© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2013. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Məhkəmənin 159 saylı qərarlar toplusu üzrə Məlumat Qeydi
2013-cü il, yanvar
Uilkoks və Hörford Birləşmiş Krallığa qarşı (qərardad) – 43759/10 və 43771/12 nömrəli şikayətlər üzrə
2013-cü il 8 yanvar tarixli qərardad [Dördüncü Bölmə]
Maddə 3
Alçaldıcı cəza
Qeyri-insani cəza
Böyük Britaniyada məhkumların verilməsi haqqında müqaviləyə əsasən birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş uzunmüddətli cəzanın icra edilməsi: qəbuledilməzdir
Maddə 5
5-ci maddənin 1-ci bəndi
Azadlıqdan məhrum edilməsi
5-ci maddənin 1-ci bəndinin (a) yarımbəndi
Cəzanın təyin edilməsindən sonra
Böyük Britaniyada məhkumların verilməsi haqqında müqaviləyə əsasən birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş uzunmüddətli cəzanın icra edilməsi: qəbuledilməzdir
Faktlar – Hər iki ərizəçi onlara qarşı irəli sürülmüş ittihamlar üzrə təqsiri etiraf edərək narkotik vasitələrin saxlanılmasına görə Tailand məhkəmələri tərəfindən təyin edilmiş cəzalarını Birləşmiş Krallığının cəzaçəkmə müəssisələrində çəkmişdirlər. Onlar Birləşmiş Krallıqla ilə Tailand arasında bağlanılmış məhkumların verilməsi haqqında müqaviləyə əsasən cəzanın qalan hissəsinin çəkilməsi üçün Birləşmiş Krallığa verilmişdirlər. Onlara məlumat vermişdirlər ki, verilmədən sonra onlar cəzanın müddətini mübahisələndirə bilməyəcəklər.
Avropa Məhkəməsinə təqdim etdikləri şikayətlərində ərizəçilər bildirmişdirlər ki, təyin edilmiş cəza mütənasib deyil və onlar Birləşmiş Krallıqda mühakimə olunsaydılar həmin cinayətə görə onlara dörd və ya beş dəfə yüngül cəza təyin olunardı və cəzanın icrası onların Konvensiyanın 3-cü maddəsi ilə qorunan hüququnu pozur. Bundan sonra onlar Konvensiyanın 5-ci maddəsi əsasında məhkumların verilməsi haqqında müqavilədən şikayət edərək bildirmişdirlər ki, onlar təqsiri etiraf etməsəydilər daha az müddətə azadlıqdan məhrum edilərdilər. Eyni zamanda birinci ərizəçi bildirmişdir ki, onun işində “təkzibedilməz prezumpsiya”sının tətbiqi nəticəsində barəsində aparılmış məhkəmə prosesi açıq-aşkar ədalətsiz olmuşdur, belə ki, onun Birləşmiş Krallıqda uzun müddət ərzində azadlıqdan məhrum edilməsi əsassızdır.
Hüquqi məsələlər – 3-cü maddə: Baxmayaraq ki, cəzanın təyin edilməsi bütövlükdə Konvensiyanın tətbiqi dairəsinin kənarına düşür, lakin, Məhkəmə qəbul etmişdir ki, açıq-aşkar mütənasib olmayan cəza təyin edildiyi zaman Konvensiyanın 3-cü maddəsinə zidd olan pis rəftar kimi qiymətləndirilə bilər. Lakin açıq-aşkar mütənasibsizlik dəqiq əsaslarla və yalnız istisna edici hallarda müəyyən edilə bilər. Bundan sonra yerli xüsusiyyətləri və yanaşmanı nəzərə alaraq cəza tətbiq etmə təcrübəsi müxtəlif Dövlətlərdə olduqca fərqlənir. Mübahisələndirilən aktlar ilə sıx bağlı olan alçaltma və ya əzabların səviyyəsi müəyyən edildikdə, alternativ variantda olan alçaltma və ya əzabların səviyyəsi nəzərə alınmalıdır.
Hazırkı işdə cəza təyin edilmişdir və ərizəçilər verilməsəydilər onlar Tailandda uzun müddət ərzində ağır və ləyaqəti alçaldan şəraitdə həbsdə saxlanılardılar. Məhkəmənin fikrincə, 3-cü maddə ilə təmin edilən müdafiə mexanizmi məhbusların daha insani şəraitdə cəzanı çəkmək üçün verilməsinin qarşısını almaq üçün tətbiq edilsə idi, bu daha paradoksal olardı. Bununla bu məsələdə əsas diqqət hər hansı əzab və alçaltmanın xarici məhkəmənin təyin etdiyi azadlıqdan məhrum etmə cəzası ilə bağlı olan qaçılmaz əzablar və alçaltma elementindən kənara çıxması məsələsinə yetirilməlidir. Əzablar səviyyəsi müəyyən edildikdə nəzərə alınmalıdır ki, məhkumun verilməsi prinsipcə onun maraqları naminə ədalət mühakiməsi sahəsində beynəlxalq müqavilənin çərçivəsində həyata keçirilmişdir. Məhkumların verilməsi barədə müqavilələr ümumiyyətlə sosial, mədəniyyət və ya dil baxımından yad şəraitdə cəza çəkmənin mənfi təsirlərinin aradan qaldırılması və gələcəkdə cəmiyyətə qovuşmaya yardım göstərilməsi üzrə təqdirəlayiq məqsədlərə xidmət etmək üçün nəzərdə tutulur.
Hazırkı işdə ərizəçilər barəsində təyin edilmiş cəzaların Tailandda eyni cinayətlərə görə adətən təyin edilən cəzalar sırasından kənara çıxmasına dəlalət edən amil yoxdur. Həmin cəza İngiltərənin qanunlarına əsasən eyni cinayətlərə görə yol verilən cəzaların yuxarı həddinə daxildir. Eyni zamanda Tailandda narkotiklər ilə əlaqədar ciddi problemlər mövcuddur və buna görə narkotiklər ilə bağlı cinayətlər ciddi surətdə cəzalandırılır. Mübahisələndirilən cəzaların Böyük Britaniyada icrası ərizəçilərin verilmə barədə müraciətlər əsasında həyata keçirilmiş və hər iki ərizəçi cəzanın müddəti və hökmdən və cəzadan şikayət verməyin mümkün olmaması ilə bağlı verilmənin nəticələri barədə məlumat aldıqdan sonra buna razılıq vermişdir. Yekunda qeyd olunmalıdır ki, verilmə haqqında müraciətdən imtina olunsaydı onlar İngiltərənin qanunvericiliyinə əsasən cəza müddətinin yarısını çəkdikdən sonra deyil, yalnız müddətin üçdə-ikisini çəkdikdən sonra vaxtından əvvəl şərti olaraq azad edilə bilərdi.
Nəticə: qəbuledilməzdir (açıq-aşkar əsassızdır)
5-ci maddənin 1-ci bəndi
(a) Təqsirinin etiraf edilməsinin təsiri - Ərizəçilər iddia etmişlər ki, onların öz təqsirini etiraf etməsi nəticəsində cəzalar xeyli dərəcədə azalmalı idi. Eyni zamanda, Tailandda onların barəsində cəzaların ömürlük azadlıqdan məhrum etmədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına qədər enməsi ilə yanaşı, bu enmənin təsiri Böyük Britaniyaya verilmə nəticəsində əksinə olmuşdur. Bu, ona görə baş vermişdir ki, onlar öz təqsirini etiraf etdiyi və ömürlük azadlıqdan məhrum cəzasına məhkum edildiyi təqdirdə, vaxtından əvvəl müvəqqəti azad olmaq üçün çəkilməli müddətin aşağı həddi Yüksək Məhkəmə tərəfindən müəyyən edilərdi. Bu halda, Yüksək Məhkəmə cəza təyin etmə ilə bağlı yerli göstərişləri rəhbər tutmalı idi və onların işlərində tətbiq ediləcək müddətlər Tailand məhkəmələri tərəfindən təyin edilmiş cəzalardan xeyli dərəcədə qısa olardı. Belə ki, onlar öz təqsirini etdiyi təqdirdə, dərhal azad edilə bilərdilər.
Lakin Məhkəmə qeyd edir ki, birinci ərizəçinin işində ömürlük azadlıqdan məhrum etmə o, təqsiri etiraf etdiyi təqdirdə Tailand məhkəməsi tərəfindən təyin edilə bilən yeganə cəza olmamışdır. Onun barəsində ölüm cəzası təyin oluna da bilərdi. Təqsirin etiraf edilməsi nəticəsində ölüm cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz olunduğu nəzərə alınaraq, o, bundan əhəmiyyətli fayda əldə etmişdir. Bundan sonra qeyd olunmalıdır ki, Tailandda kral amnistiyaların adi hal olaraq onların nəticəsində ömürlük azadlıqdan məhrum etmə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. Hər iki ərizəçi barəsində cəzalar kral amnistiyaları nəticəsində azalmışdır. Buna görə, müəyyən edilməmişdir ki, ərizəçilər öz təqsirini boyunlarına almadığı təqdirdə, verilmə zamanı onların üzərində hələ də ömürlük azadlıqdan məhrum etmə cəzası olardı və buna görə Yüksək Məhkəmə minimal müddəti müəyyən etməli olardı. Əlavə olaraq birinci ərizəçinin işində qeyd edildiyi kimi, o, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi təqdirdə, verilmə üçün Tailandda çəkdiyi kimi dörd il deyil, ən azı səkkiz il həbsdə çəkməli idi. İkinci ərizəçi ilə bağlı bu kimi məlumatın olmadığına baxmayaraq, ehtimal etmək olar ki, ona münasibətdə də eyni müddətlər tətbiq edilərdi. Eyni zamanda ömürlük azadlıqdan məhrum etmə cəzasına və müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına aid olan müddətləri müqayisə etmək düzgün deyil. Xüsusilə, ömürlük azadlıqdan məhrum etmə cəzası ilə sadəcə həbsdə keçirilmiş müddətdən vaxtından əvvəl şərti olaraq azad etmənin şərtləri və bu şərtlərin pozulması halda yenidən həbsə qaytarılmaq təhlükəsi baxımından kənara çıxan öhdəliklər və məhdudiyyətlər əhatə olunur. Bu məhdudiyyətlər nəticəsində ömürlük azadlıqdan məhrum etmə cəzası, prinsip etibarilə, daha ciddi cəzaya çevrilir. Eyni zamanda, nəticələrin fərqi müxtəlif normaların müxtəlif məhbuslara münasibətdə özbaşına qaydada tətbiq edilməsindən irəli gəlmir. Müəyyən edilmiş aydın normalar məhbusların verilməsi ilə bağlı işlərdə və ərizəçilərin işlərində tətbiq edilmişdir. Fərqli nəticələrin əmələ gələ bilməsi – göndərən dövlətin cinayət qanunvericiliyinin və qəbul edən dövlətin verilmə ilə bağlı təcrübəsinin qarşılıqlı fəaliyyətinin nəticəsidir.
Bu şəraitdə, ərizəçilərin təqsiri öz boyunlarına alması nəticəsində Böyük Britaniyada həbsdə saxlanılması 5-ci maddənin 1-ci bəndinin “a” yarımbəndi mənasında özbaşına olmamışdır.
(b) “Təkzibedilməz prezumpsiyası” – Birinci ərizəçi bildirmişdir ki, Tailand qanunvericiliyində müəyyən edilmiş “təkzibedilməz prezumpsiya”sına əsasən müəyyən miqdarda olan narkotik vasitələr satış üçün nəzərdə tutulduğuna görə, o həmin vasitələrin faktiki olaraq öz şəxsi istifadə üçün nəzərdə tutulduğunu sübut edə bilməmişdir. Bununla onun barəsində aparılmış məhkəmə prosesi açıq-aşkar ədalətsiz olmuşdur və onun azadlıqdan məhrum edilməsi əsassız hesab edilir.
Məhkəmə göstərmişdir ki, “ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina” testi ədalətsizliyin müəyyən edilməsi üçün ən sərt testdir və ədalətli məhkəmə hüququnun pozulmasına səbəb ola bilən məhkəmə baxışının xırda pozuntularından daha ciddi təbiətə malikdir.
Faktların və ya hüququn prezumpsiyası istənilən hüquqi sistemdə həyata keçirilir. Burada təhlükə altında olan məsələnin əhəmiyyətini və müdafiə hüquqlarının təmin edilməsini nəzərə alan ağlabatan hüdudlar çərçivəsində davranış tələb olunur, bununla istisna etmək olmaz ki, müəyyən hallarda birinci ərizəçinin işindəki olan müddəanın mahiyyəti pozuntunun baş verməsinə səbəb ola bilsin. Bununla bu müddəanın məqsədi müəyyən miqdardan çox narkotik vasitələri saxlayan şəxslərin daha sərt qaydada cəzalandırmaq təşkil etmiş və hədələmə vasitəsi kimi istifadə etməkdir. Cinayətin mahiyyətini narkotik vasitələrini saxlama təşkil etmiş və bu, ittiham tərəfindən sübut edilməli idi. Birinci ərizəçi Tailandda məhkəmə baxışı zamanı bir sıra prosessual təminatlar əldə etmişdir. Məhkəmə iclası açıq surətdə iki hakim tərəfindən aparılmış; birinci ərizəçi iclasda iştirak etmiş və müdafiəçi tərəfindən təmsil edilmiş; o, bir neçə xüsusilə ağır cinayətlər ilə bağlı bəraət qazanmış; məhkəmə onun narkotik vasitələrin saxlamasını təsdiq edən sübutları öyrənmiş, baxmayaraq ki, həmin fakt mübahisələndirilməmişdir; o, müvafiq qanuna əsasən cəza almış və təqsiri boynuna aldığına görə əhəmiyyətli dərəcədə cəzanın azalmasına yol verilmişdir (yuxarıda 13 və 16-cı bəndlərə bax). Hər halda, birinci ərizəçinin məhkəmə baxışı və ya verilmə üçün müraciət etdiyi zaman Böyük Britaniyanın dövlət orqanlarına onun işində ədalət mühakiməsinin həyata keçirilməsindən açıq imtina barədə xəbər etməməsi “təkzibedilməz prezumpsiyanın” ümumiyyətlə məhkəmə baxışının ədalətli olmasına təsirinin müəyyən edilməsində mühüm amildir.
Nəticə: qəbuledilməzdir (açıq-aşkar əsassızdır)
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi
Katibliyin bu xülasəsinə görə Məhkəmə məsuliyyət daşımır.
Presedent hüququnun Məlumat Qeydləri üçün tıklayın
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından () və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights () or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@.
Full & Egal Universal Law Academy