CASE OF KURIĆ AND OTHERS v. SLOVENIA - [Azerbaijani Translation] by the COE Human Rights Trust Fund
Karar Dilini Çevir:

© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.

© Council of Europe/European Court of Human Rights, 2014. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.

 


İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ

 

 

BÖYÜK PALATA

 

 

 

KURİÇ VƏ DİGƏRLƏRİ SLOVENİYAYA QARŞI

 

 

(26828/06 nömrəli ərizə)

 

 

 

 

 

 

 

 

 

 

 

QƏRAR

(Ədalətli kompensasiya ilə bağlı)

 

STRASBURQ

 

12 mart 2014-cü il

 

Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.

Kuriç və Digərləri Sloveniyaya qarşı işi üzrə,

 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası

Sədr Din Şpilman (Dean Spielmann),

Hakimlər
Jan-Pol Kosta (Jean-Paul Costa),

Nikolya Bratza (Nicolas Bratza),

Fransuaz Tulkens (Françoise Tulkens),

Qvido Raymondi (Guido Raimondi),

Nina Vayiç (Nina Vajić),

Mark Viliger (Mark Villiger),

İzabel Berro-Lefevr (Isabelle Berro-Lefèvre),

Boştyan M. Zupançiç (Boštjan M. Zupančič),

Elisabet Steyner (Elisabeth Steiner),

Pəivi Hirvelə (Päivi Hirvelä),

Qeorq Nikolau (George Nicolaou),

Luiz Lopez Querra (Luis López Guerra),

Zdravka Koladyeva (Zdravka Kalaydjieva),

Neboyşa Vuçiniç (Nebojša Vučinić),

Qanna Yudkivska (Ganna Yudkivska),

Angelika Nuşberqer (Angelika Nußberger)

və məhkəmə katibi Maykl Oboyldan (Michael O’Boyle) ibarət tərkibdə

2014-cü il fevralın 28-də qapalı müşavirə keçirərək

yuxarıda qeyd edilmiş tarixdə aşağıdakı qərarı qəbul etdi:

 

 

PROSEDUR MƏSƏLƏLƏRİ

         İş İnsan Hüquqların və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (bundan sonra - “Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Xorvatiya vətəndaşı cənab Milan Makuç və on nəfər digər ərizəçilər tərəfindən Sloveniya Respublikasına qarşı 2006-cı il iyulun 4-də təqdim edilmiş ərizə (26828/06) əsasında başlanmışdır. Cənab Makuçun ölümündən sonra iş Kuriç və Digərləri Sloveniyaya qarşı kimi adlandırılmışdır. Səkkiz ərizəçi Böyük Palata qarşısında icraat zamanı tərəf kimi qalıblar (bax: aşağıda qeyd edilən 4-cü bəndə).        Ərizəçilər Məhkəmə qarşısında Romada fəaliyyət göstərən hüquqşünaslar cənab A.G.Lana və cənab A.Sakkuci tərəfindən təmsil olunmuşlar.        Sloveniya Hökuməti (bundan sonra - “Hökumət”) Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndə cənab L.Bembiç tərəfindən təmsil olunmuşdur.        2012-ci il 26 iyun tarixli qərarda (“əsas qərar”) Məhkəmə əksər səs çoxluğu ilə yerli hüquq müdafiə vasitələrinin tükənməməsinə görə iki ərizəçi cənab Dabetiç və xanım Ristanoviçlə əlaqədar ərizənin bir hissəsi qəbuledilməz müəyyən edilmişdi.        Bundan sonra Məhkəmə yekdilliklə qərara almışdır ki, işdə “şəxsi və ailə həyatına hörmət” (Konvensiyanın 8-ci maddəsi), səmərəli hüquq müdafiə vasitələrindən istifadə etmə (13-cü maddə) və altı ərizəçi (cənab Kuriç, xanım Mezqa, cənab Ristanoviç, cənab Berişa, cənab Ademi və xanım Miniç) münasibətdə ayrı-seçkiliyə məruz qalmamaq hüquqları pozulmuşdur.        Məhkəmə müəyyən etmişdir ki, hüquq pozuntusu Konstitusiya Məhkəməsinin əsas qərarı ilə yanaşı Sloveniya dövlət orqanları tərəfindən ərizəçilərin 1992-ci il fevralın 26-da Ölkə Ərazisində Daimi Yaşayan Şəxslərin Reyestrindən qanunsuz olaraq silinməsindən sonra onların ölkədə qalma statusunu tənzimləməsindən və ərizəçilərin hüquqlarının mütənasib şəkildə bərpa etməkdən uzun müddət ərzində imtinasından irəli gəlir. Nəticədə hazırkı iş üzrə keçən ərizəçilərlə yanaşı çoxlu sayda Sloveniyada daimi yaşamaq hüququ olan və adları 1992-ci il fevralın 26-da silinmiş digər şəxslər (müəyyən olunduğu kimi “silinmiş şəxslər” kimi adlanan keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının vətəndaşları) həmin tədbirin təsiri alına düşüblər və hal-hazırda həmin təsirin altındadırlar (bax: “Kuriç və digərləri Sloveniyaya qarşı” (Kurić and Others v. Slovenia [GC], no.26828/06, §§ 29, 408‑ 409 and 412, ECHR 2012 (çıxarışlar)).        Bununla əlaqədar Məhkəmə Konvensiyanın 46-cı maddəsini və Məhkəmənin Prosedur Qaydalarının 61-ci Qaydasını rəhbər tutaraq pilot qərar proseduranın tətbiqini qərara alıb və qət edib ki, cavabdeh Dövlət 2013-cü il iyunun 26-dan gec olmayaraq əsas qərarın qəbul edilməsindən sonra bir il ərzində ümumi tədbir kimi ad hoc kompensasiya sxemini müəyyən etsin (bax: əsas qərarın nəticə hissəsinin 9-cu abzasına və əsas qərarın 415-ci bəndinə). Bundan sonra Məhkəmə qeyd edib ki, “Hüquqi status haqqında” Qanununa əlavələr və düzəlişlər yalnız bu yaxınlarda qəbul olunub, bununla bu qanunvericilik islahatları, habelə Hökumətin həyata keçirtdiyi digər tədbirlər nəticəsində “silinmiş şəxslər”in ölkədə qalma hüququnu kifayət qədər tənzim edib edilmədiyini müəyyən etmək tezdir (bax: əsas qərarın 410-411-ci bəndlərinə).        Konvensiyanın 41-ci maddəsi mənasında iş üzrə ərizəçilər hüquqların pozulması nəticəsində dəymiş maddi və mənəvi zərərin ədalətli kompensasiyasını və çəkilmiş məhkəmə xərclərinin geri alınması tələb edə bilərlər.        Məhkəmə ərizəçilərin maddi zərərin ödənilməsi tələbini nəzərə alaraq Konvensiyanın 41-ci maddəsinin tətbiqi məsələsini qərarın qəbul edilməsi üçün hazır olmadığını qət edib və bu məsələ üzrə qərarın qəbul edilməsini təxirə salaraq əsas qərarın qəbul edilməsi barədə bildirişin alındığından sonra üç ay ərzində Hökuməti, habelə ərizəçiləri işlə bağlı öz yazılı qeydlərini təqdim etməyə dəvət edib, xüsusilə əldə olunmuş hər-hansı razılıq barədə Məhkəməyə məlumat verilməyə çağırıb. Daha konkret olaraq Məhkəmə hesab etmişdir ki, 41-ci maddəsinin tətbiqi məsələsi yalnız tərəflər arasında hər-hansı anlaşma əsasında deyil əsas qərarın icrası ilə əlaqədar cavabdeh Hökumətin müəyyən etdiyi fərdi və ümumi tədbirlər əsasında həll olunmalıdır (bax: əsas qərarın 424-cü bəndinə və əsas qərarın nəticə hissəsinin 10-cu abzasına; eyni zamanda bax: “Bronyovski Polşaya qarşı” (Broniowski v. Poland (friendly settlement) [GC], no. 31443/96, §§ 3 and 36, ECHR 2005‑IX) və “Hatten-Çzapska Polşaya qarşı” (Hutten-Czapska v. Poland (friendly settlement) [GC], no. 35014/97, §§ 3 and 33, 28 April 2008). Müvafiq ümumi tədbirlərinin tətbiq edilməsini gözləyərək Məhkəmə eyni məsələ üzrə yaranan şikayətlərinin araşdırılmasını təxirə salıb (bax: əsas qərarın 415-ci maddəsi)

Yekunda Böyük Palata hər bir uğurlu ərizəçiyə (cənab Kuriç, xanım Mezqa, cənab Ristanoviç, cənab Berişa, cənab Ademi və xanım Miniç) mənəvi zərərə görə 20,000 Avro və Böyük Palatada işin araşdırılmasından öncə həmin mərhələyədək çəkilmiş məhkəmə xərclərinə görə ərizəçilərə bütövlükdə 30,000 Avro məbləğində vəsaitin ödənilməsini qət edib ədalətli təzminatın ödənilməsi üzrə tələbin qalan hissələrini rədd edib.   Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinə və Məhkəmənin Prosedur Qaydalarının 24-cü Qaydasına əsasən müəyyən olunmuşdu. 2012-ci il oktyabrın 31-də Məhkəmə sədri Nikolya Bratzanın səlahiyyət müddəti başa çatmışdır. Həmin vəzifədə onun yerinə seçilmiş Din Şpilman hazırkı iş üzrə Böyük Palatanın sədrli vəzifəsini icra etməyə başlamışdır (Məhkəmənin Prosedur Qaydalarının 9-cu Qaydasının 2-ci bəndi). Hakimlər Jan-Pol Kosta, Nikolya Bratza, Fransuaz Tulkensvə Nina Vayiçin səlahiyyət müddətlərinin bitməsinə baxmayaraq onlar Konvensiyanın 23-cü maddəsinin 3-cü bəndinə və Məhkəmənin Prosedur Qaydalarının 24-cü Qaydasının 4-cü bəndinə əsasən həmin iş üzrə səlahiyyətlərinin icrasına davam ediblər. Məhkəmənin Prosedur Qaydalarının 24-cü Qaydasının 3-cü bəndinə əsasən işin aparılmasından uzaqlaşdırılan hakim Anatoliy Kovler Mark Viligerlə əvəz olunmuşdu.   Konvensiyanın 41-ci maddəsinə əsasən ədalətli kompensasiyanın ödənilməsi tələbi və Məhkəmənin Prosedur Qaydalarının 61-ci Qaydasının 7-ci bəndinə əsasən pilot qərarı ilə bağlı mümkün barışıq sazişinin bağlanması üçün təqdim edilmiş müddətinin ilkin uzadılmasından sonra Böyük Palatanın sədri müddətin ikinci dəfə uzadılmasını qərara almış və tərəfləri məlumatlandırmışdır ki, barışıq sazişi üzrə münasib təkliflər 2013-cü il iyunun 24-dək təqdim olunmayacağı təqdirdə Məhkəmə maddi ziyan tələbi üzrə qərar qəbul edəcək.   Eyni zamanda ad hoc kompensasiya sxeminin müəyyən edilməsi üzrə ayrılmış müddətinin bir ilə uzadılması barədə cavabdeh Hökumətin vəsatətindən sonra (bax: yuxarıda qeyd edilən 7-ci bənd) Məhkəmə 2013-cü il aprelin 9-da tərəfləri məlumatlandırmışdır ki, həmin vəsatətin qəbul edilməsi onun səlahiyyətinə aid deyil. Məhkəmənin gəldiyi nəticəsinə əsasən həmin məsələ Konvensiyanın 26-cı maddəsinin 2-ci bəndinə əsasən fəaliyyət göstərən Nazirlər Komitəsinin səlahiyyətinə aiddir.

