbul edən dövlətin diplomatik nümayəndələrinə verilmədən qabaq məlumdur.
96. Hazırkı işdə olan məsələ - Tailand qanunvericiliyində olan “təkzibedilməz prezumpsiya” nəticəsində ərizəçinin ədalətli məhkəmə baxışı hüququnun mahiyyətini heçə endirən və ya məhv edən dərəcədə 6-cı maddə pozulmuşdurmu. Bununla əlaqədar olaraq Məhkəmə qeyd edir ki, hər bir hüquq sistemində fakt və ya hüquq prezumpsiyaları mövcuddur, Konvensiyada isə belə prezumpsiyalar, prinsip etibarilə, qadağan edilmir. Eyni zamanda, 6-cı maddənin 2-ci hissəsində cinayət qanununda nəzərdə tutulmuş fakt və ya hüquq prezumpsiyaları fərqlənmir. Burada dövlətlərdən təhlükə altında olan məsələnin əhəmiyyətini və müdafiə hüquqlarının təmin edilməsini nəzərə alan ağlabatan hüdudlar çərçivəsində davranış tələb olunur (“Salabyaku Fransaya qarşı” (Salabiaku v. France, 7 October 1988, § 28, Series A no. 141‑A)).
97. Tailandın müvafiq qanununun 15-ci maddəsinin 3-cü hissəsinin (yuxarıda 40-cı bəndə bax), yəni şübhəli şəxsin törətməkdə təqsirləndirilə, ittiham edilə və cəzalandırıla bilən konkret cinayəti müəyyən edən müddəanın qüvvəsi birinci ərizəçi tərəfindən onun saxladığı narkotik vasitələrin şəxsi istifadə üçün olmasını iddia etməsinin qarşısını almışdır. Məhkəmə həmçinin Yüksək Məhkəmənin hakiminin gəldiyi nəticəni qeyd edir ki, təqdim edilmiş sübutlara əsasən iş narkotik vasitələrin yalnız şəxsi istifadə üçün olması barədə kifayət qədər sübut olunan idi (yuxarıda 13-cü bəndə bax). İstisna etmək olmaz ki, Tailand qanunun 15-ci maddəsinin 3-cü hissəsindəki müddəa 6-cı maddənin 2-ci hissəsinə əsasən sualın ortaya çıxmasına səbəb ola bilsin. Eyni zamanda, Tailand Konstitusiya Məhkəməsi 2001-ci il qərarında izah etdiyi kimi, Tailand qanununun məqsədini müəyyən miqdardan çox narkotik vasitələri saxlayan şəxslərin daha sərt qaydada cəzalandırmaq təşkil etmiş, qanunun 15-ci maddəsinin 3-cü hissəsinin tətbiqinin niyyəti isə belə miqdarda narkotik vasitələri saxlamış təqsirləndirilən şəxs barəsində təyin edilə biləcək cəzanı ağırlaşdırmaq olmuşdur. Cinayətin mahiyyətini narkotik vasitələrini saxlama təşkil etmiş və bu, ittiham tərəfindən sübut edilməli idi (yuxarıda 41-41-ci bəndlərə bax). Hazırkı işdə, birinci ərizəçi Tailandda məhkəmə baxışı zamanı bir sıra prosessual təminatlar əldə etmişdir. Məhkəmə iclası açıq surətdə iki hakim tərəfindən aparılmış; birinci ərizəçi iclasda iştirak etmiş və müdafiəçi tərəfindən təmsil edilmiş; o, bir neçə xüsusilə ağır cinayətlər ilə bağlı bəraət qazanmış; məhkəmə onun narkotik vasitələrin saxlamasını təsdiq edən sübutları öyrənmiş, baxmayaraq ki, həmin fakt mübahisələndirilməmişdir; o, müvafiq qanuna əsasən cəza almış və təqsiri boynuna aldığına görə əhəmiyyətli dərəcədə cəzanın azalmasına yol verilmişdir (yuxarıda 13 və 16-cı bəndlərə bax). Hər halda, birinci ərizəçinin məhkəmə baxışı və ya verilmə üçün müraciət etdiyi zaman Böyük Britaniyanın dövlət orqanlarına onun işində ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina barədə xəbər etməməsi “təkzibedilməz prezumpsiyanın” ümumiyyətlə məhkəmə baxışının ədalətli olmasına təsirinin müəyyən edilməsində mühüm amildir.
98. Məhkəmə nəticəyə gəlir ki, “təkzibedilməz prezumpsiyanın” qüvvəsi ərizəçinin müdafiə hüquqlarını məhdudlaşdırsa da, deyilə bilməz ki, onun ədalətli məhkəmə baxışı hüququnun əsas mahiyyəti pozulmuşdur. İşin bütün hallarını nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçi onun işində ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtinanın olmasını göstərə bilməmişdir. Buna görə də, ərizəçinin həbsdə saxlanmasında 5-ci maddənin 1-ci hissəsinin “a” bəndinin pozulması olmamışdır. Nəticə etibarilə, onun şikayəti açıq-aşkar əsassızdır və Konvensiyanın 35-ci maddənin 3-cü hissəsinin “a” bəndi və 4-cü hissəsinə müvafiq olaraq qəbuledilməzdir.
Göstərilən əsaslara görə Məhkəmə yekdilliklə
Ərizələri birləşdirmək qərara alır;
Ərizələri qəbuledilməz elan edir.
Fatoş Aracıİneta Zimele
Məhkəmə katibiSədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy