© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurası İnsan Hüquqları Etimad Fondunun (/humanrightstrustfund) dəstəyi ilə həyata keçirilib. Tərcümə Məhkəmə üçün məcburi deyil. Əlavə məlumat üçün sənədin sonunda müəllif hüquqları haqqında qeydə baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
Noylinger və Şuruk İsveçrəyə qarşı (Neulinger and Shuruk v. Switzerland [GC]), ərizə № 41615/07
06.07.2010-cu il tarixli qərar [Böyük Palata]
Maddə 8
8-ci maddənin 1-ci bəndi
Ailə həyatına hörmət
Anasının yanında yaşayan uşağın hüquqa zidd olaraq çıxarıldığı atasının ölkəsinə qaytarılması barədə məhkəmə qərarı: Avropa Məhkəməsi qərara aldı ki, məcburi qaytarılma pozuntu təşkil edəcək
Faktlar – İsveçrə vətəndaşı olan və İsraildə məskunlaşan birinci ərizəçi orada ərə getdi və bu nikahdan oğlu oldu. Uşağın (ikinci ərizəçinin) inadkar prozelitizm (dini inancın təbliği) ilə seçilən ifrat ortodoksal icmada yaşamaq üçün atası tərəfindən xaricə aparılacağından ehtiyat edən ailə işləri üzrə məhkəmə uşağın yetkinlik yaşına çatana qədər İsraildən çıxarılmasını qadağan edən qərar qəbul etdi. Uşaq üzərində müvəqqəti qəyyumluq birinci ərizəçiyə həvalə olundu və hər iki valideyn valideynlik hüquqlarını birgə həyata keçirdilər. Sonradan atanın aqressiv davranışı səbəbindən onun uşaqla görüş hüququ məhdudlaşdırıldı. Ərlə arvad boşandılar və birinci ərizəçi oğlu ilə gizlicə İsraildən İsveçrəyə getdi. Sonuncu instansiya qismində İsveçrə Federal Məhkəməsi birinci ərizəçinin üzərinə uşağı İsrailə qaytarmaq öhdəliyini qoydu.
8 yanvar 2009-cu il tarixli qərarında Avropa Məhkəməsinin Palatası üç səsə qarşı dörd səslə bu qənaətə gəldi ki, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verməyib (120 saylı Məlumat bülleteninə bax).
Hüquqi məsələlər – Maddə 8: Milli məhkəmələrin və ekspertlərin fikrincə, uşağın İsrailə qaytarılmasına yalnız bu şərtlə yol vermək olardı ki, o, anasının müşayiəti ilə oraya qayıtsın. Bu tədbir milli hakimiyyət orqanlarının bu cür məsələlərdə malik olduqları qiymətləndirmə sərbəstliyinə aid məsələ idi. Bununla bel