Bundan sonra həmin qərara yenidən baxılması barədə cavabdeh Hökumətinin vəsatətinə cavab olaraq Məhkəmə 2013-cü il mayın 14-də bildirmişdir ki, ad hoc sxemi üzrə qanunverici prosesinin naməlumluğunu və bu vaxtadək həmin məsələ üzrə az irəliləyişin əldə olunduğunu nəzərə alaraq və həmin qərarın Nazirlər Komitəsinin Konvensiyanın 46-cı maddəsinə əsasən nəzarət edici funksiyasının həyata keçirilməsi üzrə gələcəkdə qəbul edilə biləcək hər-hansı qərarına xələl gətirməyəcəyini qeyd edərək vəsatətin təmin edilməməsini qərara almışdır.2013-cü il iyunun 24-də həm ərizəçilər həm də cavabdeh Hökumət Konvensiyanın 41-ci maddəsinə əsasən ədalətli kompensasiya üzrə tələblərə dair öz qeydlərini təqdim etmişdirlər. Hər iki tərəf barışıq sazişinin imzalanmasına dair konkret təklifləri verməyərək həmin məsələ üzə barışığın əldə olunmasına hazır olduqlarını bildirmişdirlər. Bununla əlaqədar Məhkəmə məsələ üzrə Konvensiyanın 41-ci maddəsinə əsasən qərarın qəbul edilməsini məqsədəuyğun hesab etmiş və bu barədə tərəfləri məlumatlandırmışdır.

 

 

FAKTLAR

 

 Birinci ərizəçi, cənab Mustafa Kuriç, 1935-ci ildə anadan olmuş və Koperdə (Sloveniya) yaşayır. İkinci ərizəçi, xanım Ana Mezqa, Xorvatiya vətəndaşıdır. O 1965-ci ildə anadan olmuş və Portorozda (Sloveniya) yaşayır. Üçüncü ərizəçi, cənab Tripun Ristanoviç, 1988-ci ildə anadan olmuş və hal-hazırda Sloveniyada yaşayır. O Bosniya və Herseqovina vətəndaşıdır. Dördüncü ərizəçi, cənab Əli Berişa 1969-cu ildə Kosovoda andan olmuşdur. Ən son məlumatlara əsasən, o, Serbiya vətəndaşıdır. O hal-hazırda Almaniyada yaşayır. Beşinci ərizəçi, cənab İlfan Sadik Ademi, 1952-ci ildə anadan olub. O Makedoniya vətəndaşıdır və Almaniyada yaşayır. Altıncı ərizəçi, cənab Zoran Miniç, 1972-ci ildə anadan olub. Hökumətin qeydlərinə əsasən o, Serbiya vətəndaşıdır. Onun dəqiq harada olduğu yer məlum deyil.

 

1. ƏSAS QƏRARDAN SONRA BAŞ VERMİŞ HADİSƏLƏR

 “Hüquqi status haqqında” Qanuna edilmiş əlavələrə əsasən “silinmiş şəxslər”in ölkədə daimi yaşamaq hüququ almaq məqsədilə müraciətin verilməsi üçün ayrılmış müddət 2013-cü il iyulun 24-də bitmişdir. Həmin Qanun “Hüquqi status haqqında” Qanununun Konstitusiyaya uyğun olmayan məsələləri tənzim etmək məqsədilə Konstitusiya Məhkəməsinin 2003-cü il 3 aprel tarixli qərarında sonra qəbul edilmiş və 2010-cu il iyulun 24-də qüvvəyə minmişdir.Düzəlişlərdən sonra “Hüquqi status haqqında” Qanunun müddəalarına əsasən 1992-ci il fevralın 26-dan sonra həm ex nunc (hal-hazırda) həm də ex tunc (bundan əvvəl) Sloveniyada faktiki yaşayan “silinmiş şəxslər”in daimi yaşamaq icazəsinin əldə edilməsi mümkün hesab edilir. Eyni zamanda bu Qanun “silinmiş şəxslər”in uşaqlarının statusunu tənzimləyir və daimi yaşamaq icazəni əldə etmədən Sloveniya vətəndaşlığını əldə edən “silinmiş şəxslər” barədə retroaktiv qərarın qəbul edilməsini nəzərdə tutur (bax: əsas qərarın 71-ci, 76-79-cu bəndlər).Fərdi şəxslərlə yanaşı “Silinmiş şəxslərin” Vətəndaş təşəbbüsü Assosiasiya tərəfindən təqdim edilmiş “Hüquqi status haqqında” Qanununun Konstitusiyaya uyğunluğunun konstitusion nəzarəti qaydasında yoxlanılması barədə U-I-85/11nömrəli 2011-ci il 26 aprel tarixli müraciət hal-hazırda Konstitusiya Məhkəməsinin baxışındadır (bax: əsas qərarın 81-ci bəndi).2013-cü il yanvarın 10-da Konstitusiya Məhkəməsi Konstitusiyanın 26-cı maddəsi əsasında yaranan proseduranın uzadılması kimi sistematik problemi ilə əlaqədar Dövlətin məsuliyyəti barədə qərar qəbul etmişdir (bax: “Lukenda Sloveniyaya qarşı” (Lukenda v. Slovenia, no. 23032/02, §§ 89-98, ECHR 2005‑X). Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, 26-cı maddə dar çərçivədə təfsir edilməməli və qanunsuz hərəkətlərə görə onun əsasında Dövlətin yurisdiksiyası altında müəyyən şəxsin və ya müvafiq orqanın deyil yalnız Dövlətin özünün məsuliyyəti yaranır. Həmin yanaşma məhkəmə baxışının əsassız uzadılmasına qarşı təminatlar ilə əlaqədar da tətbiq edilir və bununla əlaqədar yalnız məhkəmələr deyil hakimiyyətin hər üç qolu (qanunverici, icra və məhkəmə) məsuliyyət daşıyır. Konstitusiya Məhkəməsinin qərarı hazırkı iş üzrə əsas qərarın icrası üçün müvafiqdir.2013-cü ilin may ayında Hökumət “silinmiş şəxslər”ə ad hoc kompensasiya sxemini nəzərdə tutan Qanuna təkliflərini “geniş ictimaiyyətə” təqdim etmişdir.2013-cü il iyulun 25-də Hökumət Daimi Yaşayan Şəxslərin Reyestrindən Silinmiş Şəxslərə Dəymiş Ziyana görə Kompensasiyası barədə Qanun layihəsini Parlamentə təqdim etmişdir (Predlog Zakona o povračilu škode osebam, ki so bile izbrisane iz registra stalnega prebivalstva – bax: yuxarıda qeyd edilən 7-ci bənd). Qanun layihəsi düzəlişlərlə birlikdə 2013-cü il noyabrın 21-də baxışdan keçmişdir. Nəticədə həmin Qanun Rəsmi Qəzetinin 99/2013-cü sayında 2013-cü il dekabrın 3-də dərc edilmişdir. Qanun 2013-cü il dekabrın 18 qüvvəyə minib ya 2014-cü il iyunun 18-dən etibarən tətbiq ediləcək.Qanuna əsasən qanuni əsaslarla daimi yaşamaq icazəsini alan və ya Sloveniya vətəndaşlığını əldə edən “silinmiş şəxslər” kompensasiya sxeminin əhatə dairəsinə düşürlər. Eyni zamanda “Hüquqi status haqqında” Qanuna edilmiş düzəlişlərdən əvvəl qüvvədə olan qanunvericiliyə əsasən müraciətləri təmin edilməmiş “silinmiş şəxslər”ə münasibətdə kompensasiya sxemi aşağıdakı şərtlərlə tətbiq edilir: müraciətlər həmin şəxslərin Sloveniya Respublikasının ictimai qaydasına, təhlükəsizliyinə, müdafiəsinə və ya beynəlxalq münasibətlərə və cinayət işi üzrə aparılan təqibə təhlükə yaratdıqlarına ya da “Hüquqi status haqqında” Qanunun 3-cü maddəsində qeyd edilən digər əsaslara görə təmin edilməmişdirsə; onların müraciətləri ilə bağlı icraat həmin şəxslərin əməkdaşlıq etməkdən imtina edilməsinə görə dayandırılmamalıdır; və onlar faktiki olaraq Sloveniyada yaşamalıdırlar. Sonuncu qeyd edilən şərt dəyişdirilmiş “Hüquqi status haqqında” Qanununun 1(č) maddəsinə əsasən təsvir edilməlidir.

Sxemin əhatə dairəsinə düşən şəxslərin müəyyən edilməsi məqsədi ilə Hökumət dövlət daxili hüquq müdafiə vasitələrin tükəndirilməməsinə görə cənab Dabetiçin və xanım Ristanoviçin müraciətlərinin qəbulediməz hesab edilməsi barədə Böyük Palatanın qərardadını nəzərə almışdır (bax: yuxarıda qeyd edilən 4-cü bəndə) və qeyd etmişdir ki, həmin iki ərizəçi Sloveniyada qalma statuslarını tənzim etmək üçün istəklərini bildirməmişdirlər, xüsusilə bununla əlaqədar müvafiq hüquqi addımlar atmamışdırlar və nəticədə bu onların həmin məsələ üzrə maraqlarının olmadığını göstərir (müqayisə et: əsas qərarın 292-ci bəndi). Yeni Qanuna əsasən kompensasiya ilə bağlı hər hansı tələblər onun qüvvəyə minməsindən və ya daimi yaşamaq hüququnun verilməsi ya da Sloveniya vətəndaşlığının əldə edilməsi barədə qərarın aldığından sonra üç ildən gec olmayan müddətdə təqdim edilməlidir. Hər halda “siyahıdan silinmə”nin müddəti Qanunun qüvvəyə minməsi tarixindən kənara çıxa bilməz.Həm maddi həm də mənəvi ziyanı əhatə edərək kompensasiyanın məbləği “silinmə”nin hər bir yekunlaşmış ayı üçün 50 Avro əsasında hesablanacaqdır. Müraciətləri təmin edilməmiş “silinmiş şəxslər” üçün “silinmə”nin müddəti yekun mənfi qərardan sonra yekunlaşır. Bir neçə mənfi qərar verilibsə müddət Sloveniyada “faktiki yaşamağı” reallaşdıran yekun qərar nəticəsində bitir (bax: yuxarıda qeyd edilən 21-ci bənd). Həmin “silinmiş şəxslər” yekun mənfi qərardan sonra üç il ərzində müraciət edə bilərlər.Əlavə olaraq “silinmiş şəxslər” əlavə kompensasiya almaq hüququna malik olduqlarını hesab etsələr onlar Öhdəliklər Məcəlləsində təsbit edilmiş ümumi qadalara əsasən tələb irəli sürə bilərlər (Obligacijski zakonik, Official Gazette no. 83/2001). Həmin Qanun hal-hazıradək Sloveniya məhkəmələrinin şərh etdiyi kimi Öhdəliklər Məcəlləsinə əsasən iddia olunan zərərlərə münasibətdə məhdudiyyətlər statutunu aradan qaldırı (bax: əsas qərarının 83-cü bəndi) və həmin hissədə tələblərin irəli sürülməsi üçün yeni üç illik müddəti təqdim edir. Ərizələri təmin olunmamış “silinmiş şəxslər” yekun mənfi qərardan sonra üç il ərzində müraciət edə bilərlər. İzah edici memorandumda qeyd olunur ki, kompensasiya məbləğinə məhdudiyyətlərin qoyulması Sloveniyanın hazırkı iqtisadi şəraiti və Dövlətin firavanlığı ilə əlaqədar olan mövqe ilə əsaslandırılır.Bu növ kompensasiya həm vahid məbləğlə əlaqədar inzibati prosedurası vasitəsilə həm də əlavə kompensasiya ilə bağlı məhkəmə prosedurası ilə tələb oluna bilər. Lakin qeyd olunur ki, “silinmə”nin hər ayına görə kompensasiya məbləği 50 Avrodan ibarət olan vahid məbləğin üç mislidən artıq olmamalıdır.Eyni zamanda kompensasiya tələbləri rədd olunmuş və ya proseduraları dayandırılan “silinmiş şəxslər” yeni iddialar verə bilərlər.1000 Avro məbləğində kompensasiya almaq hüququna malik olan şəxslər dərhal 1000 Avrodan ibarət ilkin məbləği alırlar, qalan məbləği işi növbəti ödəmələr zamanı əldə edirlər.Eyni zamanda həmin şəxslərin Sloveniya cəmiyyətinə inteqrasiyasını tezləşdirmək məqsədilə onlar digər formalarda ədalətli kompensasiya əldə edəcəklər. Buraya dövlət orqanları tərəfindən ödənilən icbari tibbi sığorta, sosial-müdafiə proqramları əsasında təqdim edilən imtiyazlar və xüsusi yanaşma; ictimai yardımın və Dövlət qrantlarının digər növlərindən yararlanmaq imkanı; mənzillə təmin olunmaq (qeyri-kommersiya icarəsi) məsələsində imtiyazlar və xüsusi yanaşma; təhsil sistemindən istifadə etmək imkanı; və yekunda Avropa İttifaqının vətəndaşları olmayan əcnəbilərə onların Sloveniyanın mədəni, iqtisadi və sosial həyatına inteqrasiyası məqsədilə xüsusi yanaşma.İzah edici memorandumda qeyd olunmuşdur ki, Qanun layihəsinin hazırlanmasının tamamlanmasınadək (2013-cü ilin iyul ayınadək) 25671 nəfər “silinmiş şəxslər”dən 10046 nəfəri, o cümlədən 5360 azyaşlı şəxs (bax: əsas qərarın 33-cü və 69-cu bəndləri) ölkədə qalama statuslarını rəsmiləşdiriblər (2807 nəfər daimi yaşamaq icazənin alınması 7239 nəfəri isə Sloveniya vətəndaşlığının əldə olunması ilə). Bəziləri ölüblər, “silinmiş şəxslər”in məlum olmayan sayı Sloveniyanı tərk ediblər.Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində 2013-cü il iyulun 25-də dərc edilmiş məlumata əsasən “Hüquqi status haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq 849 ərizəçi ex nunc daimi yaşamaq icazəsi əldə etmişdirlər (174 ərizə rədd edilmiş, 138 sayda daimi yaşamaq icazələri verilmişdir; həmin tarixədək 537 ərizə baxışda qalmaqdadır).

Əlavə olaraq 627 sayda ex tunc daimi yaşamaq icazələri əldə olunmuş, 417 ərizə təmin edilmiş, 76 ərizə rədd edilmiş və ya onlar üzrə prosedur dayandırılıb və 134 ərizə həmin tarixədək baxışda qalmaqdadır.

HÜQUQİ MƏSƏLƏLƏR

 

1. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

 Konvensiyanın 41-ci maddəsində bildirilir:

 

“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır”.

 

A. Maddi zərər

1. Ərizəçilərin qeydləri

 

(a) Ümumi qeydlər

 Əsas qərarın qəbul edilməsindən sonra 2012-ci il sentyabrın 26-da ərizəçilər maddi ziyanla bağlı öz tələblərini təzələyiblər. 2013-cü il iyunun 24-də onlar təsdiq ediblər ki, öz əlavə edilmiş tələblərini müdafiə edirlər.

Ərizəçilər 1992-ci il fevralın 26-da “silinmədən” sonrakı müddətdən daimi yaşamaq icazəni alanadək kompensasiyanın ödənilməsinin təmin edilməsi üzrə müxtəlif hissələrdə maddi zərər görə tələbləri təqdim ediblər: sosial müavinət, mənzilin saxlanması üçün xərclər, arvad və uşağlara görə müavinət qismində keçmiş gəlirin itkisi və pensiya hüquqları ilə əlaqədar gələcək gəlirlərin itkisi (onlar aşağıdakı qərarlara istinad ediblər: “Iatridis Yunanıstana qarşı” (Iatridis v. Greece (just satisfaction) [GC], no. 31107/96, § 37, ECHR 2000‑XI) və “Uillis Birləşmiş Krallığa qarşı” (Willis v. the United Kingdom, no. 36042/97, §§ 65-70, ECHR 2002‑IV).Ərizəçilər qeyd etmişdirlər ki, məruz qaldıqları maddi zərərlə bağlı kompensasiyanın ödənilməsi üçün tələb olunan məbləğlərin dəqiq hesablanması pozuntudan sonra “mənaca şübhəli” zərər (bax: “Yanq, Ceyms və Vebster Böyük Britaniyaya qarşı” (Young, James and Webster v. the United Kingdom (former Article 50), 18 October 1982, § 11, Series A no. 55) və “silinmə” baş verdikdən sonra vaxt itkisi nəticəsində mümkün olmaya bilərdi. Keçmiş və gələcək zərərin qiymətləndirilməsi zamanı naməlum məsələləri nəzərə alaraq ərizəçilər həmin məsələnin müəyyən edilməsini Məhkəmənin mülahizəsinə buraxmışdırlar  (bax: “Sandi Taymz Birləşmiş Krallığa qarşı” (The Sunday Times v. the United Kingdom (no. 1) (former Article 50), 6 November 1980, § 15, Series A no. 38). Xüsusilə “Smif və Qradi Böyük Britaniyaya qarşı” (Smith and Grady v. the United Kingdom (just satisfaction), nos. 33985/96 and 33986/96, §§ 18-21, ECHR 2000‑IX) işdə Məhkəmə qeyd etmişdir ki, ərizəçilərin Konvensiyada təsbit edilmiş hüquqların pozuntusu ilə işdən çıxarılması onların öz vəzifələrin səmərəli icra etməsinin davam etdirilməsini şübhə altına qoymağa heç bir səbəb yoxdur. Bununla Məhkəmə ərizəçilərin karyera imkanlarını nəzərə alaraq keçmiş və gələcək gəlirlə əlaqədar ədalətli kompensasiyanın ödənilməsini qət etmişdir.

 

(b) Keçmiş gəlirin itkisi

 

(i) Sosial müavinət

 Sosial müavinətlə əlaqədar ərizəçilərin qeydlərinə əsasən onların Sloveniyada işləməsi və ya dolanış üçün qazanc əldə etməsi üçün onların nəzarəti altında olmayan səbəblərə görə imkanın yaradılmaması mübahisə olunmazdır və bununla onlar qanunvericiliklə nəzərdə tutulmuş bir sıra müavinətləri əldə edə bilməmişdirlər.Hər bir ərizəçi aylıq sosial müavinətlə əlaqədar onlara təyin edilmiş müvafiq məbləğlərin ödənilməsini tələb etmişdirlər. Hesablama üçün onlar 260 Avro aylıq vahid məbləği götürmüşdürlər. Onlar ayların sayına vurulmuş və üstünə faiz dərəcəsi əlavə edilmiş məbləği “silinmə” baş tutmasa idi ala bilərdilər. Həmin məbləğ “Vergi balans haqqında” Qanununun (Zakon o socialno varstvenih prejemkih, Official Gazette, no. 61/2010) 152(1) maddəsi ilə birlikdə götürülmüş “Maliyyə sosial yardım haqqında” Qanunda (Zakon za uravnoteženje javnih financ, Official Gazette, no. 40/2012) təsbit edilmiş sosial müavinətə uyğundur.Hökumətin qeydlərinə cavab olaraq ərizəçilər 2011-ci il dekabr ayınadək tətbiq edilmiş və 2013-cü il iyunun 30-dək inflyasiya ilə əlaqədar artırılmış 230 Avro vahid aylıq məbləği barədə Hökumətin yanaşmasını qəbul etmişdirlər (bax: aşağıda qeyd edilən 55-ci bənd).Əlavə olaraq qanunvericiliyə əsasən az təminatlı ailələrə uşaq və arvadının saxlanması üçün sosial müavinətin ödənilməsi nəzərdə tutulur, belə ki birinci uşağa görə 208 Avro, hər sonrakı uşağa görə 182 Avro, əlavə həddi-buluğa çatmış şəxsə isə 130 Avro məbləğində müavinət ödənilir.Ərizəçi cənab Berişanın “silinmə”nin bütün müddəti üzrə mübahisələndirilən normanın təyin edilməsinə dair tələbin qəbul edilməsi ilə əlaqədar (bax: aşağıda qeyd edilən 56-cı və 71-ci bəndlər) ərizəçilər bildirmişdirlər ki, Hökumət iddia etdiyi kimi 1998-ci ildən sonra Almaniyada aldığı məbləği konkret göstərməmişdir. O qeyd olunan müddət üçün ən azı həmin məbləğlərin fərqini, həmçinin bundan əvvəl Almaniyada müavinətin aldığını və ya onun məbləğini təsdiq edən müvafiq sübutların olmadığını nəzərə alaraq bundan əvvəlki müddətə görə müəyyən məbləğləri almaq hüququna malik olardı. Eyni zamanda cənab Berişa öz arvadına və beş uşağına görə sosial müavinətin almaq hüququna malik olardı.Həmin hissədə ərizəçi cənab Ademinin mübahisələndirilən norma ilə əlaqədar Almaniyada qaldığı müddət ərzində sosial müavinətin aldığı (bax: aşağıda qeyd edilən 56-cı və 75-76-cı bəndlər) barədə onun qızının inzibati icraat zamanı verdiyi bəyanatı ilə əlaqədar ərizəçilər qeyd etmişdirlər ki, bu ifadələr ərizəçinin həmin hüquqdan məhrum edilməsi üçün əsas ola bilməz.

 

(ii) Evin saxlanması xərcləri

 Evin saxlanması xərcləri ilə bağlı ərizəçilər “Sosial təhlükəsizlik haqqında” 2007-ci il tarixli Qanuna əsasən əldə etmək hüququna malik ola bildikləri sosial müavinətin 25 % miqdarında məbləği tələb edirdilər (Zakon o socialnem varstvu, Official Gazette, no. 3/2007).Ərizəçilər yalnız “xüsusi qorunan sahiblik hüququ”na və ya “icarə hüququ”na (stanovanjska pravica – bax: “Berqer-Kral və digərləri Sloveniyaya qarşı” (Berger-Krall and Others v. Slovenia (dec.), no. 14717/04, § 4, 28 May 2013) malik olan və evin sanması müavinətinin alınması üçün müraciət edən, habelə “Mənzil haqqında” 2003-cü il tarixli Qanunun qüvvəyə minməsindən sonra Sloveniya vətəndaşlığını alan şəxslərin evin saxlanması müavinətini əldə etmək hüququna malik olduğu barədə Hökumətin qeydlərini mübahisələndiriblər (bax: aşağıda qeyd edilən 57-ci bənd). Ərizəçilər bildiriblər ki, “Sosial təhlükəsizlik haqqında” 1992-ci il tarixli Qanuna (Zakon o socialnem varstvu, Official Gazette, no. 54/1992) əsasən evin saxlanması müavinətin əldə olunması üçün “xüsusi qorunan sahiblik hüququ” şərt hesab edilmir. “Mənzil haqqında” 2003-cü il tarixli Qanunu ilə Sloveniya vətəndaşlığı şəstinin müəyyən edilməsini qəbul edərək ərizəçilər mübahisələndiriblər ki, onlar “silinməsəydilər” həmin tarixədək Sloveniya vətəndaşlığını əldə edə bilərdilər.

 

(iii) Uşağa görə müavinət

 Uşağa görə müavinətlə bağlı ərizəçilər bildiriblər ki, tələb edildiyi halda onlar həmin müavinəti “İctimai fondlardan istifadə etmək hüquqların həyata keçirilməsi haqqında” Qanuna (Zakon o uveljavljanju pravic iz javnih sredstev, Official Gazette, no. 62/2012) əsasən əldə etmək hüquqna malik ola bilərdilər. Gəliri olmayan ailələr üçün uşağa görə müavinət birinci uşağa görə 114.30 Avro, ikinci uşağa görə 125.73 Avro və hər əlavə uşağa görə 137.18 Avro məbləğində müəyyən edilib. Sosial müavinətdən fərqlənən uşağa görə müavinəti həm sosial müavinətləri alan həm də az gəliri olan ailələr əldə edə bilərlər.Cənab Berişanın yalnız ailəsi ilə birlikdə Sloveniyada yaşadığı müddət ərzində beş uşağa görə müavinətin alması hüquqa malik olması barədə Hökumətin bəyanatına cavab olaraq ərizəçilər mübahisələndiriblər ki, həmin ərizəçi uşaqların yaşını nəzərə alaraq bütün müddət üçün müavinəti əldə etmək hüququna malik olmuşdur.Xanım Mezqanın Xorvatiyada yaşayan iki uşağı ilə bağlı tələbi üzrə uşaqların Xorvatiyada himayədə qaldıqları ilə əlaqədar ərizəçinin onlara görə müavinətin əldə olunması hüququna malik olmaması barədə Hökumətin qeydlərinə (bax: aşağıda qeyd edilən 60-ci bənd) cavab olaraq ərizəçilər mübahisələndiriblər ki, həmin ərizəçi “silinməsə”idi uşaqlar onunla Sloveniyada yaşayardılar və müavinəti alardılar, bununla o, həm qızı İnes həm də oğlu Enesə görə müavinəti almaq hüququna malik olmuşdur.

 

(c) Gələcək gəlirin itkisi

 

Pensiya hüququ

 Gələcək gəlirin itkisi ilə əlaqədar ərizəçilər bildiriblər ki, onlar pensiya sxemi əsasında ödənişlər etmək imkanına malik olmamışdırlar və bununla milli qanunvericiliyə əsasən onları pensiya almaq hüququ yoxdur. Bununla əldə edə biləcəkləri minimal gələcək gəlirin məbləğini əla biləcəkləri minimal pensiyanın məbləğinə istinad edərək müəyyən etmək mümkün olardı.“Pensiya və əlilliyin sığortalanması haqqında” Qanuna (Zakon o pokojninskem in invalidskem zavarovanju, Official Gazette, no. 106/99, əlavələr edildiyi kimi) əsasən azı on beş il ərzində işləyən şəxslər üçün əsas minimal pensiyanın məbləği 551.16 Avro təşkil edir. Ərizəçilər gələcəkdə həmin məbləğin müəyyən hissəsini (kişilər 192.90 Avro, qadınlar 209.44 Avro) əldə etmək hüququna malik olardılar. Həmin hissədə bütün məbləğlərin hesablanması zamanı ərizəçilər hal-hazırkı həyat uzunluğunu nəzərə alıblar (kişilər üçün 73,83 yaş, qadınlar 81,36 yaş).Sloveniyada daimi icazə ilə yaşayan və pensiya hüququ əldə etməmiş əcnəbilər daxil olmaqla bütün şəxslərin pensiya almaq hüququna malik olmadığı və ya gəlirləri ya da mülkiyyəti 460 Avrodan çox olmadığı təqdirdə gəlir yardımını və ya minimal pensiya yardımını əldə etmək hüququna malik olması barədə Hökumətin bəyanatı (bax: aşağıda qeyd olunan 63-64-cü bəndlər) ərizəçilər tərəfindən müvafiq yaş həddinə çatanda minimal pensiya yardımının əldə olunması üçün həyata keçirilən tədbirlər kimi şərh edilirdi (qanılar üçün altmış üç, kişilər üçün altmış beş yaş).

 

(d) Fərdi ərizəçilər

 

(i) cənab Mustafa Kuriç

 Ərizəçi cənab Kuriçin 1992-ci il fevralın 26-dan 2010-cu il noyabrın 2-dək heç bir hüquqi statusu olmamışdır (on səkkiz il, səkkiz ay və yeddi gün).

Bununla ərizəçi onun statusu tənzim olunmadan 224 ay yaşamışdır.

Ərizəçi sosial müavinət üçün 58,240 Avro və evin saxlanması üçün xərclərə görə 14,560 Avro məbləğində vəsaiti tələb edirdi.

Əlavə olaraq o pensiya hüquqları ilə əlaqədar 9,259.2 Avro məbləğində vəsaitin ödənilməsini tələb edirdi. Ərizəçinin yaşının (yetmiş yetdi) kişilərin orta yaşı ilə müqayisədə çox olduğunu nəzərə alaraq onun münasibətdə qadınların orta yaşı tətbiq edilmişdir.

Ümumilikdə ərizəçi maddi zərər görə 82,059.2 Avro məbləğində vəsaitinin ödənilməsini tələb etmişdir.

 

(ii) xanım Ana Mezqa

 Ərizəçi xanım Mezqa 1992-ci il fevralın 26-da hüquqi statusunu itirmiş və Sloveniya vətəndaşını ailə üzvü kimi 2007-ci il sentyabrın 13-də müvəqqəti yaşamaq icazəni, 2011-ci il martın 1-də isə daimi yaşamaq icazəni almışdır (on doqquz il və iki gün). Bununla ərizəçi onun statusu tənzim olunmadan 186 ay yaşamış, və müvəqqəti yaşamaq icazəsinin ona sosial müavinətin alınmasına hüququ vermədiyini nəzərə alaraq daimi yaşamaq hüququnun əldə olunması üçün 228 ay gözləməli olmuşdur.

Ərizəçi sosial müavinət üçün 59,280 Avro və evin saxlanması üçün xərclərə görə 14,820 Avro məbləğində vəsaiti tələb edirdi.

Əlavə olaraq o İnes adlı uşağa görə 13,373.1 Avro və Enes adlı uşağa görə 27,157.68 Avro məbləğində müavinətin ödənilməsini tələb etmişdir. Onun böyük uşaqları Xorvatiyada yaşayırlar.

Sonda ərizəçi pensiya hüquqları ilə əlaqədar 85,451.52 Avro məbləğində vəsaitin ödənilməsini tələb edirdi.

Ümumilikdə ərizəçi maddi zərər görə 200,082.3 Avro məbləğində vəsaitinin ödənilməsini tələb etmişdir.

 

(iii) cənab Tripun Ristanoviç

 Ərizəçi cənab Ristanovçin 1992-ci il fevralın 26-dan 2011-ci il martın 10-dək heç bir hüquqi statusu olmamışdır (uşaq olaraq on dörd il, beş ay və iyirmi beş gün, böyüyəndən sonra dörd il, altı ay və iyirmi gün). Bununla ərizəçi onun statusu tənzim olunmadan 228 ay yaşamışdır.

Ərizəçi uşaqlara verilən sosial müavinət üçün 36,192 Avro və böyüklərə verilən sosial müavinət üçün 14,040 Avro, evin saxlanması üçün xərclərə görə 3,510 Avro məbləğində vəsaiti tələb edirdi.

Əlavə olaraq o İnes adlı uşağa görə 13,373.1 Avro və Enes adlı uşağa görə 27,157.68 Avro məbləğində müavinətin ödənilməsini tələb etmişdir. Onun böyük uşaqları Xorvatiyada yaşayırlar.

Qeydlərin təqdim edilməsi zamanı iyirmi dörd yaşında olan ərizəçi ödənilə bilən pensiya ödənişlərinin kompensasiyasına görə 6,386.58 Avro məbləğində vəsaitin ödənilməsini tələb edirdi.

Ümumilikdə ərizəçi maddi zərər görə 60,128.58 Avro məbləğində vəsaitinin ödənilməsini tələb etmişdir.

 

(iv) cənab Əli Berişa

 Ərizəçi cənab Berişanın 1992-ci il fevralın 26-dan 2010-cu il oktyabrın 19-dək heç bir hüquqi statusu olmamışdır (on səkkiz il, yeddi ay və iyirmi gün). Bununla ərizəçi onun statusu tənzim olunmadan 223 ay yaşamışdır.

Ərizəçi öz sosial müavinəti üçün 57,980 Avro və arvadının sosial müavinəti üçün 22,100 Avro, habelə evin saxlanması üçün xərclərə görə 14,495 Avro məbləğində vəsaiti tələb edirdi.

Əlavə olaraq arvadının beş uşaqlarına görə aşağıdakı məbləğlərdə müavinətin ödənilməsini tələb edirdi: Dem adlı uşağa görə 17,602.2 Avro, Eqzon adlı uşağa görə 16,973.55 Avro, Eqzona adlı uşağa görə 15,755.7 Avro, Haxi adlı uşağa görə 10,974.4 Avro və Valon adlı uşağa görə 6,996.18 Avro

Əlavə olaraq ərizəçi pensiya hüquqları ilə əlaqədar 71,758.8 Avro məbləğində vəsaitin ödənilməsini tələb edirdi.

Ümumilikdə ərizəçi maddi zərər görə 234,655.83 Avro məbləğində vəsaitinin ödənilməsini tələb etmişdir.

 

(v) cənab İlfan Sadik Ademi

 Ərizəçi cənab Ademi 1992-ci il fevralın 26-dan 2011-ci il aprelin 20-dək heç bir hüquqi statusu olmamışdır (on doqquz il, bir ay və iyirmi bir gün). Bununla ərizəçi onun statusu tənzim olunmadan 229 ay yaşamışdır.

Ərizəçi sosial müavinət üçün 59,540 Avro və evin saxlanması üçün xərclərə görə 14,885 Avro məbləğində vəsaiti tələb edirdi.

Əlavə olaraq o pensiya hüquqları ilə əlaqədar 78,703.2 Avro məbləğində vəsaitin ödənilməsini tələb edirdi.

Ümumilikdə ərizəçi maddi zərər görə 106,832.2 Avro məbləğində vəsaitinin ödənilməsini tələb etmişdir.

 

(vi) cənab Zoran Miniç

 Ərizəçi cənab Miniç 1992-ci il fevralın 26-dan 2011-ci il mayın 4-dək heç bir hüquqi statusu olmamışdır (on doqquz il, iki ay və beş gün). Bununla ərizəçi onun statusu tənzim olunmadan 230 ay yaşamışdır.

Ərizəçi sosial müavinət üçün 59,800 Avro və evin saxlanması üçün xərclərə görə 14,950 Avro məbləğində vəsaiti tələb edirdi.

Əlavə olaraq o pensiya hüquqları ilə əlaqədar 78,703.2 Avro məbləğində vəsaitin ödənilməsini tələb edirdi.

Ümumilikdə ərizəçi maddi zərər görə 153,453.2 Avro məbləğində vəsaitinin ödənilməsini tələb etmişdir.

 

2. Cavabdeh Hökumətin qeydləri

 

(a) Ümumi qeydlər

 2013-cü il 24 iyun tarixli qeydlərində Hökumət bildirmişdir ki, fərdi ərizəçilərin olduğu şəraitləri biri birindən mühüm dərəcədə fərqlənir və əksəriyyətinin müxtəlif sosial müavinətlər və/və ya uşağa görə müavinətlər ilə əlaqədar kompensasiya almasına hüquqları mövcuddur. Lakin aşkar edilmiş pozuntu ilə iddia olunan zərər arasında səbəbiy

Üyelik Paketleri

Dünyanın en kapsamlı hukuk programları için hazır mısınız? Tüm dünyanın hukuk verilerine 9 adet programla tek bir yerden sınırsız ulaş!

Paket Özellikleri

Programların tamamı sınırsız olarak açılır. Toplam 9 program ve Fullegal AI Yapay Zekalı Hukukçu dahildir. Herhangi bir ek ücret gerektirmez.
7 gün boyunca herhangi bir ücret alınmaz ve sınırsız olarak kullanılabilir.
Veri tabanı yeni özellik güncellemeleri otomatik olarak yüklenir ve işlem gerektirmez. Tüm güncellemeler pakete dahildir.
Ek kullanıcılarda paket fiyatı üzerinden % 30 indirim sağlanır. Çalışanların hesaplarına tanımlanabilir ve kullanıcısı değiştirilebilir.
Sınırsız Destek Talebine anlık olarak dönüş sağlanır.
Paket otomatik olarak aylık yenilenir. Otomatik yenilenme özelliğinin iptal işlemi tek butonla istenilen zamanda yapılabilir. İptalden sonra kalan zaman kullanılabilir.
Sadece kredi kartları ile işlem yapılabilir. Banka kartı (debit kart) kullanılamaz.

Tüm Programlar Aylık Paket

9 Program + Full&Egal AI
Ek Kullanıcılarda %30 İndirim
Sınırsız Destek
350 TL
199 TL/AY
Kazancınız ₺151
Ücretsiz Aboneliği Başlat